Blog: sESo → Windows 7 yenə irəlidə...
Statscounter'a görə Windows 7 ümumi bazar payını 20.09%'ə yüksəltdi. Windows Vista isə 19.41%'ə qədər gerilədi. Vista'nın RTM versiyası 2006-cı ildə hazırlanmış və əməliyyat sistemi 2007-ci ildə isə satışa çıxarılmışdı. Windows 7 isə 2,5 yaşındakı əməliyyat sistemini sadəcə 12 ay içində 175 milyondan çox lissenziya sataraq geridə qoydu.9 yaşındakı Windows XP isə 59.92%-lik bazar payı ilə hələdə birinci sırada gedir. Ancaq son bir neçə ay içində kəskin bir azalma gözə dəyir. Bu da istifadəçilərin sürətli bir şəkildə Windows 7-yə inteqrasiya olduğunu gözlər önünə gətirir. Rəqəmlərə baxdığımızda Windows XP, Windows 7'nin çıxışından bəri payının 24%'ni itirdiyini görürük.
( Ətraflı oxuyun )
- 0
- 2 августа 2010, 22:07
- 1



