Tədbirlər →  Webrazzi Summit 2011 qeydləri [foto]


Webrazzi Summit 2011-də iştirakı düşündüyüm barədə yazmışdım. Tədbir təşkilatçılarının WebOxuya etdiyi güzəştlərdən də yararlanaraq Bakıdan tədbirə 6 nəfər getmişdi.
Tədbir barədə düşüncələrim, tədbirdən sonra çıxardığım nəticə və tədbirin gedişi haqqında qeydlərimi paylaşmaq istəyirəm.
Tədbir İstanbulda, Point Hotel Barbarosda baş tutdu. Qeydiyyat səhər saat 8-dən başlayırdı, axşamtərəfi 9-a qədər davam edirdi. Yəqin ki, Azərbaycanda tədbirlərdə belə bir başlanğıc saatına heç kim cürət etməz. Tədbir nəzərdə tutuluan vaxtda da başladı. Elə tədbirdə ilk iştirakdan ağlıma gələn ifadəni də twitterdə paylaşdım — “Barcamp, Bakutel, Bloqosfer, SYD hamsını apar tulla ”. Bu deməyə səbəb tədbirin keyfiyyəti idi. Qısa mənim üçün tədbir əla keçdi. Eventin saytından — www.webrazzi.com/summit/ tədbir barədə məlumat almaq olar.

Əvvəl 4 əsas sessiya oldu. Sonra 22 paralel sessiya 4 ayrı zalda aparılırdı. Sonda yenə 5 əsas sessiya. Sessiyalar da mövzu cəhətdən bölünürdü: İnvestisiya qoyuluşları, Sosial Media, Digital Marketing, Mobile əsas başlıqlar idi. Spikerlərə də ətraflı olaraq bu linkdən baxmaq olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +11
  • 26 октября 2011, 18:43
  • Shaig
  • 5

Sosial Media →  Online marketingdə Sosial Media və markalar


Şirkətlər və brand-lər üçün Sosial Medianın gücü gedərək daha çox əhəmiyyət kəsb etməyə başlayıb. Ümumiyyətlə Online reklamlara üstünlüyün verildiyi indiki zamanda, bu üstünlüyün böyük bir hissəsini gedərək Sosial Media öz üzərinə götürür. Zamanla isə ümumiyyətlə Sosial Media hesabları — xüsusilə Facebook Page-ləri, Korporativ internet saytlarının yerinə keçməyə başlayır. Bunu görən uzaqgörən, ağıllı brandlar isə özlərini artıq bu platformalarda təbliğ edirlər. Mən də bu sahədəki fikirlərimi və son zamanlardakı müşahidələrimi yazmaq qərarına gəldim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +9
  • 15 ноября 2011, 02:17
  • Shaig
  • 10

Blog: adilaliev →  Google Developer Day 2011 Moskva - 3-cü hissə

(əvvəli ötən yazımda)

Sessiyalar siyahısına baxaraq ilk olaraq Google+ and the +1 Button seçdim. Sessiyanı Ade Oshineye (Google, Developer Advocate) aparırdı.


Əvvəlcə Google+ haqqında ümumi danışdı. Dediyinə görə Google+-un məqsədi odur ki, dostlarınla share edəsən. Bütün idealogiya da bunun üzərində qurulub.

Google+-da Fanpage-lərin olması ilə bağlı suala isə «hal-hazırda belə bir plandan xəbərim yoxdur» deyə cavab verdi. Dedi ki, «fan page-lər facebookda yalnız spamdan başqa bir şey deyil. Bütün günü öz reklamlarını yazmaqla qeyri-etik şəkildə millətin divarlarını korlayırlar». Maraqlı yanaşmadır.

( Ətraflı oxuyun )
Paylaş :

AzerDict →  AzerDict Android tətbiqi


Yerli layihələrimizi dəstəkləməyə davam edirik. Növbəti addımımız AzerDict Android tətbiqidir. AzerDict-in nə olduğunu hələ də bilməyənlər üçün qısaca deyim ki, AzerDict Azerbaycanca-İngiliscə-Rusca lüğət saytıdır. Eyni zamanda saytda Azərbaycanca sözlərin düzgün yazılışını yoxlaya biləcəyiniz orfoqrafiya bölməsi də var. Hal-hazırda rusca lügət Beta olduğuna görə Android tətbiqində Azərbaycanca-İngiliscə lüğət və Orfoqrafiya bölməsisi hazırlamağı qərara aldıq.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Optik Kabel ilə internet istifadəsi başlayır...


Sentyabrın əvvəlində Azertelecom-un fəaliyyəti və Optik Kabelin çəkilməsi ilə bağlı post yazmışdım. Artıq bu gündən mən də bu provayderin istifadəçisiyəm.
Onu qeyd edim ki, hələki ödəniş tələb olunmur. Bir növ biz alfa testerlərik. İstədikləri istifadə etməyimiz və hər hansı bir problemlə qarşılaşdıqda zəng edib bu barədə məlumat verməyimizdir.
Çəkiliş prossesində də əməkdaşlardan xeyli razıyam. İşlə əlaqədar həftə içi çəkiliş üçün sabit bir zaman deyə bilmədiyimdən, istirahət günü gəlib çəkdilər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 20 ноября 2011, 16:08
  • Shaig
  • 16

Blog: Elliot →  Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara üstünlük verir. Bunların da böyük qismini mobil telefonların oxuyucu proqramları, kiçik qismini də planşet, noutbuk, netbuk, ev kompüterinin müvafiq proqramları təşkil edir. Sadaladıqlarımın hamısı şüa-ekranlı olduğundan və kitab oxuyarkən göz daha diqqətlə ekrana zilləndiyindən gözlərə ziyanlıdır və yorucudur. Ona görə də kitab oxumağın sürəti və birdəfəyə oxuma müddəti adi kitab oxuyarkən olan haldakılardan xeyli geri qalır. Məhz buna görə də artıq qərbdə bir neçə ildir ki gözə demək olar ki zərərsiz olan elektron-kitab oxuyucularının istehsalına başlanılıb. İşin fizikasına çox varmayacam, maraqlananlar «Electronic ink display» yazıb axtarış edə bilərlər.


( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Sosial Mediadakı linklər - allinks.in

Bir vaxtlar dəbdə olan axtarış sistemləri, alexa reytinqləri idi. Bunlarla bağlı statistika verən saytlar çoxlu idi, elə indi də azalmayıb. Sosial media da inkişaf etdikcə, onlar üçün servislər təqdim edən saytların sayı çoxalır. Sosial mediada populyarlığın ölçüm meyarı isə paylaşım saylarıdır. Saytdan olan linklərin paylaşım sayı nə qədər yüksək göstərirsə bu müəllifləri bir o qədər sevindirir. Əsasən saytlara müəyyən buttonlar qoyulur. Elə bizim blogda da olduğu kimi. Proritet hesab etdiyimiz şəbəkələrin buttonlarını yerləşdirmişik. Buradan olan paylaşımları rahat ölçmək olur. Ancaq bütün sosial media vasitələrini yerləşdirmək düzgün olmur. Sosial mediada paylaşımları ölçmək daha çox PR sahəsində, reklam sahəsində işləyənlər üçün və ya bloggerlər üçün lazım olur. Mən bunun üçün xırda bir tooldan istifadə edirdim. Sonra düşündük ki, bunu daha public hala salıb, sayt kimi təqdim edək. Nəticədə son günlərdə domaini fikirləşib, sayt üçün də olduqca minimalist bir dizayn edəndən sonra həmin kiçik tool-u burada yerləşdirdik — www.allinks.in.

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 14 апреля 2011, 02:16
  • Shaig
  • 8

AzerDict →  Google Chrome AzerDict Qoşması

İngiliscə-azərbaycanca lüğətin Elvin Hacı tərəfindən AzerDict üçün hazırlanan Google Chrome (Quql Krom) internet bələdçisi qoşması bu gün istifadəyə verildi. AzerDict uzantısı sadə istifadəçi araüzü (interface) və istifadə rahatlığı ilə fərqlənir. Saytın mobil versiyasında olduğu kimi qoşmada sadəcə ingiliscə-azərbaycanca lüğət və lüğətdə istifadə olunmuş qısaltmalar yer alır. Bu qoşma sizə, Chrome bələdçisi istifadə etdiyiniz müddətdə sayta daxil olmadan, birbaşa və daha sürətli şəkildə sözləri lüğətdə axtarmaq imkanı verir. Qoşmanı buradan endirə bilərsiniz. Qoşmanın istifadəsi haqqında qısa videonu aşağıda izləyə bilərsiniz:

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 17 марта 2011, 22:35
  • Weboxu
  • 1

Blog: Elliot →  Phototag Wordpress Plugini

phototag
İlk WP pluginim olan HEXAM plugininin bir qoşqu proqramı kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım)  növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri araşdırdım və bir neçə oxşar işləri görən pluginlərlə rastlaşsam da o pluginlərin yeni versiyaları dəstəkləmədiyini, qaneedici olmadıqlarını görüb bu plugini reallaşdırmağa başladım. 3 gün öncə vaxt imkanı tapıb işə başladım və dünən bitirdim.  Artıq bu gün plugini Wordpress.org-a göndərdim və dərhal qəbul edildi. Plugin artıq rəsmi Wordpress saytındadır, buyurub yükləyə bilərsiniz: Yükləmə ünvanı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 27 января 2011, 23:32
  • Elliot
  • 6

Blog: DrELM →  Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi


Hər dəfə «A2 AzLat» tipli köhnə şiriftlərlə yazılmış kitablara rast gələndə, türklər demiş «qıcıq» oluram. Belə mətnlər latınca yazılıbmış kimi görünsə də Copy+Paste edəndə rus hərfləri ilə yazıldığı məlum olur. Microsoft 2000-ci ildən "ə" hərfimizi əsas şrifitlərinə əlavə edib, «Azeri (Latin)» klaviatura düzümünü yaradıb, amma bizdə hələ də «Rus» düzümü ilə mətn yığanlarımız var. Mən bunun səbəblərini açıb-tökmək istəmirəm, sadəcə kifayət qədər "Ə" hərfli şriflərimiz olmadığından bu problemin həllinə bir damcı köməyim dəyə biləcək bu məqaləni oxumağınızı istərdim.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: sabir177 →  Google-da axtardığını rahat tapmaq ...

Bəzən google da axtarış verərkən bizə lazım olmayan məlumatlarla qarşılaşırıq. Bunun qarşıni almaq üçün aşağıdakı məlumatlar sizin köməyinizə çata bilər.
1. Daha dəqiq axtarış üçün dırnaqlardan istifadə edə bilərsiniz.



( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  10 yaşlı Wikipedia


İnternetin ən böyük ensiklopediyası Wikipedia, bu həftə 10 yaşına girir.
Jimmy Wales tərəfindən qurulan saytda 3 milyon yarımdan çox məqalə və 22 milyondan çox səhifə var.

Wikipedianı fenomen halına gətirən isə, tamamilə istifadəçilər tərəfindən yaradılması və biznes tərəfinin olmamağıdır. Sayt heç bir reklam qəbul etmir, təkcə istifadəçilərin ödədiyi bəxşişlər ilə varlığını davam etdirir. Saytın fəlsəfəsi isə, məlumat və düşüncənin sərbəst və ödənişsiz yayılması əsasına söykənməyidir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 11 января 2011, 23:15
  • Weboxu
  • 9

Blog: Qarishqa →  Wolfram Alpha

Yeni il tətili ilə bağlı fürsət tapıb Wolfram Alpha haqqında məlumat vermək qərarına gəldim. Bəlkə bu saytı tanıyanlar var. Tanımayanlar üçün Wolfram Alpha haqqında qısa məlumat verim.

Wolfram Alpha Stephen Wolfram tərəindən qurulmuş, Wolfram Araşdırma qurumunun Wolfram Mathematica yazılımından istifadə edən axtarış motorudur. İlk olaraq axtarış motoru kimi fəaliyyətə başlasa da daha sonra istiqamətini bir qədər dəyişib.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: togrul94 →  MultiBoard 1.0


Proqram haqqında
MultiBoard`ın komputerində Azərbaycan və İngilis klaviaturalarının hər birindən istifadə edən insanlar üçün çox faydalı olacağını fikirləşirəm. Bir çox Azərbaycan komputer istifadəçiləri azərbaycan dilində mətnləri öz əlifbamızla deyil İngilis əlifbasıyla yazırlar. Bunun başlıca səbəbi işə yazılarda tez-tez Azərbaycan klaviaturasında olmayan bəzi işarələrin yazılmasına ehtiyacın olmasıdır. Məsələn, W, @, $, # və s. işarələrdən istifadə etmək üçün klaviaturanın dilini İngilis dilinə çevirmək lazım olur. MultiBoard Proqramının əsas funksiyası da belə hallarda istifadəçilərn işini asanlaşdırmaqdır. İşarələri daxil etmək qaydasını öyrənmək üçün proqramı yüklədikdən sonra İstifadə Qaydalarını oxuya bilərsiniz.

İnterfeys dili: Azərbaycanca
Platforma: Windows

ScreenShots

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Blog: raminorucov →  Java ilə obyekt yönlü proqramlaşdırma üzrə hazırladığım video dərslər


Sizlərə Java ilə obyekt yönlü proqramlaşdırma üzrə hazırladığım video dərsləri təqdim edirəm.
Hal hazırda 2 dərs var. Dərslər azərbaycan dilindədir.

( Ətraflı oxuyun )
Paylaş :

AzerDict →  Rusca Lüğət Əlavə Olundu

Rus dilinin Azərbaycandakı geniş istifadəsini və eyni zamanda Azərbaycanın virtual məkanındakı təsirini nəzərə alaraq AzerDict dil portalı istifadəçilərinə sayt ənənəsinə sadiq qalaraq ikitərəfli rusca azərbaycanca lüğətinin beta versiyasını təqdim edirik. Yeni lüğətdə hər iki dildə 50 000-dən çox söz və ifadə mövcuddur. Rusca lüğət ingilis dili lüğətindən fərqli olaraq cədvəl formatında deyil. Bundan başqa, kiril əlifbası klaviaturası ilə yazmaqda çətinlik çəkənlərin rahatlığını təmin etmək üçün virtual klaviatura funksiyası əlavə olunmuşdur. Rusca lüğətə http://azerdict.com/rus keçidindən daxil ola bilərsiniz.
Paylaş :
  • +6
  • 11 июля 2010, 15:42
  • Ferhad
  • 5

Xaricidil.net →  Azərbaycanda online ödəmə və ödənişli xidmətlər


Bu yazıda online ödəniş sistemi və online ödənişli xidmətlərin bizim milli internetdəki durumundan qısaca bəhs etmək istəyirəm. Əlavə fikirləri olanlar şərhlərdə mövzunu davam etdirsələr, çox yaxşı olar.
Xaricidil.net saytında 01.06.2009-01.06.2011 aralığından 34 mindən bir qədər çox, 1 ildən bir qədər çox müddətdə olan facebook səhifəsində isə 11 minə yaxın üzv var.
Saytda 1 ildən bir qədər artıqdır ki, Azericard tərəfindən təqdim olunan online ödəniş sistemi mövcuddur və istənilən istifadəçi plastik kartla online ödəmə ilə saytdakı e-pul balansını artıra bilər. Balans isə 3 istiqamətdə xərclənir. Standart istifadəçi statusunu Gold statusla əvəz edib üstünlüklər qazanmaq, testlərin düzgün cavabını əldə etmək, testlərin izahlı həllini sifariş etmək. Bu müddətdə bir neçə yüz ödəmə olmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 15 июня 2011, 23:36
  • Elliot
  • 7

İnteraktiv Marketinq →  İnternetdə viral reklamlar... (videolar, xüsusi səhifələr )

Sosial mediada viral reklamlara qarşı insanların münasibətini görəndən sonra bu haqda qısa fikirlərimi qısa formada yazmaq istədim.
Viral reklam əsasən ideyası ilə seçilir. Məqsəd məhsulun, reklam olunan tərəfindən deyil, camaat tərəfindən yayılmasıdır. Artıq viral reklamların internet reklamçılığında xüsusi yeri var. Sosial medianın inkişafı ilə bu cür reklamların yayılması da çox rahat olur. Əvvəl mail, messenger və forumlar yolu ilə yayılan reklamlar artıq daha kütləyə xitab edə bilir. Bunun üçün ya insanları əyləndirəcək məhsullar hazırlanır, ya da sensetiv hisslərə vurğu edilir.
Bu cür reklamları əslində mən də paylaşmaqda zövq alıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 19 апреля 2011, 15:28
  • Shaig
  • 12

Bakcell →  Bakcell-in yeni 0 Facebook xidməti


Əksərən Bakcell haqqında o qədər də pozitiv yazmamışam. Bu dəfə ənənəni pozacam (sözün düzü Bakcell keçmiş imicindən xilas olub, o imicə Azerfon-u itələyir, bu ayrı blog postumun mövzusu olacaq). Bir neçə vaxtdır ki, Bakcell ilə Facebook arasında olan danışıqlar öz səmərəsini verir. Yaxın zamanda Bakcell mobil internet istifadəçiləri üçün yeni bir xidməti olacaq. Bu barədə əslində Yanvar ayının 15-ində Twitterdə yazmışdım, istifadəçilərin heç biri bu barədə praqnoz verə bilmədilər. Bu gün aldığım məlumata görə artıq hazırlıq işləri bitib, bu ay ərzində servis aktiv olacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 марта 2011, 23:40
  • Shaig
  • 19