Sosial Media → Yeni il günü saniyədə 16.197 Tweet

İl dəyişikliyinə görə önümüzdəki günlərdə bir sıra statistik yazılar gözlənilir.
Belə statistik göstəricilərdən biri də, dekabr ayının 31-i qeydə alındı. Twitterdə saniyədə ən çox yazılan Tweet rekordu yeniləndi.
Statistikaya görə il dəyişikliyi zamanı mikrobloqda 1 saniyədə, 16197 Tweet yazıldı. Buna görə saytın serverində də müvəqqəti nasazlıqlar yarandı. 31 dekabrda Bakı vaxtı ilə 19.00-dan başlayaraq Yaponiyada təqvim dəyişilməsi baş verdi. Bununla da Twitterdə tweetlərin sayı rekord həddə çatmağa başladı. Saniyə ərzindəki 16197 rəqəmi həm də saytın ötən il ilə müqayisədə nə qədər böyüdüyünü də göstərir. Belə ki, ötən il — yəni 2010-dan 2011-ə keçərkən saniyədə 6366 tweet yazılmışdı.
Yeni rekordun böyük ehtimalla yay aylarında Londonda baş tutacaq Olimpiada oyunları zamanı və ya 6 Noyabr ABŞ prezident seçkilərində təyin olunmağını gözləmək olar. Əlbəttə ona qədər hər hansı böyük hadisə, fəlakət olmasa.
- 0
- 4 января 2012, 02:37
- şərh yaz
Twitter → Twitter “Tweet” Ticarət markasına sahib oldu

Son illərin ən məşhur sosial şəbəkələrindən biri olan Twitter, ‘tweet etmək' adının haqqına sahib deyildi. Saytla birlikdə adı anılan bu anlayışı, yenə Twitter üzərində xidmət göstərən reklam şirkəti Twittad adlı şirkət sahiblənmişdi. Twittad, mikro blog saytı açıldığı zamanlarda, tweet-i ticarət markası kimi öz adına qeydiyyat etmişdi.
İllərdir davam edən məhkəmələrin nəticəsində tərəflər . Twittad, Twitterin simvolu olan quşun iconunun istifadə haqqlarına da sahib olduğu deyilir. Məhkəmə nəticəsində Twitter tweet sözü və həmin sözün törəmələrinin ad haqqına sahib oldu.
5 il idi ki məhkəmə davam edirdi. Razılaşmaya görə Twittad artıq Twitterin məşhur quş iconunun haqqına sahibdir və iddialara görə istədikləri zaman onun istifadə edilməməsini tələb edə biləcək.
- +2
- 12 октября 2011, 00:27
- şərh yaz
Twitter → Twitter foto qalereya servisini istifadəyə verdi

Twitter etdiyi yeniliklərlə, istifadəçilərin platformada daha çox vaxt keçirtmələrini istəyir. Bunun da ən yaxşı yollarından biri foto qalereyalardır. Facebookda da xüsusilə populyar olan foto paylaşımları sayt üzərində istifadəçinin çox vaxt keçirməsini təmin edir.
Etdiyi dəyişikliklərdən sonra sayt üzərində foto və videolara, o cümlədən müxtəlif contentlərə baxmaq mümkün olur. Hətta yaxın zamanlarda Twitter rəsmi foto paylaşım servisini də istifadəyə .
( Ətraflı oxuyun )
- +1
- 23 августа 2011, 04:40
- şərh yaz
Twitter → Reklam Tweetləri aktiv istifadəyə verilir.

Twitter gedərək öz gəlir modellərini yaratmağa başlayır. Artıq növbəti reklam modelini istifadəyə verir. Bu reklam tweetləri modeli olacaq. Artıq istifadəçilər «Timeline»larında reklamlarla qarşılacaqlar.
Yaradılan bu yeni modeldə Twitter üzərində hər hansı bir markanı, marketing-çini ya da şirkəti izlədiyiniz təqdirdə reklamları görə biləcəksiniz, əks halda reklam görməyəcəksiniz. Ayrıca Twitteri cib telefonlarınızdan ya da TweetDeck kimi app.lar üzərindən nəzarət edirsinizsə yenə reklamları görməyəcəksiniz. Böyük ehtimalla brouserlər üçün yaradılmış app.lardan istifadə edənlər də reklamları görməyəcək.
Nəzər alsaq ki, Twitteri aktiv istifadə edənlər onu əsasən internet saytdan yox, müxtəlif app.lar vasitəsi ilə istifadə edirlər, onda reklamların auditoriyasının da azalacağını da düşünmək olar. Digər tərəfdən reklam tweetləri istifadəçilər tərəfindən də mənfi reaksiya ala bilər.
İstifadəçi Twitterdə səhifəni istədiyi qədər aşağıya sürüşdürsə də reklam tweetləri səhifənin ən üstündə görülməyə davam edəcək. Ayrıca həmin tweetlərin üzərinə basılıldığı zaman reklamın itəcəyi də deyilir.
- 0
- 29 июля 2011, 17:30
- şərh yaz
Twitter → Twitter ilə dünya nəbzi - gündəlik 200 milyon tweet

Sosial medianın yüksələn dəyəri — .
Artıq elə bir hal yaranıb ki, dünyada hansı hadisənin populyar olub, onun çox danışıldığını vurğulamaq istəyəndə, həmin hadisənin Twitter Trendlərinə (TT) düşdüyü deyilir. Həm üzvləri, həm populyarlığı həm də istifadə günü-gündən yayılır. Mobil rahatlığına görə daha asan daşına bilən sosial media alətidir. Bu da populyarlığını daha artırır.
2009-cu ilin əvvəlində, gündə 2 milyon tweet edilirdi. 2010-cu ildə gündə 65 milyon-ə yüksəldi. Rəsmi məlumata isə artıq gündə göndərilən tweet sayı 200 milyondu.
( Ətraflı oxuyun )
- +1
- 3 июля 2011, 15:57
- şərh yaz
Twitter → Yeni twitter aktivləşir. #NewTwitter

Bu gün -nun daxil olanda, yeni versiyanın o hesabda aktivləşdiyini gördüm. Bir az yeni formasında gəzib-dolaşıb sörf elədim. Yəqin ki, oxuculardan məndən əvvəl də sınayanlar olar. İlk nəzərə çarpan favicon-un dəyişməsidir. Məncə artıq dəyişiklik idi. Twitteri ən çox xatırladan, onun simvolu halına gəlmiş . Twitteri təmsil edirdi. İndi favcion rəsmi .
Əslində sistem haqqında yeni çıxanda videodan baxıb və digər blogların yazdıqları əsasında fikirlərimi . Bu dəfə əsas gözümə dəyən dəyişikləri qeyd edim.
( Ətraflı oxuyun )
- 0
- 24 сентября 2010, 01:02
- şərh yaz
Blog: sESo → 20 milyard tweet!
Keçən mart ayında ilk inanılmaz rəqəmini açıqlayan (10 milyard tweet) Twitter’in üzərindən daha bir neçə ay keçdi ki, rəqəmlər 20 milyarda çatdığı xəbəri verildi.Servisin 10 milyard mesaja 4 ildə nail olduğunu düşünülürsə, nə qədər sürətlə böyüdüyünü görmək olduqca asandır.
adındakı Yapon qrafik dizayner tərəfindən qoyulan Tweet, 20 milyardıncı mesaj olduğu qeyd edilincə ziyarətçi axınına səbəb oldu. "Əvvəlcə zarafat olduğunu düşündüm" deyən Yapon, heç tanımadığı minlərcə insandan mesaj almasını «qorxunc» olaraq adlandırdı.
Gündə orta hesabla 300 min istifadəçisinin qeydiyyatdan keçdiyi Twitter’in xüsusilə Dünya Kuboku zamanında serverlərindəki həddindən artıq yüklənmə üzündən arada bir xəta vermişdi.
- 0
- 2 августа 2010, 21:31
- şərh yaz
Twitter → Twitter`in böyümə faizi
Dünyanın mikro sosial platforması böyümə göstəricilərinə baxanda adam heyran olur. Əvvəl tez-tez serverlərində ilişmələr olurdu, son vaxtlarda daha azalıbdı. Bu göstəricilərə baxanda həmin nasazlıqları başa düşmək çox asandır. Son vaxtlarda hər yerdə oxuya biləcəyiniz kimi Twitter`in artıq 10 milyardındıncı tviti də edilibdi. Hətta tvit saytlarına online baxmaqda . Bəs bu tvitlərin çoxalma aralığı necədir?

2008`in noyabrında 1 milyard tweet sayına çatan platforma 2009`un oktyabrında isə 5 milyard tweeti keçdiyi açıqlanmışdı. 5 milyard səddindən 5 ay sonra 10 milyardı keçdi. Bu isə 100%`lik böyümədir. Analitiklərin fikrinə görə də 4 ay sonra 20 milyardıncı tweeti keçəcəkdi. Yəni Twitter 100%`lik böyümə rəqəmini getdikcə azaldır.

2008`in noyabrında 1 milyard tweet sayına çatan platforma 2009`un oktyabrında isə 5 milyard tweeti keçdiyi açıqlanmışdı. 5 milyard səddindən 5 ay sonra 10 milyardı keçdi. Bu isə 100%`lik böyümədir. Analitiklərin fikrinə görə də 4 ay sonra 20 milyardıncı tweeti keçəcəkdi. Yəni Twitter 100%`lik böyümə rəqəmini getdikcə azaldır.
- +1
- 7 марта 2010, 02:24
- şərh yaz
İnternet → İlin və son 10 ilin sözü.
İl dəyişikliyi olduğunda görə, hər sahədə statistikalar açıqlanmağa başlayıbdı. Hətta il dəyişikliyi eyni zamanda on illik dəyişimi olubdu deyə on illiyin bəzi statistikalarıda açıqlanmağa başlayıbdı. İndi də ilin sözü statistikası da açıqlanıbdı. Burada yazmağıma səbəb isə ilin bütün sahələrdə sözləri arasında internet terminləri üstündür. 2009`un sözü "tweet" olaraq seçilibdi.
Son on ilin sözü də bəlli olubdu. Bu da yəqinki, çox adamın təxmin etdiyi kimi Google`dur.
Araşdırmanın `i və forması.
Ən populyar sözlər arasında 9/11, blog, text, war on terror ve Wi-Fi kimi sözlər də var. İlk yeri tutan sözlər onu göstərir ki, texnologiya həyatıma tamamilə daxil olubdu.
- 0
- 12 января 2010, 21:58
- şərh yaz



