Blog: rashadaliyev →  Wordpress.org-da yeni Cevher!

Son günlərdə Azərbaycanda WP istifadəçilərinin kəskin surətdə artması ilə birlikdə çox uzun zamandır beynimdə olan bir fikri canlandırmaq qərarına gəldim… Bu bayram günləri də hərdən işləyib yarım qoyduğum proqramı tamamlamağa köməkçi oldu. Xülasə CevherShare adı verdiyim WordPress paylaşma qoşmasını ərsəyə gətirdim…

Nədir bu CevherShare?



( http://www.wpusta.com/blog/cevhershare/ ünvanındakı açıqlamanı eynilə Sizə çatdırıram. )

CevherShare, WordPress üzərində hazırlanan saytın məqalə və ya səhifələr bölməsinə şaquli vəziyyətdə avtomatik yerləşərək dizayna uyğun olaraq sol və ya sağ hissədə, üfiqi olaraq başlıqların altında yerləşərək ən məşhur sosial şəbəkələrə paylaşma imkanını anında təmin edir.

Bundan əlavə Siz, xüsusi kodu istədiyiniz yerə yerləşdirmək vasitəsi ilə fərdi şablonlarınız üçün keçidləri təmin edə bilər, sevdiyiniz sosial saytların kodlarını paylaşım üçün sistemə əlavə edə bilərsiniz.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: rashadaliyev →  WPUSTA.COM loqosu seçildi!

Bir xeyli hazırlıqdan sonra wpusta.com saytının loqosunu internet istifadəçilərinin öhdəliyinə buraxmaq qərarına gəldim. 3 gün əvvəl saytda eskizlərin seçilməsi üçün kiçik bir post yazdım. ( Loqo seçimi )

Bu gün gələn müraciətlərə və dəyərləndirmələrə, facebookdan gələn müraciətləri də əlavə edərək seçimi yekunlaşdırmaq qərarına gəldim.

Yeni loqonu təqdim edirəm.



Kiçik girişdən sonra www.wpusta.com barəsində məlumat vermək istəyirəm.

Bloq sahəsində Dünyanın ən populyarı olmaqla yanaşı, çox geniş şablon və proqram əlavələri (plugins) olmasıyla da CMS kimi istifadədə öz yerini tutan WordPress-in qurulmasından tutun da bütün mərhələlərinə qədər meydana gələn problemlərin həlli və tövsiyələrin bir araya gətirilməsi məqsədilə www.wpusta.com yaradılmışdır.

Saytda təcrübələri olanlar sual soruşub problemlərinə həll axtaranlara köməklik göstərəcək və bu zaman da interaktvliklərə görə reytinq qazanacaqlardır.

Yaxın gələcəkdə isə sayt üzərindən VİP xidmətin də göstərilməsi nəzərdə tutulmaqdadır.

Uzun sözün qısası: Bütün wordpress problemlərinizin həllini www.wpusta.com -da axtarın. ;)
Paylaş :