İnteraktiv Marketinq →  Elnur Baimovdan uğurun sirri


-Onlayn layihələrinizdən qabaq hansı işlərlə məşğul idiniz və niyə bu sektora keçdiniz?
— Mən bu layihələrlə məşğul olanda bu işlə heç kim məşğul olmurdu. 1998-ci ildə bakililar.az saytı ilə başladıq. O vaxtın ilk saytlarından biri idi. Sonra, 2003-cü ildə day.az açıldı. Bizim ilk iri xəbər portalımız idi. Sonra davamlı olaraq başqa layihələrimizi üzə çıxartmağa başladıq. Niyə mən bununla məşğul olmağa başladım. Çünki hesab edirəm ki, informasiya texnologiyaları insanları gələcəyə aparan yoldur. İntellektual layihələr məni həmişə cəlb edib.
-Azərbaycanda ilk olmusunuz?
— Deyə bilmərəm ki, ilk olmuşam. Amma uğurlu layihələrin əksəriyyəti bizim şirkətə məxsusdur. Ən çox layihələri də biz etmişik.
-İşə başlayanda əmin idiniz ki, uğur əldə edəcəksiniz?
— Yox. Amma özümə və komandama inanırdım. Heç vaxt uğur əldə edəcəyinə öncədən əmin ola bilməzsən. Min cür hadisə baş verə bilər. Planlar alt-üst olsa da, peşəkarlıq sayəsində sudan quru çıxmaq mümkündür. Azərbaycanda indi peşəkarların sayı çox azdır.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: Antonio →  Azercell “Uğur 2010” mükafatına layiq görülüb

Press-Reliz: Ülviyyə Həsənzadə: “Bu, şirkətimizin 15 ildə telekommunikasiya sektoruna verdiyi töhfəsinə qiymətdir”

Martın 18-də Buta Palace-da iqtisadiyyat və biznes sahəsində “Uğur-2010” milli mükafatının təqdimat mərasimi keçirilib. Mükafat təsisçilərinin rəyi əsasında hazırlanan nəticələrə görə, ötən il ərzindəki əhəmiyyətli fəaliyyətinə görə 29 laureat “Ugur” Milli mükafatına layiq görülüb. Laureatlar arasında ictimai xadimlər, dövlət təşkilatları və özəl şirkətlər var.

( Ətraflı oxuyun )
Paylaş :