Blog: thebayramli →  WordPressin Real Serverdə quraşdırılması


WordPressi Local Serverdə quraşdırmağı öyrəndik növbə gəldi Real Serverdə quraşdırmağı öyrənməyimizə. WordPressi Real Serverdə quraşdırmağın bir neçə yolu var:

1.Bəzi hostinglər WordPress kimi bir çox CMS-i avtomatik quraşdırmaq üçün proqram təminatına malikdir. Bir düyməyə basmaqla WordPress quraşdırılır.
2.FTP ilə serverə upload etməklə
3.Cpanel ilə

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un Azərbaycan istifadəçiləri artır: 700.000+


Facebook-un Azərbaycan istifadəçiləri sürətlə artır. Facebook statistikalarını ölçən SocialBakers-in verdiyi statistik məlumata görə artıq 702400 Facebook istifadəçimiz var.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Google, Android developerlərinə menu buttonu haqqında xəbərdarlıq etdi


Android 4.0 Ice Cream Sandwich-in çıxması ilə birgə istifadə olunmayacaq menyu button-u (düyməsi), Google tərəfindən edilən bir xəbərdarlıq mesajıyla gündəmə gəldi.

Android Developers Blog üzərindən edilən xəbərdarlıqda Google, app developerlərin yeni dizaynlarını menyu düyməsi istifadəsinə gərək olmayacaq şəkildə hazırlamasını tövsiyə etdi.

Android 3.0 Honeycomb-da başlayan menyu düyməsi olmayan Android interfeysi axını, Android 4.0 ilə birlikdə fərqli bir anlayış ilə davam edəcək. Belə düşünmək olar ki, 2012-ci ildə Android interfeysi üzərində cəsur və yenilikçi application (tətbiq) dizaynları görə bilərik.
Paylaş :

Blog: Tural →  Ubuntu 12.04 ilə gələcək yeni HUD xüsusiyyəti


Ubuntu Project qurucusu Mark Shuttleworth, Linux əsaslı əməliyyat sisteminin istifadəçi interfeysi üçün inqilab xüsusiyyətində bir yeniliyi tanıtdı. Aprel ayında yayımlanacaq Ubuntu 12.04-cü versiya ilə birlikdə gələcək və HUD (Head's Up Displey) olaraq adlandırılan bu yeni xüsusiyyət LaunchBar Mac və ya Alfred kimi sistem daxilində axtarış etmə imkanı təqdim edən sistemlərə bənzər şəkildə çalışır.
İstifadəçi ekranın sol üst küncündən aşağı doğru enən axtarış sətrinə etmək istədiyi funksiya və ya əldə etmək istədiyi məzmunla əlaqədar açar termin yazmağa başladığında tövsiyələr aşağı açılan bir menyuda sadalanır. Məsələn, istifadəçi HUDu açıb «D» hərfi yazdığında qarşısına «Edit > Delete» və ya «File > Open > DVD_ cover_300DPI» kimi əmr nəticələri çıxır. Sistem, istifadəçilərin menyular arasındakı gəzişərkən itirdiyi zamanı onlara qazandırma məqsədi daşıyır. HUD sayəsində istifadəçi kompüterin içində nəyin harada olduğunu axtarmaq kimi bir zəhmətdən xilas ola bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: AndroidAz →  Android vs iOS


Bu sualları demək olar, bircə dəfə də olsa, hər kəs düşünüb, zənnimcə. Niyə məhz Android? Android’in özəlliyi nədir? iPhone telefonlarından fərqi nədir kimi suallar həmişə verilib. Hər nə qədər cavablar verilsə də, iPhone sevənlər haqqı təkzib ediblər. İndi isə, Android və iOS arasında olan fərqi nəzərinizə çatdıracam.

Xüsusilə hansı platformanın seçəcəyinizə görə, aşağıdakıları diqqətlə oxuyun. Android istifadə edənlər, bunları yaxşı bilsə də, təkrarlamaq hərdən lazım gəlir :)

( Ətraflı oxuyun )
Paylaş :

Google →  Google 1 Martda istifadə şərtləri və təhlükəsizlik nizamlarını dəyişdirir.


İnternet dünyasının nəhənglərindən olan Google, istifadəçilərinin hesablarında fərdi məlumatlar və istifadə şərtləri xidmətlərində böyük dəyişikliyə gedəcəyini açıqladı.

ABŞ-ın Kaliforniya əyalətində olan şirkət mərkəzindən edilən açıqlamaya görə; Google hesabı olanlar üçün 1 Martdan sonra qüvvəyə minəcək bu dəyişikliklərlə əlaqədar istifadəçilərə email ilə məlumat veriləcəyi bildirildi.Google-un təhlükəsizlik və gizlilikdən məsul səlahiyyətlisi Alma Whitten, «Yeniliklərin xülasəsi olaraq, belə deyə bilərik: Sizə, bütün məhsullarımızın tək istifadəçisi kimi davranacağıq» deyib.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  FTP ilə işləməyin qaydaları və biclikləri

FileZilla ilə FTP bağlantı.

Bloggerin alətləri seriyasından – online və offline alətlər məqaləsində qeyd etdik ki, FTP ilə işləmək üçün ən məşhur və pulsuz olan proqramlardan biri də FileZilla proqramıdır. Proqram çox sadə və anlaşıqlıdır. FileZilla proqramını rəsmi saytından — filezilla-project.org yükləyib öz komputerinizdə quraşdırın. Sonra FileZillanı açıb File->Site Manager (Ctrl+S) menyusuna daxil olun. Burda isə öz FTP hesabınızı daxil etməklə, sayta fayllar upload edə biləcəksiniz. FTP hesabını tənzimləməyin 2 yolu vardır:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Facebookda @Bakcell-in "Köməkçi" bölməsi


Sosial Media inkişaf etdikcə böyük şirkətlər bu platformaları daha çox istifadə etməyə başlayır.
Bu sahədə qabaqcıl şirkətlərimiz isə mobil operatorlardır.Bakcell şirkəti də öz Facebook səhifəsində «Köməkçi» adını verdiyi tətbiqi istifadəyə verib. Burada bir növ saytın mini forması olaraq istifadəçilərə xidmət göstərilir.
Bu barədə Facebook səhifəsində Bakcell məlumat verib:

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing


Həftənin birinci günü (23 yanvar) Azercell əməkdaşları tərəfindən bizə (Fərhadla mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: hatams →  Windows 7-də bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanı.

Tez-tez olur ki, bir qrup faylın adını birdən dəyişmək istəyirik. Bunun çox vaxt apardığı sirr deyil və bu yazımda Windows 7 əməliyyat sistemində bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanından yazmaq istəyirəm. Nümunə üçün mən bir neçə fayl yaratmışam.

1.İlk olaraq bütü faylları seçin



( Ətraflı oxuyun )
Paylaş :