Mobil Texnologiya → Mobile OS-lərdə yeniliklər

Amazon webOS-i alır.
Mobil İnternet gedərək daha da çox yayılır. Yayılmağı ilə birgə Texnologiya şirkətlərinin də mobil texnologiyalara yatırımları daha artır.
Hewlett-Packardın radikal bir qərar alaraq bağladığı webOS mobil əməliyyat sistemi, sonunda yoluna davam edə biləcəyi bir tərəfdaş tapdı. Amazon, webOS-in yaradıcısı Palm firmasıyla maraqlanır. Amazon ötən günlərdə təşkil etdiyi mətbuat konfransında bu bazara da daxil olmuşdu. Satın alma əməliyyatı reallaşdığı təqdirdə, Amazondan daha çox planşet görmə ehtimalımız yaranır.
MeeGo proyekti Tizen OS-ə çevrilir
( Ətraflı oxuyun )
- +2
- 1 октября 2011, 02:27
- şərh yaz
Mobil Texnologiya → HTC də fərdi əməliyyat sistemi axtarışında

Android və Windows Phone platformalarında çox müxtəlif smartfonları olan HTC, Android platformasına qatdığı yeniliklərlə və HTC Sense interfeysi ilə müsbət reaksiyalar almışdı. Proqram mövzusunda çox irəli səviyyədə olan və digər Android telefonlara görə fərqli bir istifadə təqdim etməyi bacaran HTC deyilənlərə , şəxsi əməliyyat sistemi axtarışındadı.
Bu qərarın ardında, böyük ehtimalla Google-un Motorolanı almağı var. HTC özünü qarantiya almaq üçün belə bir addım atmağı gözləniləndi. Digər böyük Android istehsalçısı Samsung-un Bada əməliyyat sistemi var və həmin əməliyyat sistemini inkişaf etdirməyə başlayıblar.
( Ətraflı oxuyun )
- +1
- 12 сентября 2011, 17:59
- 3
Texnologiya → HP-nin məhsullarını "bölüşdürürlər"
HP WebOS əsaslı cihazların istehsalını dayandırdığını . Eyni zamanda PC istehsalını da dayandıracağı deyilir. Yəni, İBM kimi PC bölümünü sata bilər. Artıq HP daha çox software-ə yönələcəyini deyir.HP tərəfindən bunlar olanda, texnologiya aləmində məsələ bağlı müxtəlif hadisələr cərəyan edir.
HP-nin WebOS cihazlarından əl çəkməsi ilə birlikdə, həmin platforma üçün application yazanların aqibəti sual altında qalır. Bu developerlərə Microsoft göz dikib ki, öz Windows Phone əməliyyat sistemini zənginləşdirsin.
( Ətraflı oxuyun )
- +1
- 22 августа 2011, 22:59
- 3
HP → HP webOS-u istifadə etməyəcək

2010-cu ilin aprel ayında Palmı 1.2 milyard dollara satın . Bir ildən bir qədər çox vaxt keçdikdən sonra HP artıq webOS ilə heç bir məhsul çıxarmayacağını bildirdi. Yəni, bu satınalma özünü doğrultmadı.
HP satın alma əməliyyatından bu yana, webOS istifadə edərək yalnız üç ədəd məhsul çıxara bildi. Bunlar TouchPad adlı bir tablet pc və HP Pre2 və HP Veer adlı telefonlar idi.
Bu cihazların gözlənilən marağı görməməsi və artan rəqabət mühitində istədiyini əldə edə bilməməsi, webOS-in ömürünün sona çatmasına səbəb oldu.
Şirkətin ikinci rüb maliyyə hesabatında, webOS cihazları ilə əlaqədar bütün işlərin sonlandırıldığı rəsmi olaraq ictimaiyyətə açıqlandı.
Görünən odur ki, planşet və smartfon bazarında Android əsaslı cihazlar və Apple arasına bir başqa platformanın girməyi çox çətin olacaq.
- 0
- 19 августа 2011, 14:47
- şərh yaz
HP → HP-nin WebOS əsaslı ilk məhsulları

HP, Palmı satın sonra ilk məhsullarını nəhayət tanıtdı.
Hp Palm Pre 3
Palmın ənənəvi modeli Pre adını qoruyan yeni WebOS-lu smartfon, Palm Pre 3 olaraq adlandırılıb. 1.4GHz-lik bir prosessora sahib olan cihaz, dizayn olaraq da Pre xəttindən kənar kimi görünmür. Palmın yumşaq xəttləri və qəşəng dizaynı dərhal özünü göstərir.
( Ətraflı oxuyun )
- +2
- 10 февраля 2011, 18:18
- 2
HP → HP-nin WebOS əsaslı tableti PC-si

Keçən il ərzində Palmı satın alan HP-in, bu qərarının ən əhəmiyyətli səbəbi olan WebOS əməliyyat sisteminin istifadə edildiyi Tablet PC-sindən ilkin şəkillər yayıldı.
Engadgetin göstərdiyi Tablet PC haqqında bildiklərimiz hələlik məhdud olsa da, ehtimal olunur ki HP-in gələn ayın 9-unda təşkil ediləcək tədbirdə tanıdacaq. Bundan sonra detallar haqqında daha ətraflı məlumat veriləcəl.
( Ətraflı oxuyun )
- +2
- 19 января 2011, 13:26
- şərh yaz



