Təhlil →  Sona çatan trend - portal


Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız xazar.com-u da bağladıq. Bu haqda şəxsi fikirləri, şəxsi blogumda yazdım.
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 июня 2011, 01:39
  • Shaig
  • 7

Blog: sESo →  Aznet...Saytlarımızın “əhatə dairəsi” nə qədər genişdir?


Saytlarımızın istifadəçilərə nə dərəcə də təsir göstərirlər?

Salam.Weboxu blogunu hər gün izləyirəm,hər postu maraqla oxuyuram.Qərara gəldim ki, məndə bir post yazım.Yaralı yerimiz olan yerli saytlardan danışmaq istəyirəm.Bu yaxında qwerty blogunda yerli popsa saytlarımız haqqında maraqlı yazını oxudum.Yazı bizim aznet-də çox sayda istifadəçi toplamış əyləncə saytlarına həsr olunmuşdu.Bəli belə saytlar gənclərimizin zövqünün formalaşmasında böyük rol oynayır.Nəzərə alaq ki, bu saytların istifadəçilərinin 90-95% — ni gənclər təşkil edir.Amma çox təəssüf ki, bu cür saytlarımız DLE sisteminin məhdud funksiyalarından istifadə edir.Eləcə də xəbərlər haqqında da yaxşı fikirlər söyləmək çətindir.Eksklüziv mp3,şəkillər və s.Elə bu məntiqlə də bütün belə saytlarımız fəaliyyət göstərir və saylarıda günü gündən artmaqda davam edir.Ucuz,asan quraşdırma və hazır şablon...Təsəvvür edin msn.com-da son xəbər başlığı "Əziz istifadəçilərimiz üçün super avatarlar! Dünyanın yek saytı msn.com-da! :)" ...Nə isə mövzuya qayıdaq.Düzdür aznet istifadəçilərinin əksəriyyəti əyləncəli xəbərlər tələb edir.Və bu saytlarımızda bunu nəzərə alırlar.Amma mən düşünürəm ki. aznet istifadəçilərinin indiki zamanda belə əyləncəyə meyilli olmalarında da elə qeyd etdiyim bu saytların rolu böyük olub.Mən çox istərdim ki, belə çox sayda istifadəçiyə sahib olan saytlarımız (mix.az,big.az və s.) yeni layihələrə başlasınlar.İstifadəçilərimizin internet saytları,onların məzmunu barədə fikirlərini daha doğru və səmərəli yöndə inkişafına nail olsunlar.Məncə aznetin inkişafında buna ehtiyac var.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 8 апреля 2010, 16:18
  • sESo
  • 20

İnternet →  ilk10.az-da VİP saytlar listi

Yanvar ayının 22-dən ilk10.az`da VİP saytlar bölməsi yaranıbdı. Reytinqin ən üstündə VİP list düşür. Bu listə cəmi 5 sayt yer alır və bunlar random olaraq düşürlər. Hələki sistemdə yer alan saytlar bunlardır:
www.kataloq.net
www.linux.az
www.namazvaxti.info
www.stomatoloq.az
www.xazar.com
Bu bir növ saytın yeni gəlir modelidir. Listə yeni bir saytın düşməsi üçün onun növbəsini gözləməyi lazım olacaq. Beləcə 5də 1 əmsal da qorunmuş olacaq.
Onu da deyim ki, əgər sayt həm ilk 10-luğa düşürsə, həm də VİP listdə varsa. Onda birində görsəndikdə digərində görsənməyəcək. Məsələn:
Sayt VİP listədir:


Sayt ilk 10-luqdadır:
Paylaş :
  • 0
  • 29 января 2010, 14:56
  • Shaig
  • 17