İnternet →  20 yaşlı Web

Düz 20 il əvvəl, 6 Avqust 1991-ci ildə Sir Berners-Lee-nin meydana gətirdiyi dil Hypertext mark-Up Language (yəni HTML) ilə Web dünyaya gəlmişdi.

World Wide Veb standartını təyin edəcək olan qurum 1980-ci illərdə Berners-Lee tərəfindən CERNdə qurulmuşdu. Qurumun məqsədi fizikaçıların dünyanın hər yerində eyni təchizat və eyni proqram ilə məlumat paylaşa bilmələrini təmin etmək idi. Berners-Lee işlər əsnasında yazı, şəkil, verilənlər bazası, dokumentasiya kimi bir çox fərqli quruluşdakı məlumatlara çatılmasının HyperText adı verilən hiper mühitlərlə təmin edilə biləcəyini kəşf etdi.

Nəhayət 6 avqust 1991-ci il tarixində assistenti ilə birlikdə hiper text transfer protokolunu — HTTP əsasında dünyanın ilk Web saytını o dövr Steve Jobsun başçılıq etdiyi NeXT firmasının hədiyyəsi olan və NeXTStep əməliyyat sistemi ilə işləyən bir kompüterdə həyata keçirdi. O kompüter də beləcə ilk veb serveri, ilk hiper media skaneri və veb redaktoru oldu.

( Ətraflı oxuyun )
Paylaş :

Təhlil →  Sona çatan trend - portal


Mənim üçün artıq portal erası rəsmi şəkildə bitdi deyə bilərəm.
Uzun müddətdir internet portal kimi fəaliyyət göstərən saytımız xazar.com-u da bağladıq. Bu haqda şəxsi fikirləri, şəxsi blogumda yazdım.
Qısa deyim ki, saytın sadəcə 4 bölməsi fəaliyyətini davam etdirəcək. Səbəbləri filan barədə də ətraflı qeyd eləmişəm.
Mənim üçün niyə portal öldü?

( Ətraflı oxuyun )
Paylaş :
  • +3
  • 18 июня 2011, 01:39
  • Shaig
  • 7

İnternet →  HTML5 üçün "Last Call"

HTML5, gələcəyi parlaq olmasına baxmayaraq, hələ təzədir və standartlaşması uzun çəkəcək bir inkişaf dövrü keçəcək. HTML5-in, 2022-də tam olaraq aktiv hala gələcəyi düşünülsə də, bunun sürətləndirilməsi üçün işlər də görülür.

The World Wide Veb Consortium (W3C olaraq da bilinən Dünya Veb Birliyi), HTML5 üçün əhəmiyyətli bir addım olacaq Last Call proyektinin 2011 Mayda həyata keçiriləcəyini açıqladı.

Last Call, HTML5 standartına keçişdə üçüncü mərhələ olaraq hesab olunur və proyektin üçdə birinin tamamlanacağına işarə edir. Əgər bu sürətdə davam edilsə, 2022-ni gözləmək lazım olmayacaq və 2014-ün sonunda, HTML5 böyük ölçüdə standartlaşacaq.

HTML5 iş qrupunda, 50-dən çox təşkilat iştirak edir və hamısı da işi bitirmək üçün tələsir. Yenə də 2014-də tamamilə başa çatacaq demək çətindir. Hər halda bunun üçün tarix, deadline həmin vaxta qoyulmayıb. Sadəcə işlərin gediş sürətinə görə belə praqnozlaşdırılır.
Paylaş :

Blog: Elliot →  "Cavablar.net" e-jurnalı, say 1.

Bir neçə gün öncə twitter-də yazmışdım ki, bundan sonra Cavablar.net sual-cavab bazası müntəzəm olaraq e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək. Əsas məqsəd sual və cavabları daha kompakt formada təqdim etməkdir.

50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı buradan yükləyə bilərsiniz.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 августа 2010, 11:43
  • Elliot
  • 6

Blog: simplez →  2009 başa çatmaq üzərəykən

Bildiyiniz kimi 2009'cu il yekünlaşmaq üzərədi… Dünya da bu il əməlli başdı, texnologiyanın daha çox inkişaf ettiyi il oldu… Xususən də internetdə, deməy olarki hər ay yeni yeni proyektlər internet istifadəçiləri üçün təqdim edildi…
Beləki hər il olduğu kimi RedWrightWeb bu ildə, 2009'un ən uğurlu proyktləri, anket vasitəsi ilə, istifadəçilərin seçiminə buraxılmıştır… Seçmələr, Red Write Web'in oxuyucuları kiçik bir səs vermə ilə baş tutacaq. Siyahı heçdə qısa değil, ancaq uzun olduğuna baxmayaraq maraqlı bir siyahıdı… Beləliklə, namizətləri qısa da olsa nəzərinizə çattırmaq istəyərdim… Zənnimcə weboxu oxurlarına bu siyahını öyrənmək maraqlı olar… Beləliklə əlifba sırasıynan başlayaq :)


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 15 декабря 2009, 22:08
  • simplez
  • 4

Qwerty.az →  PHP class və sadə nümunə başlıq-keçid

PHP-də obyekt yönümlü proqramlaşdırmanın əsasında CLASS məntiqi dayanır. Class obyektin tərifidir, obyektin xassələrini, metodlarını təyin edir.
Paylaş :