Həll et →  Ekran problemi – Toshiba Satelite A665

Istifadə etdiyim Toshiba Satelite A665-S6050 bu yaxınlarda formatladım. 64 bitlik Windows 7 yazdım. Video kartın driverini özü tapdığına görə bir də Toshiba.Com -a girib öz drayverlərini yükləməyə ehtiyac görmədim. Tənbəllik elədim daha doğrusu. Görüntüdə qüsur olmasa da bir gün gördüm ki, Əməliyyat sistemi sleep moda keçdikdən sonra açılanda ekranda əcaib rəng zolağı əmələ gəlir. Şifrəni yazıb girdikdən sonra, problem aradan qalxırdı.




( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 31 мая 2011, 15:11
  • Panda
  • 2

Blog: sandstorm →  Windows 8-in ilkin görüntüləri



İnternetdə Windows 8 əməliyyat sisteminin ekran görüntüləri yayılıb. Within Windows bloqunun müəllifləri artıq ilkin buraxılış təsvirlərini dərc ediblər.

Onlar xüsusi olaraq, dizaynı mobil Windows Phone 7 ƏS-inin başlanğıc səhifəsini xatırladan sistemə giriş təsvirini yerləşdirdilər. Bu səhifədə tarix və vaxt, enerji istehlakı rejiminin seçim menyusu yerləşir.

( Ətraflı oxuyun )
Paylaş :

Yazı-Pozu →  Windows 7 bəzi ”hoqqalar” (tricks :)


Microsoftun son əməliyyat sistemi Windows 7 Vistadan fərqli olaraq həqiqətən də çox uğurlu alınıb məncə.

Bu yazıda Windows 7-dəki bəzi hoqqaları sizinlə paylaşacağam.


( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 3 апреля 2010, 10:56
  • Panda
  • 8

Yazı-Pozu →  Windows 7-də 1C v7.7 işləməsini təmin edək.

Bildiyiniz kimi Azərbaycanda mühasibat proqramı olaraq ən çox istifadə olunan proqram 1C Mühasibat Uçotu proqramıdır. Son versiya 8.1 olmasına baxmayaraq şirkətlərin 90 faizi hələ də 7.7 versiyasını işlədir.

Deyək ki, 1C 7.7 istifadə edən şirkətdə VVindovs 7 əməliyyat sisteminə 1C 7.7 yazmalı olduz… Proqramı işə salanda SQL bazaya qoşulmaqda problem yaranacaq və proqram işləməyəcək… Çıxış yolu Əməliyyat sistemini pozub XP yazmaq deyil :)

1C 7.7 Proqramını install edirik.

"Для доступа к базе данных требуется ODBC-драйвер для MS SQL Server версии 3.50.0303 или старше."



( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 2 апреля 2010, 15:29
  • Panda
  • 1

Texnologiya →  Əməliyyat sistemlərinin mart ayı nəticələri açıqlandı


Bazardakı 5-ci ayını tamamlayan Windows 7, Mart 2010 sonu etibarı ilə 10.23% bazar payı əldə edibdi. Bu nisbət, növbə ilə 64.46%16% paya sahib XPVista əməliyyat sistemlərindən ayrılan istifadəçilər sayəsində artdı. Ən böyük keçiş isə 1% ilə XP-dən 7-ə doğru yaşandı.

Eyni zamanda, Mac OS X`in nisbəti 5.33%, Linuxunku isə 1% olaraq qeyd edildi. Hər iki «alternativ» sistemdə də bir əvvəlki aya görə artım olub. Bazara ümumi baxsaq, Microsoftun əməliyyat sistemləri cəmdə 0.54% eniş yaşasa da, 91.58% istifadə nisbətiylə 1 nömrədəki yerini qorudu.
Paylaş :
  • 0
  • 2 апреля 2010, 14:49
  • Weboxu
  • 1

Yazı-Pozu →  Şəbəkədəki Printeri istifadədə problem. (Windows 7)

Bu dəfə sizə az öncə rastlaşdığım bir problemin həlli yolunu təqdim edirəm. Deməli bir şəbəkəmiz(bu şəbəkədə bircə vindovz 95 yoxdu :D ) var. Bu şəbəkədə server(windows 2003) clientlər isə Windows XP və Windows 7 işlədən bilgisayarlardır.

Problem:
A bilgisayarı — Windows XP — Printer qoşulub.
B Bilgisayarı — Windows 7

A bilgisayarına HP markalı printer qoşulub. Başqa otaqda olan B bilgisayarı A bilgisayarındakı printerə çap əmri vermək istəyir. Amma A-dakı printer paylaşılsa da, bu printeri B bilgisayarına yazmaq mümkün olmur, çap əmri vermək də mümkün olsun.

Printeri əlavə etmək istəyərkən bu error çıxırdı.



( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 24 марта 2010, 16:46
  • Panda
  • 4

Microsoft →  Windows 7 batareya ömründən yeyir


Windows 7in dizüstü kompüterlərdə, heç olmasa çox nüvəli prosessoru olan kompüterlərdə, batareyaların (nisbətən) daha uzun dözməsinə köməkçi olduğunu (ya da heç olmasa belə bir iddia olduğunu) bilirdik. Yaxşı, çox nüvəli prosessorla filan işi olmayan mini dizüstülərlə necə dolanır? «Laptop» jurnalı bu problemin cavabını araşdırıb və çox müsbət nəticə əldə etməyibdi.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 15 ноября 2009, 11:53
  • Shaig
  • 2

Apple →  Apple`ın yeni reklamları Windows 7-ni hədəfə alır.

Apple`ın yeni reklamları Windows 7 `ni də hədəf aldı. ”I’m a pc – I’m a Mac” reklam silsiləsinə bu dəfə də Windows 7-ni əlavə etdi. Apple, Windows`un yeni versiyasında əvvəlki problemləri həll etdiyini deməsinə «Tarix təkərrürdən ibarətdir» deyə söz atır.



Əlavə reklamlar üçün keçid.
Paylaş :

Microsoft →  Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

Azərbaycan dilli versiyanın buraxılması gözlənilir.
Bu gün Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin buraxılması haqqında bəyan etdi. Windows 7-nin ideyası çox sadədir: kompüter ilə işi əvvəlkindən daha asan etmək. “Windows 7 ilə kompüterlər üçün xoş zamanlar gəldi. Windows 7 ilə siz həyat tərzinizə tamamilə uyğun olan kompüterə sahib olacağınıza əmin ola bilərsiniz”, deyə Microsoft korporasiyasının baş direktoru Stiv Balmer qeyd edir. Yeni əməliyyat sistemi təkmilləşdirilmiş və səmərələşdirilmiş interfeysi və gündəlik iş fəaliyyətini daha xoşagələn və sürətli edən keyfiyyətcə yeni xüsusiyyətləri təqdim edir.

Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundov qeyd etdi ki, Windows 7-nin buraxılması bu əməliyyat sisteminin üstünlüklərini qiymətləndirməyə imkan verəcək. “Azərbaycanlı istifadəçilər yeni əməliyyat sisteminin tamamlanmış versiyasını almaq üçün imkan əldə edirlər. Windows 7 məhsulunu yaradarkən Microsoft şirkətinin dizaynerləri və mühəndisləri tərəfdaşlarla və son istifadəçilərlə sıx əməkdaşlıq edirdi ki, onlar yeni əməliyyat sistemini necə təssəvvür etdiklərini bildirsinlər. Microsoft Azərbaycan şirkəti Windows 7 məhsulunu 4 noyabr tarixində Bakıda başlayacaq yubiley BakuTel sərgisində təqdim edəcək. Bundan əlavə yeni ƏS-in Azərbaycan dilinə tərcümə edilməsi üzrə işlərə də artıq başlanılmışdır”, deyə Teymur Axundov qeyd etdi.


( Ətraflı oxuyun )
Paylaş :