Google →  "Google" açıq internet haqda qanun prototipi təqdim edib

İki səhifəlik sənəddə doqquz tövsiyə əks olunub.

«Google» korporasiyası və ABŞ-ın mobil rabitə operatoru “Verizon” şirkəti ABŞ Federal Rabitə Komissiyasına internetin bütövlüyünün və açıqlığının qorunması üçün vacib olan amillər siyahısını təqdim ediblər.

İki səhifəlik sənəddə doqquz tövsiyə əks olunub. Birinci yerə istifadəçilərin provayder özbaşınalığından qorunması məsələsi çıxarılıb. Qeyd olunub ki, provayder şirkətlər leqal kontent mübadiləsinə, qanunazidd olmayan proqramların istifadəyə verilməsinə, eləcə də provayderin şəbəkəsinə zərər gətirməyən qurğuların qoşulmasına mane olmalı deyillər.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  iPhone 4 satışa çıxdı və Droid X tanıdıldı

Bu günləri mobil texnologiyalar sahəsində əhəmiyyətli gündür. Xatırlayacağımız kimi iPhone 4 mobil cıhazı bu ayın əvvəlində tanıdılmışdı. Həm iPhonun yeni əməliyyat sistemi, həm də cihaz haqqında məlumatları oxumaq olar. İndi isə satışa çıxır. Rəsmi olaraq AT&T Operatoru ilə satılacaq. Çox bəyənilən yeni cihaz üçün kifayət qədər iddialı satış rəqəmlərinə çatacağı barədə fikir söyləyənlər var. BCG analitiki Colin Gillis deyir ki, 1 günə 1 milyon iPhone 4 satıla bilər. Telefon bu gün satışa çıxır, artıq texnologiya bloglarında, saytlarında onun açılaraq detallı foto analizini görmək mümkündür. Hər halda iPhone özünü təsdiq etmiş bir cihazdır və kifayət qədər alıcısı olacaq. Hər dəfə Apple yeni cihaz çıxaranda, onun satış rəqəmləri əvvəlkilərdən daha yaxşı olur.
iPhonun satışa çıxmağından bir gün qabaq smartphone bazarının başqa bir güclü oyunçucu olan Android mənşəli yeni telefonun — Motorola Droid X-in təqdimat mərasimi keçirilib. Çox görkəmli bir təqdimat baş verib. Təqdimat Motorola, VerizonGoogle üçlüyü tərəfindən həyata keçirilib. Cihazın tizer videosu bir neçə gün əvvəldən YouTube-da var idi:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 25 июня 2010, 00:21
  • Shaig
  • 8