AzerDict →  Tercumet.com, Azerdict.com-a birləşdi

Tercumet.com 2009-cu ildə açılmış saytlardan biridir. Saytla ilk dəfə 2009-cu il 10 avqustda tanış olmuşdum. Təqribi 1 il əvvəl. Saytda Azərbaycan, İngilis, Türk dilləri arasında tərcümələr mümkün idi.

Sayt uzun müddət beta versiyada xidmət göstərdi. Ötən günlərdə isə Tercumet.com qurucusu ilə AzerDict qurucuları arasında aparılan danışıqlardan sonra birgə fəaliyyət qərarı alınıb. Tercumet.com doamini AzerDict-ə bağışlanıb.
AzerDict isə cari ilin fevral ayından fəaliyyətə başlayıb.Saytda Azərbaycan-İngilis dillərində lüğət, Rusca Lüğət və Orfoqrafiya Lüğəti mövcuddur. İki saytın əməkdaşlığı isə aşağıdakı kimi şərh olunub:
Azərbaycanın ilk lüğət saytlarından biri olan Tercumet.com 2009-cu ildən bəri fəaliyyət göstərir. AzerDict dil portalını daha da çox inkişaf etdirilməsi və yayğınlaşdırılması üçün Tercumet saytının qurucusu və idarəçisi Hilal Baydarov saytımızla əməkdaşlıq çərçivəsində tercumet.com domeynini AzerDict-ə bağışlamışdır. Bundan sonra tercumet.com saytına girən bütün istifadəçilər azerdict.com ünvanına yönləndiriləcəkdir. AzerDict-ə köməyini əsirgəməyəcəyini bildirən Hilal Baydarov gördüyümüz işlərin də təqdirəlayiq olduğunu vurğulamışdır. AzerDict komandası olaraq biz də öz adımızdan ona təşəkkür edirik.
Paylaş :