Blog: Tural → Ubuntu 12.04 ilə gələcək yeni HUD xüsusiyyəti

Ubuntu Project qurucusu Mark Shuttleworth, Linux əsaslı əməliyyat sisteminin istifadəçi interfeysi üçün inqilab xüsusiyyətində bir yeniliyi tanıtdı. Aprel ayında yayımlanacaq Ubuntu 12.04-cü versiya ilə birlikdə gələcək və HUD (Head's Up Displey) olaraq adlandırılan bu yeni xüsusiyyət LaunchBar Mac və ya Alfred kimi sistem daxilində axtarış etmə imkanı təqdim edən sistemlərə bənzər şəkildə çalışır.
İstifadəçi ekranın sol üst küncündən aşağı doğru enən axtarış sətrinə etmək istədiyi funksiya və ya əldə etmək istədiyi məzmunla əlaqədar açar termin yazmağa başladığında tövsiyələr aşağı açılan bir menyuda sadalanır. Məsələn, istifadəçi HUDu açıb «D» hərfi yazdığında qarşısına «Edit > Delete» və ya «File > Open > DVD_ cover_300DPI» kimi əmr nəticələri çıxır. Sistem, istifadəçilərin menyular arasındakı gəzişərkən itirdiyi zamanı onlara qazandırma məqsədi daşıyır. HUD sayəsində istifadəçi kompüterin içində nəyin harada olduğunu axtarmaq kimi bir zəhmətdən xilas ola bilər.
( Ətraflı oxuyun )
- +2
- 26 января 2012, 19:35
- 1
Texnologiya → Ubuntu developer site

Açıq qaynaq kodu ilə tanınan Linux sistemlərinin bir neçə fərqli versiyası mövcuddur. Bunlardan ən çox istifadə edilənlərdən də Ubuntudur. Ubuntu developerlər üçün yeni sayt açır.
İlk olaraq 5-9 Sentyabr tarixlərində reallaşdırılan Ubuntu Developer Həftəsində tanıdılan xidmət, indilərdə istifadəyə çıxarılmağa hazırlanır. Belə görünür ki, Ubuntu digər platformalardan geri qalmamaq üçün belə yeniliyə ehtiyac duyub.
Daha çox irəli səviyyədə tətbiqlərin çıxarılması, problemlərin ortaq həll ilə ən qısa zamanda aradan qaldırılması, developerlərin sistemə daha çox vaxt ayırmağa sövq edilməsi və biliklərini paylaşması məqsədi ilə belə bir saytı hazırlayırlar. Sayt hələki tam hazır deyil, ancaq yaxın zamanda fəaliyyətə başlayacağı deyilir. Saytın adresi olacaq. Yeniliklərdən dərhal xəbərdar olmaq üçün isə Twitter üzərindən istifadəçisini izləyə bilərsiniz.
- +1
- 19 сентября 2011, 01:41
- şərh yaz
Bloglar → Azerfon 3G və Ubuntu 11.04
Salam hamıya. Bu postda biz Azerfondan 3G modemi Linux Ubuntu 11.04 işlədəcəyik. Qeyd edim ki, bu çox çətin məsələ deyil və bu məqaləni sadecə bir manual kimi istifadə etmək olar. Gəlin başlayaq.
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
Nəticəsi:
Burada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
Gnu/Linux və Unix əməliyyat sistemlərdə əsas vacib olan məqam — cürbəcür xarici cihazların tanınmasıdır. İndiki zamanda bu boyük bir problem deyil, çünki əminliklə demək olar ki, Gnu/Linux əksəriyyət cihazları avtomatik olaraq tapır.

Yoxlayırıq.
Bunun üçün simkartı USB modemə salırıq və kompüterin USB çıxışına salıb Terminalı açırıq.
Orada yığırıq:
[biotin@biotin ~]$ dmesgNəticəsi:
....
[ 423.693909] option: v0.7.2:USB Driver for GSM modems
[ 429.025608] scsi 7:0:0:0: Direct-Access Vodafone MMC Storage MMC Sto PQ: 0 ANSI: 2
[ 429.028697] sd 7:0:0:0: Attached scsi generic sg2 type 0
[ 429.037568] sd 7:0:0:0: [sdb] Attached SCSI removable diskBurada müxtəlif yazılar çıxacaq. Bunlar Core-un(Ядро)nın cihazlardan olan məlumatıdır. Bizi ən axırdakı məlumat maraqlandırır. Gördüyümüz kimi bizim Vodafondan olan modem uğurla tapıldı.
( Ətraflı oxuyun )
- +4
- 26 июня 2011, 17:54
- 3
Blog: ceyhun_mikayil → Ubuntu haqqında (Açıq qaynaqlı Linux distributivi)
Pulsuz və daim dəstəklənən əməliyyat sistemi Ubuntu:Ubuntu, Debian əsaslı, quruluş ve istifadə asanlığı ilə önə çıxan bir Linux distributividir. Canonical Ltd.‘nin ( ’un ) sponsorluğunda inkişaf etdirilir. Ubuntu’nun hədəfi son istifadəçilərin əldə edə biləcəkləri asan, sürətli, pulsuz, güclü bir əməliyyat sistemi yaratmaqdır. Ubuntu, dilində: “Mən, sən sən olduğun üçün, mənəm” deməkdir, eyni zamanda “başqalarına qarşı mərhəmətli, şəfqətli, xeyirsevər” olmaq kimi insani dəyərlərin təməl alındığı dünya görüşüdür. İnsanlıq üçün Linux (Linux For Human Beings) sloganını istifadə edən Ubuntu, Debian‘dan fərqli olaraq hər 6 aydan bir yeni distributiv; her distributiv üçün də 18 ay dəstək təqdim etməkdədir. Ayrıca 3 il Masaüstü ve 5 il Server sistem dəstəyi göstərən ve müəyyən müddətdən bir çıxarılan Uzun Zamanlı Dəstək (Long Term Support, LTS) distributivləri də mövcuddur.
Ubuntu layihəsinin məqsədi, hər istifadəçinin rahat bir şəkildə istifadə edəcəyi, tamamilə açıq qaynaqlı ve qərarlı bir əməliyyat sistemi yaratmaqdır. Bu əməliyyat sistemi haqqında heç təcrübəsi olmayan kəslərin başlaması üçün ideal bir seçimdir. Bu əməliyyat sistemindən kompyuter arxasına yeni oturan eləcədə uzun illər boyunca professionallaşmış İT ustaları da bəhrələnə bilərlər.
Qısa olaraq tarixi haqqında :
( Ətraflı oxuyun )
- +4
- 23 января 2011, 11:47
- 2
Texnologiya → Ubuntu və Yahoo razılaşması.

2009-cu ildə Yahoo`dan az xəbər alırdım. Nə axtarışını düz-əməlli inkişaf elətdirdi, nə də başqa tutarlı bir yenilik elədi. Məəncə Yahoo`nun axtarış motorunda çox böyük üstünlüyü var. İndi isə fikrimcə Yahoo`nun əlində ən yaxşı proyekt Flickr`du. Deyəsən 2010`da Yahoo yenidən meydanlara qayıdır. O Google və Bing`ləmübarizəyə başlayacaq. İlk xəbər isə Ubuntu ilə razılaşması oldu.
Ubuntu Linux`un arxasındakı şirkət Canonical, Yahoo ilə əldə etdiyi razılaşma nəticəsində əməliyyat sisteminin standart olaraq Yahoo axtarış mühərrikini istifadə etməsi qərarlaşdırıldı. Daha doğrusu, Ubuntu üzərində istifadə edilən Firefox brouserinin axtarış mühərriki Yahoo`ya çevrildi.
Ubuntu 10.04dən etibarən etibarlı olacaq bu dəyişmə, razılaşma şərtləri arasında olan bir gəlir paylaşımı maddəsinə söykənir.
Təbii bu seçim məcburit deyil. İstifadəçilər istədikləri axtarışı seçə biləcəklər.
- 0
- 28 января 2010, 18:45
- şərh yaz
Texnologiya →
Ubuntuda .wmv faylları necə oxutmaq olar?
Ubuntuda .wmv faylları oxutmaqda problem varsa, onda bunun həlli çox asandır. 3 addıma .wmv faylları oxuda biləcəksiniz.
- 0
- 6 ноября 2009, 14:20
- şərh yaz



