Mobil Texnologiya →  “Eurovision” müsabiqəsi ərəfəsində iPhone,iPad və iPodTouch üçün pulsuz Azerbaijan Pages proqramı yaradılmışdır

Press-reliz: Azərbaycanın mobil proqramların hazırlanması üzrə mütəxəssisləri iPhone, iPad və iPodTouch mobil qurğuları üçün nəzərdə tutulan pulsuz Azerbaijan Pages proqramını işləyib hazırlamışlar. Azerbaijan Pages proqramı interaktiv biznes-kataloqu və elektron xəritəni daxil edir, və Azərbaycan, İngilis və Rus dillərində çalışır. Qeyd etmək lazımdır ki, proqram artıq Apple onlyan-mağazasında yerləşdirilmişdir.

( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS “DocPad” adlı sensor ekranlı planşet hazırlayıb

İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların təlabatlarına uyğun premium planşet hazırlayıb. DocPad planşetləri 11.6” HD Glare sensor ekranlı, İntel PieneView-M N450 prosessorlu, 2GB əməli yaddaş qurğulu olaraq Windows 7 əməliyyat sistemində hazırlanıb. DocPad planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən HDMİ, WiMax kimi texnologiyalarla təchiz olması ilə fərqlənir. DocPad planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır. Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır. DocPad planşetlərinin qiyməti 599 AZN-dır.

( Ətraflı oxuyun )
Paylaş :