Texnologiya → WiMax texnologiyası yox olur
İlk çıxan vaxtlarda istifadəçilər tərəfindən maraqla qarşılanan WiMax standartının tam yayğınlaşıb fəaliyyətə başlamadan sonu yaxınlaşır. Cisco keçən il dəstəyini çəkməsi ilə birlikdə, İntel də ağırlığını fərqli nöqtəyə istiqamətləndirəcəyini bildirir.Kabelsiz ünsiyyət texnologiyasında yeni cığır açacağı deyilən WiMax standartı çox yaxında ortadan itəcək. İstədiyi dəstəyi tapa bilməyən və inkişaf müddəti çox uzun sürən bu standart üçün bir çox firma fərqli axtarışlara girdi.
Şəbəkə texnologiyaları mövzusunda mütəxəssis olan Cisco, keçən il WiMax ilə olan bütün ümidlərini itirdi və dəstəyini çəkdi. WiMaxın digər böyük dəstəkçisi olan İntel keçən günlərdə 100 milyon Clearwire səhmini satışa çıxardı.
( Ətraflı oxuyun )
- +1
- 16 мая 2011, 17:03
- 7
Təhlil → BakuTel 2010 - yeni mərkəzdə, köhnə sərgi

Bu gün BakuTel sərgisinə tamaşa etməyə getmişdim. Əslində plan o idi ki, sərginin ilk günü gedək. Məlum olaraq, sərginin açılış vaxtı dəyişdiyindən, sərgini ziyarət vaxtı da avtomatik . Ona görə bu haqda öz fikirlərimi hələki indi yazıram. Yəqin ki, indiyə qədər sərginin gedişatı, oradakı stendlər haqqında oxucuların çoxusu ya gedib görüb, ya da indiyə qədər oxuyub. Mən də ona görə sərginin gedişatı haqqında yox, elə ümumiyyətlə sərgi haqqında fikirlərimi qeyd edəcəm.
( Ətraflı oxuyun )
- +3
- 26 ноября 2010, 01:51
- 1
Delta Telecom → Rahid ƏLƏKBƏRLİ: “Azərbaycan regionun şəbəkə texnologiyaları üzrə lider ölkəsidir”
Press-reliz: Bu gün dünyada informasiya və kommunikasiya texnologiyalarına böyük önəm verilir. İlbəil bu sahə daha da sürətli inkişaf tempini nümayiş etdirir. Bununla yanaşı məlumat ötürülmə texnologiyası olan internet inkişaf etməkdədir, hansı ki son illər Yer kürəsinin informasiya qişasına çevrilmişdir. İnternet istifadəçilərin sayı ildən ilə sürətlə artır, bu da onu deməyə imkan yaradır ki, Yer kürəsinin əksəriyyət əhalisi gec-tez internet istifadəçisinə çevriləcək. Qlobal şəbəkənin saxlanılması, onun işləmə qabiliyyətinin qorunması bir çox şirkətin səyini tələb edir.
( Ətraflı oxuyun )
- 0
- 28 декабря 2009, 12:19
- şərh yaz
Oxatan →
2009`da baş vermiş IT hadisələr.
009-cu ili arxada qoyuruq artıq. Bundan əvvəlki illərə nisbətən cari ildə, haqqında yazmalı, müzakirə eləməli kifayət qədər hadisələr oldu. Məndə fikirləşdim ki, tədbirlərin, hadisələrin çox qısa olaraq – xülasə şəklində qeydini aparım.
- 0
- 27 декабря 2009, 02:20
- şərh yaz
Delta Telecom → WIMAX da istifadəyə veriləcək.
Bütün mediada gəzən xəbərlərdən artıq 3G`nin gəlişi haqqında oxuyub, eşitmisiniz. İndi də WIMAX haqqında bir xəbər verim. 2010-cu ildən artıq WIMAX da istifadəyə veriləcək. Belə görsənirki daşına bilən internet 2010-cu ildən daha çox inkişaf edəcək. Artıq WIMAX`la bağlı yenilikləri izləyə bilmək üçün internet resursu da fəaliyyət gösətrməyə başlayıbdı — . Artıq qiymətlər barədə saytda xüsusi bölmə hazırdır — .
Saytdan sitat: WiMAX xidmətləri yeni 2010-cu ildən etibarən son istifadəçilərin istifadəsinə veriləcək.
Delta Telecom istifadəçilərə WiMAX xidmətlərinə ilkin bağlanma və Yeni il hədiyyəsi olaraq, Indoor CPE və WiFi Access Point avadanlıqları üzrə güzəştli şərtlərini təklif edir.
Fevral ayının sonunadək Indoor CPE — 200 manat, əlavə WiFi Access Point alanlar üçün Indoor CPE + WiFi Access Point cəmi 260 manata olacaqdır.
- 0
- 24 декабря 2009, 20:26
- 2



