Sosial Media →  Sosial Mediada reklam kampaniyaları


Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.

Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Nar Mobile-ın yeni rəngləri (?!)


Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim etdilər.
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Subhan_CS →  PHP İlə Bir Neçə Dilldə Sayt Hazırlamaq

Salam. Bu dərsdə sizlərə php ilə öz hazırladığınız saytlara necə dil dəstəyini verəcəyinizi izahh etməyə çalışdım. Ümüd edirəm faydalı olar.
Nümunəni Yükləmək Üçün: Yüklə
Nümunənəyə Baxmaq Üçün: Bax

Paylaş :

Mobil Texnologiya →  3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing


Həftənin birinci günü (23 yanvar) Azercell əməkdaşları tərəfindən bizə (Fərhadla mən) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir.
İlkin təcrübələrimdən sonra, qarşıma qeyd etməyə maraqlı nəsə çıxdıqca onları da şərhlərdə bölüşəcəm. Nəsə xüsusi bir təcrübə əldə etsəm də haqqında post yazaram.
Başlayacaq necə deyərlər "Unboxing«dən. Bu demək olar ki, mənim cihazları ilk „Unboxing“ postumdu.

( Ətraflı oxuyun )
Paylaş :

Bakcell →  Bakcell-in CINeration abunəçiləri üçün Zero Facebook



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, 07 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.

Mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.

zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Dilmanc →  Dilmanc mətnin səsləndirilməsi sistemi istifadəyə verilmişdir


Dilmanc layihəsi çərçivəsində yaradılmış mətnin səsləndirilməsi sistemi (Text to Speech) dilmanc.az səhifəsində onlayn istifadəyə verilmişdir. Səhifədə Azərbaycan dilində mətn daxil edərək onun səslənməsinə qulaq asmaq mümkündür. Bundan əlavə, səslənmə faylını mp3 formatında endirmək imkanı da əlavə edilmişdir ki, bu da həmin mətnə sonradan telefonda və ya pleyerdə qulaq asmaq imkanı yaradır.

( Ətraflı oxuyun )
Paylaş :

IBM →  19 il dalbadal ABŞ-ın ən çox patent qazanan şirkəti



Yanvarın ilk günlərində IBM elan etdi ki, o, 2011-ci ildə bir-birinin ardınca 19-cu dəfə olaraq “IFI CLAIMS Patent Services” tərəfindən ən çox patent sayına görə ABŞ-da rekorda imza atıb. IBM-çilər öz şirkətinə il ərzində 6 180 patent qazandırıblar. 2011-ci ilin nəticələrinə əsasən patent sayına görə ABŞ-da lider şirkətlər bunlardır:


( Ətraflı oxuyun )
Paylaş :

Sosial Media →  Azərbaycan Dünya "Twitter Trend"ində - #Azerbaycan

Populyar microblog saytında dünyada ən çox danışılan mövzulardan biri olmağı bacardıq.
Türk internet istifadəçilərinin də köməkliyi ilə, 20 yanvarı dünyaya tanıtmaq məqsədi ilə, #Azerbaycan hashtag-ı dünyanın trendləri arasında 3-cü olaraq yer aldı:



( Ətraflı oxuyun )
Paylaş :

Weboxu →  Weboxu istifadəçi seçimlərinin nəticələri #infoqrafika #html5


İlin sonlarına həsr olunmuş, 2011-ci ilin istifadəçi seçimləri başa çatdı. Tərəfimizdən müəyyən olunmuş namizədlər arasından oxucularımız daha çox bəyəndiklərini seçdilər.
Daha maraqlı məsələ biz seçimləri HTML5 formatda interaktiv təqdimatını hazırladıq. 2 gün kimi qısa bir müddətdə hazırladığımızdan qüsurların olmağı normaldır. Bu HTML5-ə ChromeFireFox-da baxa bilərsiniz. HTML5 və CSS3 qrafiklərini ən yaxşı bu brouserlər dəstəkləyir. URL — weboxu.com/secim
Təəssüf ki, vaxt az olduğundan testlərini çox kompüterdə edə bilmədik. Klaviyaturadakı sağ və sol düymələrinin köməkliyi ilə də idarə edə bilərsiniz.


( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 января 2012, 15:08
  • Shaig
  • 2

AzTWI →  AzTWI-də 2011-ci ilin populyar trendləri

Bir ildən azca artıq müddətdir fəaliyyət göstərən aztwi.com saytı bildiyiniz kimi Twitterin Azərbaycan seqmentinin monitorinqi ilə məşğul olur, bu monitorinq zamanı ən çox müzakirə olunan mövzuları, ən çox işlədilən sözləri aşkara çıxarıb yayımlayır. Qeyd etmək lazımdır ki, ötən 2011-ci ildə Azırbaycanlı Twitter istifadəçilərinin sayı xeyli dərəcədə artıb. Twitter rəhbərliyi rəsmi rəqəmlər açıqlamasa da, tanınmış mikrobloqların izləyici sayındakı artım tempindən ümumi artımın hansı dərəcədə olması aydın olur. Məsələn 1 il öncə ölkə prezidentinin rəsmi mikrobloqunun izləyici sayı 2000 idisə, indi bu göstərici bir neçə dəfə yüksəlib(təxminən 15000) və mikrobloqu hər gün 60-80 yeni izləyici izləməyə başlayır. Həmçinin ölkənin ən iri mobil operatoru Twitter üzərindən texniki dəstəyə başladıqdan sonra ötən il izləyici sayını dəfələrlə artırdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 16 января 2012, 11:59
  • anar
  • 2

Blog: Tural →  Ubuntu 12.04 ilə gələcək yeni HUD xüsusiyyəti


Ubuntu Project qurucusu Mark Shuttleworth, Linux əsaslı əməliyyat sisteminin istifadəçi interfeysi üçün inqilab xüsusiyyətində bir yeniliyi tanıtdı. Aprel ayında yayımlanacaq Ubuntu 12.04-cü versiya ilə birlikdə gələcək və HUD (Head's Up Displey) olaraq adlandırılan bu yeni xüsusiyyət LaunchBar Mac və ya Alfred kimi sistem daxilində axtarış etmə imkanı təqdim edən sistemlərə bənzər şəkildə çalışır.
İstifadəçi ekranın sol üst küncündən aşağı doğru enən axtarış sətrinə etmək istədiyi funksiya və ya əldə etmək istədiyi məzmunla əlaqədar açar termin yazmağa başladığında tövsiyələr aşağı açılan bir menyuda sadalanır. Məsələn, istifadəçi HUDu açıb «D» hərfi yazdığında qarşısına «Edit > Delete» və ya «File > Open > DVD_ cover_300DPI» kimi əmr nəticələri çıxır. Sistem, istifadəçilərin menyular arasındakı gəzişərkən itirdiyi zamanı onlara qazandırma məqsədi daşıyır. HUD sayəsində istifadəçi kompüterin içində nəyin harada olduğunu axtarmaq kimi bir zəhmətdən xilas ola bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: hatams →  Kompüteri 2 klikə necə "Shutdown" və ya "Restart" etmək olar?

Hamımız bilirik ki, Windows əməliyyat sistemli kompüteri söndürmək üçün ya «Start-Shutdown», ya da «Alt+F4» və «Enter» komandalarından istifadə etmək olar. Bu gün mən sizə başqa variant haqqında yazmaq istəyirəm. Aşağıda qeyd edilən 3 addımdan sonra siz Desktopda olacaq iki düymədən istifadə edərək komputerinizi «Shutdown» və «Restart» edə biləcəksiz. Gəlin başlayaq.

1. İlk öncə desktopda mouse-un sağ düyməsinə basaraq “new” bölməsindən “Shortcut”-ı seçin



( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  WordPressin Real Serverdə quraşdırılması


WordPressi Local Serverdə quraşdırmağı öyrəndik növbə gəldi Real Serverdə quraşdırmağı öyrənməyimizə. WordPressi Real Serverdə quraşdırmağın bir neçə yolu var:

1.Bəzi hostinglər WordPress kimi bir çox CMS-i avtomatik quraşdırmaq üçün proqram təminatına malikdir. Bir düyməyə basmaqla WordPress quraşdırılır.
2.FTP ilə serverə upload etməklə
3.Cpanel ilə

( Ətraflı oxuyun )
Paylaş :

Blog: hatams →  Windows 7-də bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanı.

Tez-tez olur ki, bir qrup faylın adını birdən dəyişmək istəyirik. Bunun çox vaxt apardığı sirr deyil və bu yazımda Windows 7 əməliyyat sistemində bir neçə faylın adını bir dəfəyə dəyişmək imkanından yazmaq istəyirəm. Nümunə üçün mən bir neçə fayl yaratmışam.

1.İlk olaraq bütü faylları seçin



( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Youtube-da hər gün 4 milyard video izlənilir!


Google xidmətlərindən olan dünyanın bir nömrəli online video xidməti YouTube üzərindən izlənililən video sayı gündəlik 4 milyarda yüksəldi.
Reutersin xəbərinə görə, bu rəqəm ötən 8 aydan bu günə qədər 25%-lik, yəni 1 milyardlıq bir artım mənasını verir. Bu sürətli artımın səbəblərindən biri xidmətin kompüterlərlə birgə ağıllı telefon, planşet və ağıllı televiziya kimi müxtəlif kanallar üzərindən də xidmət göstərməsi ilə birgə, həm də Google-un servisi daima inkişaf etdirməsidir.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  Wordpress.org ABŞ-da yeni IP qanunun əleyhinə etiraz üçün qara dizayna boyanıb


Hər gün girib yoxladığım wordpress.org saytına girərkən saytın əvvəlkindən tam fərqli qara dizayna büründüyünü görüb oxumağa başladım. Yazılanlara görə bir çox veb saytlar etiraz aksiyasına başlamışdır. Səbəb isə ABŞ konqresində İnternetin azadlığına bais olacaq «Intellektual Mülkiyyəti mühafizə etmək» («Protect IP») qanununun qəbul edilməsinə etirazdır. Wordpress.org ziyarətçilərə etiraz etmək üçün müraciət edir. Konqressə etiraz məktubu yazılmağı xahiş olunur. ABŞ konqressinə etiraz məktubu yazmaq üçün hazır daxiletmə formu da yaradılmışdır. Hətta bu etiraz aksiyasına qoşulmaq üçün saytın dizaynını qara rəngə çevirəcək pluginlərin də yüklənməsini təklif edirlər. Bu qanunun zərərlərin izah etmək üçün isə video rolik də hazırlayıblar. Video roliki bura da yerləşdirirəm:

Paylaş :

Blog: thebayramli →  Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar.

Total Commander – www.ghisler.com/. Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır.
FileZilla – filezilla-project.org/. FTP client proqramıdır, pulsuz, rahat və sadədir.
Notepad++ – notepad-plus-plus.org/. Mətn redaktorudur, sadə və çoxfunksiyalı, alternativlərindən sürətli açılandır.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android üçün Chrome istifadəyə verilir


Google-un kompüterlər üçün brouseri Chrome internetdəki uğurlu gedişatından sonra Android brouserlər üçün Beta formasını təqdim edir.
Bu barədə Chrome blogunda məlumat verilib.
Mobile Chrome yeni versiya olan Android 4.0 Ice Cream Sandwich-lərdə aktiv olacaq. Bu həm mobile həm də tablet PC-lərdə istifadəyə açıq olacaq. Aşağı versiya brouserlər üçün aktiv deyil.
Android Marketdən Beta versiyanı endirib test etmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter-də korporativ hesablar üçün xüsusi səhifələr


Twitter-də adi userlər və korporativ hesablar fərqlənmirdi. Facebookda isə korporativ müştərilə üçün xüsusi səhifələr və burada çoxlu imkanlar olduğunu da bilirik.
Twitter qısa bir müddətdir ki, Enhanced profile pages adını verdikləri hesabları test edir.
Bu səhifə növündə standart hesabdan bir sıra fərqliliklər mövcuddur.
«Header image» imkanı: Bu üst hissədə profil məlumatları ilə, tweetlər arasında bir 835x90px ölçülərə malik şəkildir.
Seçilmiş content imkanı: Standart content başlamadan əvvəl istədiyiniz tweet-i burada saxlamaq olur. Timeline-ınız axıb gedərkən həmin tweet qalır.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Təhsildə 2011-ci ilin İKT yekunları


Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :