Təhlil →  Nar Mobile-ın yeni rəngləri (?!)


Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim etdilər.
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.

( Ətraflı oxuyun )
Paylaş :

Bakcell →  Bakcell-in CINeration abunəçiləri üçün Zero Facebook



Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti elan edir ki, 07 fevral 2012-ci il tarixindən etibarən zero.facebook xidmətindən müstəsna olaraq yalnız CINeration abunəçiləri istifadə edə biləcəklər.

Mobil telefonlardan zero.facebook.com səhifəsinə giriş CINeration abunəçiləri üçün tamamilə pulsuz olacaq. Onlar eynilə adi facebook.com saytında olduğu kimi burada da öz statuslarını yeniləyə, xəbərləri oxuya, ismarıclar göndərə, gələn ismarıclara cavab verə və dostların səhifəsinə yaza biləcəklər. Yalnız şəkillərə baxdıqda və ya zero.facebook.com səhifəsini tərk edib digər mobil internet səhifələrinə daxil olduqda istifadəçilərin balansından pul çıxılacaq. İstifadəçi şəkillərə baxmaq və ya digər mobil səhifəyə keçmək istədikdə ekranda onun 0.facebook.com səhifəsini tərk etməsi və bundan sonrakı istifadənin ödənişli olması barədə xəbərdarlıq ediləcək.

zero.facebook xidmətindən istifadə etmək üçün CINeration abunəçiləri öz mobil telefonlarından aşağıdakı ünvanlardan birinə daxil ola bilərlər:

( Ətraflı oxuyun )
Paylaş :

Twitter →  Twitter-də korporativ hesablar üçün xüsusi səhifələr


Twitter-də adi userlər və korporativ hesablar fərqlənmirdi. Facebookda isə korporativ müştərilə üçün xüsusi səhifələr və burada çoxlu imkanlar olduğunu da bilirik.
Twitter qısa bir müddətdir ki, Enhanced profile pages adını verdikləri hesabları test edir.
Bu səhifə növündə standart hesabdan bir sıra fərqliliklər mövcuddur.
«Header image» imkanı: Bu üst hissədə profil məlumatları ilə, tweetlər arasında bir 835x90px ölçülərə malik şəkildir.
Seçilmiş content imkanı: Standart content başlamadan əvvəl istədiyiniz tweet-i burada saxlamaq olur. Timeline-ınız axıb gedərkən həmin tweet qalır.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Təhsildə 2011-ci ilin İKT yekunları


Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Android →  Android üçün Chrome istifadəyə verilir


Google-un kompüterlər üçün brouseri Chrome internetdəki uğurlu gedişatından sonra Android brouserlər üçün Beta formasını təqdim edir.
Bu barədə Chrome blogunda məlumat verilib.
Mobile Chrome yeni versiya olan Android 4.0 Ice Cream Sandwich-lərdə aktiv olacaq. Bu həm mobile həm də tablet PC-lərdə istifadəyə açıq olacaq. Aşağı versiya brouserlər üçün aktiv deyil.
Android Marketdən Beta versiyanı endirib test etmək mümkündür.

( Ətraflı oxuyun )
Paylaş :

Azercell →  Azercell-in Facebook Hədiyyələri


Azercell Faebook üzərindən Sosial Media kampaniyasına başladı.
Facebook səhifəsində xüsusi bir Application vasitəsi ilə kampaniyada iştirak mümkündür.
Facebook hesablarından bu barədə məlumat verdilər.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Birjadakı (IPO) Facebook


Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.

Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: thebayramli →  Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1


WordPress pluginlərin Azəri dilinə tərcüməsi.

Wordpressin pluginlər səhifəsinə baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni versiyaya «Azeri» dili daxil edildi. Təbbi ki, tərcümədə bəzi sözlərin tərcüməsində nöqsanlar ola bilər. Ona görə də, nöqsanların düzəldilməsi üçün sizlərdən təklif və tələblər gözləyirəm.

( Ətraflı oxuyun )
Paylaş :

EduCat →  Endirimli Сisco kursları

Hörmətli Weboxu istifadəçiləri, Sizə 40% endirimli avtorizasiyalı kursları təqdim edirik:

ICND1 — Cisco qurğuları üzrə şəbəkə qurulması. I hissə — 7-11 fevral
ICND2 — Cisco qurğuları üzrə şəbəkə qurulması. II hissə — 13-17 fevral

Yuxarıda qeyd etdiyimiz kursların endirimli qiyməti 650 AZN`dir. Kurslar gündə 8 saat, 5 gün keçirilir. Kurs zamanı tələbələrə dərs ləvazimatları (qələm, bloknot, kurs üzrə kitab və s.), coffee break otağı, nahar və s. təklif edilir. Kursları Rusiyadan olan sertifikatlaşmış mütəxəssis aparacaq.

Kurslar barədə daha ətraflı: http://educat.az/schedule/3

Kurslara yazılmaq üçün sales@educat.az yazın və yaxud +994 (12) 497-04-48, +994 (55) 208-44-48 nömrələrinə zəng edin. Zəng edərkən Lala xanım ilə əlaqə yaradılmasını xahiş edin.

Hörmətlə, EDUCAT tədris mərkəzi
Paylaş :