Texnologiya →  Mətni insan səsi ilə oxuyan Dilmanc proqramı


Bu məlumatı Dilmancın rəsmi saytında gördüm. Bu tip sadə proqramlar internetdə çoxluq təşkil edir. Müəyyən mətni daxil edirsən və səsləndirir. Bəzi xarici səsləndirmələrə Azərbaycan sözlərini də daxil edəndə oxudur. Ancaq sözlər əcnəbi ləhcədə danışıq effektini verir. Dilmancın proqramında isə mətni səsləndirən «səs»in ləhcəsi də elə Azərbaycan dilindədir. Buna görə üstünlüyü var.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 2 августа 2010, 15:49
  • Shaig
  • 8

İnternet →  İlin və son 10 ilin sözü.

İl dəyişikliyi olduğunda görə, hər sahədə statistikalar açıqlanmağa başlayıbdı. Hətta il dəyişikliyi eyni zamanda on illik dəyişimi olubdu deyə on illiyin bəzi statistikalarıda açıqlanmağa başlayıbdı. İndi də ilin sözü statistikası da açıqlanıbdı. Burada yazmağıma səbəb isə ilin bütün sahələrdə sözləri arasında internet terminləri üstündür.
2009`un sözü "tweet" olaraq seçilibdi.
Son on ilin sözü də bəlli olubdu. Bu da yəqinki, çox adamın təxmin etdiyi kimi Google`dur.
Araşdırmanın URL`i və PDF forması.
Ən populyar sözlər arasında 9/11, blog, text, war on terror ve Wi-Fi kimi sözlər də var. İlk yeri tutan sözlər onu göstərir ki, texnologiya həyatıma tamamilə daxil olubdu.
Paylaş :