TOP başlıqlar
Sosial Media → Sosial Mediada reklam kampaniyaları

Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız.
Azərbaycanda təəssüf ki, Sosial Media kampaniyasını çox adam Facebookda şəkil yarışması kimi qəbul edir. Kampaniyada da iştirak edənlər də insanlardan «Like» istəyərək çox insanı bezdirir. Məncə belə kampaniyalar gedərək həmin yarışmanı keçirənlərə də antipatiya yaradır. Kimdən ki «Like» istəyib bezdirirlər, o yarışmanı təşkil edən brand-ı, ondan «Like» istəyəni də lənətləyir.
( Ətraflı oxuyun )
Təhlil → Nar Mobile-ın yeni rəngləri (?!)

Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir.
Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı.
Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə qaldı. Ona görə də adını Super 3G qoydular və buna aid xüsusi personaj da təqdim .
Nar-dakı yeni rəngləri hiss edəndən bəri, yeni rəngdə qarşıma çıxan visualları bir kənarda saxlamağa başlayırdım. Görürəmki artıq bir blog posta sığışacaq qədər yeni rəngdə visual var.
( Ətraflı oxuyun )
Blog: Subhan_CS → PHP İlə Bir Neçə Dilldə Sayt Hazırlamaq
Salam. Bu dərsdə sizlərə php ilə öz hazırladığınız saytlara necə dil dəstəyini verəcəyinizi izahh etməyə çalışdım. Ümüd edirəm faydalı olar.
Nümunəni Yükləmək Üçün:
Nümunənəyə Baxmaq Üçün:
Nümunəni Yükləmək Üçün:
Nümunənəyə Baxmaq Üçün:
Twitter → Twitter-də korporativ hesablar üçün xüsusi səhifələr

Twitter-də adi userlər və korporativ hesablar fərqlənmirdi. Facebookda isə korporativ müştərilə üçün xüsusi səhifələr və burada çoxlu imkanlar olduğunu da bilirik.
Twitter qısa bir müddətdir ki, Enhanced profile pages adını verdikləri hesabları test edir.
Bu səhifə növündə standart hesabdan bir sıra fərqliliklər .
«Header image» imkanı: Bu üst hissədə profil məlumatları ilə, tweetlər arasında bir 835x90px ölçülərə malik şəkildir.
Seçilmiş content imkanı: Standart content başlamadan əvvəl istədiyiniz tweet-i burada saxlamaq olur. Timeline-ınız axıb gedərkən həmin tweet qalır.
( Ətraflı oxuyun )
Texnologiya → Təhsildə 2011-ci ilin İKT yekunları

Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.
( Ətraflı oxuyun )
Blog: hatams → Kompüteri 2 klikə necə "Shutdown" və ya "Restart" etmək olar?
Hamımız bilirik ki, Windows əməliyyat sistemli kompüteri söndürmək üçün ya «Start-Shutdown», ya da «Alt+F4» və «Enter» komandalarından istifadə etmək olar. Bu gün mən sizə başqa variant haqqında yazmaq istəyirəm. Aşağıda qeyd edilən 3 addımdan sonra siz Desktopda olacaq iki düymədən istifadə edərək komputerinizi «Shutdown» və «Restart» edə biləcəksiz. Gəlin başlayaq.
1. İlk öncə desktopda mouse-un sağ düyməsinə basaraq “new” bölməsindən “Shortcut”-ı seçin

( Ətraflı oxuyun )
1. İlk öncə desktopda mouse-un sağ düyməsinə basaraq “new” bölməsindən “Shortcut”-ı seçin

( Ətraflı oxuyun )
Facebook → Birjadakı (IPO) Facebook

Xarici bazarı həyəcanlandıra Facebook-un birjaya açılma prossesi eyni zamanda Facebookla bağlı maraqlı statistikaları da ortaya çıxarır. İndiyə qədər bu qədər dəqiq rəqəmlərin açıqlamama səbəbi Facebookun qapalı şirkət olmağı idi. Artıq bütün rəqəmlər hər kəsə açıq olacaq.
Şirkətin səhmləri 5 milyard dollardan satışa çıxarılacaq.
Facebookun açıqlanan gəlirləri də olduqca yüksəkdir. 845 milyon aylıq aktiv istifadəçisi olduğu deyilən Facebookun 2011-ci ildə 3.71 milyard Dollar gəlir əldə edib. 2010-cu ilə görə iki qat olan bu gəlir miqdarının 1 milyard Dolları isə mənfəətdir. Ayrıca, şirkətin 3.9 milyard Dollar nağd pulu var.
( Ətraflı oxuyun )
Blog: thebayramli → Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1

WordPress pluginlərin Azəri dilinə tərcüməsi.
baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni versiyaya «Azeri» dili daxil edildi. Təbbi ki, tərcümədə bəzi sözlərin tərcüməsində nöqsanlar ola bilər. Ona görə də, nöqsanların düzəldilməsi üçün sizlərdən təklif və tələblər gözləyirəm.
( Ətraflı oxuyun )
EduCat → Endirimli Сisco kursları
Hörmətli Weboxu istifadəçiləri, Sizə 40% endirimli avtorizasiyalı kursları təqdim edirik:ICND1 — Cisco qurğuları üzrə şəbəkə qurulması. I hissə — 7-11 fevral
ICND2 — Cisco qurğuları üzrə şəbəkə qurulması. II hissə — 13-17 fevral
Yuxarıda qeyd etdiyimiz kursların endirimli qiyməti 650 AZN`dir. Kurslar gündə 8 saat, 5 gün keçirilir. Kurs zamanı tələbələrə dərs ləvazimatları (qələm, bloknot, kurs üzrə kitab və s.), coffee break otağı, nahar və s. təklif edilir. Kursları Rusiyadan olan sertifikatlaşmış mütəxəssis aparacaq.
Kurslar barədə daha ətraflı:
Kurslara yazılmaq üçün sales@educat.az yazın və yaxud +994 (12) 497-04-48, +994 (55) 208-44-48 nömrələrinə zəng edin. Zəng edərkən Lala xanım ilə əlaqə yaradılmasını xahiş edin.
Hörmətlə, EDUCAT tədris mərkəzi
Blog: miraj_25 → Samsung Galaxy Tab Sökülüb yığılması
Salam indiyə kimi notbukun və ya pc-nin sökülməsini görmüşdüm ancaq planşetin sökülməsini de gördüm sizinlə paylaşmaq istədim
Blog: PervizNasirov → Sony təmiri 1
İnternetdə əgzirdim və bir gəncin kompyuterin təmirini videoya çəkilməsini gördüm. Paylaşıram buyurun qiymətləndirin



