Blog: farxadus → İnternet həyatımızda yeniliklər
Son günlərdə Bloqosfer 2011 keçdiyi zaman, çox gözəl anlar yaşadıq. Çoxdandır görmədiyimiz insaları, Nabranda, 2-4 sentyabrda gördük, söhbət etdik. Bu da son ayların ən yadda qalan hadisələrindən birinə çevirildi. Bir neçə gündən sonra MilliNet başlaması da, çox böyük hadisələrdən biridir. MilliNet haqqında dünən bir qədər məlumat vermişəm, yəni demək olar düz 1 həftə qalır. Ancaq hələlik bu hadisələri kənara qoyub, bu günlərdə AzNetdə baş verən yeniliklər haqda sizi xəbərdar edim. Son zamanlar, aktiv və lazımlı layihələrin sayı artır. Elə yenilənən saytlarında sayı az deyil… Son bir neçə həftədə hansı yeniliklər baş verib? Hər bir yenilik barədə qısaca məlumat alaq.Yeni "" layihəsi açıldı. Yaradıcılar tərəfindən ADSL, mobil və simsiz internet paketlərinin qiymətlərini seçim ilə fərqləndirən servis təqdim olunub. Elə ana səhifədə də, servis tərəfindən təqdim olunan paketlərdə oldu. Ən sərfəli paket NAR mobile paketi olduğuna görə, Azərfon öz saytında belə bu haqda xəbər yayıb. Bu haqda bloqumdada məlumat .
URL:
( Ətraflı oxuyun )
- +2
- 8 сентября 2011, 00:02
- 2
Start-up`lar → Yerler.im - Azərbaycanda bankomat axtarış servisi

Hansı bankın bankomatı sizə lazımdırsa onu tapmağı daha rahat etmək üçün yeni servis istifadəyə verilib — .
Saytda xəritə olaraq Google Maps-dan istifadə olunub. Azərbaycanda fəaliyyət göstərən bankların ATM məntəqələri qeyd olunub. İstifadəçi avtomatik olaraq olduğu yeri saytda təyin edə bilər və beləcə yaxınlığındakı istədiyi bankın ATM-ini öyrənə bilir.
PC və Mac-da Chrome 12+, Firefox 5+ ,Opera 11+ ,Internet explorer 8+ brouserlərində işləyir.
Saytda yazıldığına görə, yaxın zamanda iPhone, iPad və Android platformaları üçün də tətbiqləri istifadəyə veriləcək.
Saytın necə işləməsi ilə aşağıdakı videoda tanış olmaq mümkündür.
( Ətraflı oxuyun )
- +3
- 7 сентября 2011, 00:36
- 18



