Facebook →  Facebook Ticker-ə ilk baxış.


Avqust ayının 28-i, facebook öz yeni funksiyasını kütləvi şəkildə aktiv etdi… düz on (10) dəqiqəlik. Qəddar Zuckerberg!

Əslində, «yeni» dediyim funksiya, əsla yeni deyil. Ancaq, bu haqda bir az sonra. Gəlin təqdim edim: oxucular, Ticker; Ticker, oxucular.

Tanış oldunuz? Lap əla. Keçək daha yaxın tədqiqata. Mən, Facebook Ticker'i, «Twitter style Newsfeed» adlandırdım. Ticker, səhifənizin sağ tərəfində, hamınıza çox lazımlı olan «Sponsored» (el arasında — «reklamlar» da deyirlər) blokunun düz altında yerləşir. Maraqlısı odur ki, siz səhifənin aşağı hissəsinə gedəndə, ticker də, yapışır pəncərənizin üst hissəsinə, və düşür sizinlə aşağıya. Beləliklə, onun (yəni tickerin), chat`ın üstündə olduğunu demək, həqiqətə daha yaxın olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 сентября 2011, 17:31
  • Punhan
  • 8