Həll et →  Windows XP əməliyyat sisteminin 0-dan qurulması

Salam. Adım Araz Eyyubovdur. İlk Video dərsliyimi hazırladım. Mövzum Vindovz XP əməliyyat sisteminin qurulmasıdır. 13 dəqiqəlik videodur. İlk təcrübəm olduğuna görə qüsurlar həddindən çox idi, hövsələli olmağa çalışdım və redaktə etdim, yenə də nəzərimdən qaçmış qüsurlar varsa rica edirəm bildirəsiniz ki, növbəti dərslərdə eyni xətalara yol verməyim və daha keyfiyyətli dərslər hazırlaya bilim.



Hər kəs öz bildiyini öyrətməyə başlasa, inanıram yaxın gələcəkdə ağ günə çıxarıq :)

Həmrəylik və yeni il münasibəti ilə hər birinizi təbrik edirəm.

Hörmətlə Mən (Panda)
Paylaş :
  • +4
  • 31 декабря 2011, 02:16
  • Panda
  • 6

Blog: sESo →  Windows 7 yenə irəlidə...

Statscounter'a görə Windows 7 ümumi bazar payını 20.09%'ə yüksəltdi. Windows Vista isə 19.41%'ə qədər gerilədi. Vista'nın RTM versiyası 2006-cı ildə hazırlanmış və əməliyyat sistemi 2007-ci ildə isə satışa çıxarılmışdı. Windows 7 isə 2,5 yaşındakı əməliyyat sistemini sadəcə 12 ay içində 175 milyondan çox lissenziya sataraq geridə qoydu.

9 yaşındakı Windows XP isə 59.92%-lik bazar payı ilə hələdə birinci sırada gedir. Ancaq son bir neçə ay içində kəskin bir azalma gözə dəyir. Bu da istifadəçilərin sürətli bir şəkildə Windows 7-yə inteqrasiya olduğunu gözlər önünə gətirir. Rəqəmlərə baxdığımızda Windows XP, Windows 7'nin çıxışından bəri payının 24%'ni itirdiyini görürük.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 2 августа 2010, 22:07
  • sESo
  • 1

Yazı-Pozu →  Windows öz Qısa Yollarını(keyboard shortcuts) düzəldək.(autohotkey)

Qısa Yollar(Shortcuts) bizim işimizi rahatlaşdırır və sürətləndirir. Gündəlik istifadə zamanı CTRL+C, CTRL+V, SHİFT+DELETE, Win+E və s. istifadə edirik. Amma bunlar da bizə bəs etmir :))

Məsələn öz qısa yollarımızı təyin etmək istəsək nə etməliyik? İşimizi bir az da sürətləndirmək və rahatlaşdırmaq üçün biz nə etməliyik?
İnternetdə bir az axtardıqdan sonra AutoHotKey deyə bir proqram tapdım.


( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 7 февраля 2010, 20:19
  • Panda
  • 4