Blog: farxadus →  Turan production :)

Son vaxtlar Google məhsullarının aktiv işlədilməsinin şahidi oluruq. Google hara gəldi burnunu soxur… Sosial şəbəkələr, mobil telefonlar (bu yaxınlarda Motorolla şirkətini bütünlüklə aldılar), video yayım saytları, poçt xidmətləri, mobil reklam və yazı şəkilli reklam və s. servisləri ələ keçirməyi bacarır… Düzdü Google+ şəbəkəsində hələ ki tam olaraq ələ keçirə bilməsədə, ilk 1-2 ay ərzində, digər sosial şəbəkələrin 2 ilə yığdığı istifadəçiləri cəlb edə bilib. Google hər yerə soxulduğu kimi, buna görə də biz də Google -a soxulmaq istəyirik, türkün məsəli =) Son vaxtlar GTUG yaranması, buna bir misaldır.

Elə bu Google Developerlərindən biri də, bizim Turan Rüstəmlidir. Turanla, mən qwe.az layihəsini apararkən tanış olmuşdum. Lakin yalnız internet üzərində. Bir qədər sonra, BakuTel 2009-da görüşdük. O zaman, Turan işlədiyi "İdrak Technology" şirkətidə bu sərgidə iştirak edirdi. Öz məhsulları təqdim olunurdu. Əgər səhv etmirəmsə, bizim pasport adlandırdığımız "Şəxsiyyət vəsiqəsi" — elə bu İdrak Technology şirkətinin bəhrəsidir. Elə sərgidədə geridə qalmayıb, Microsoft şirkətinin SilverKey məhsulu üzərində xidmətlər təklif edirdilər.

Lakin mən bu gün sizə Turanın İdrak şirkətində işi yox, Google məhsulları ilə işləməsi haqda danışmaq istəyirəm. Düzdür, bu intervyu yox, maraqlı bir insan barədə oxucularım üçün tanışlıq postudur. İnşaAllah Elekberov's Interview barədə də düşünüb, Turanı dəvət edərik ki, bizim suallara cavab versin.

Bu gün sizə təqdim etmək istədiyim, Turanın Chrome üçün yazdığı əlavələrdir (extention).

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 9 сентября 2011, 12:13
  • farxadus
  • 3