İnternet →  Day.az -ın yeni bölmələri - c/p

Bir vaxtlar Day.az həm reytinq, həm də imic baxımından çox öndə olan saytlardan biri idi. Hətta deyərdimki ümumi olaraq bazar adına, onun bir vaxtlar göstərdiyi fəaliyyətlərə görə təşəkkür də edirəm. İnternet saytlarını ümumi «public» hala gətirdi. TV-də filan görünməklə, ictimaiyyət arasında özünü tanıtmaqla interneti də tanıtdı. Ancaq bu bir vaxtlar idi. Son zamanlarda xəbər portalı imicini dəyişib ümumi portal olmağa çalışanda bəri deyərdimki öz samballılığını itirir. "Ördək qaz yerişi yerimək istəyib vurub öz yerişini də itirib". Xüsusilə bu Qazaxların sayta nəzarətindən sonra. Yaxınlarda Musiqi endirmək bölməsi də açdılar. Beləliklə day.az xəbər portları, open.az, mix.a, big.az -la rəqib hala gəldi. Bu gün bir az baxdım, sən demə başqa hazırlıq mərhələsində olan bölmələri də var imiş.

( Ətraflı oxuyun )
Paylaş :