Texnologiya → 2011-ci ilin sonunadək 26 mindən artıq təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə təlimlərdə iştirak edəcəkdir
Press-reliz: “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması Dövlət Proqramı” çərçivəsində 26200 min təhsil işçisi təhsildə İKT-nin tətbiqi üzrə müxtəlif təlimlərdə iştirak edəcəkdir. “Mədəd” təşkilatının icraçı direktoru Vüsal Xanlarovun sözlərinə görə, İKT üzrə savadlılığının artırılmasına yönəldilmiş təlimlərə 2011-ci ilin sonuna kimi təhsil sisteminin 21300 nəfər pedaqoji heyəti cəlb olunacaq. Təlim kursları Ağcabədi, Ağdaş, Ağstafa, Ağsu, Astara, Balakən, Bakı, Bərdə, Beyləqan, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gəbədəy, Goranboy, Göyçay, Göygöl, İmişli, Kürdəmir, Lənkaran, Masallı, Mingəçevir, Lerik, Qazax, Qəbələ, Quba, Qusar, Samux, Şamaxı, Şəki, Şəmkir, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Yevlax, Zaqatala, Zərdab rayonlarının əhatə edir. Təlimlər təhsil sisteminin pedaqoji heyətinə tədris prosesində informasiya-komunikasiya texnologiyalarından effektiv istifadə etməsi üçün Rİ-SOL “Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmiləşdirilməsi” və İntel “Gələcək üçün Təhsil” təlim vəsaitləri əsasında keçirilir.
( Ətraflı oxuyun )
( Ətraflı oxuyun )
- 0
- 5 октября 2011, 10:07
- şərh yaz
Blog: Zhala_Najafova → "Gənc Bloqçular Şəbəkəsi" layihəsinə start verildi
Sentyabr ayından etibarən “Gənc Bloqçular Şəbəkəsi” fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsində 5 ay müddətində regionlarda seminarlar, təlimlər və digər müxtəlif tədbirlər keçiriləcəkdir. Gənc Bloqçular Şəbəkəsinin məqsədi Azərbaycan regionlarındakı aktiv gəncləri sosial bloqçuluğa cəlb edərək öz fəaliyyətlərində, ictimai həyatda, sosial məsələlərin işıqlandırılmasında İnternet, Yeni Media vasitələrindən daha geniş və effektiv istifadəyə cəlb etməkdir. Oktyabr ayında keçiriləcək seminarların siyahısı ilə tanış ola bilərsiz.
( Ətraflı oxuyun )
- +3
- 1 октября 2010, 17:58
- şərh yaz
Blog: Zhala_Najafova → YazYay Məktəbi-Bloqlar haqqında təlim
AEGEE-Bakının Yaz-Yay Məktəbi — Bloq yazmaq istəyən, bloqer olmaq istəyən gənclər, tələbələr və gənc jurnalistlər üçün təlimlər layihəsi davam edir.Üç günlük təlim ərzində öyrənəcəksiniz:
( Ətraflı oxuyun )
- +1
- 18 мая 2010, 10:51
- şərh yaz
Blog: Zhala_Najafova → YazYay Məktəbi-Bloqlar haqqında təlimlər
Avropa Tələbələr Forumunun “YazYay Məktəbi” layihəsinin komandası Bloqlar haqqında başlanğıc biliklərə aid təlimlərdən sonra daha birbucür təlimlərin keçirilməsinə hazırlaşır. Çoxlarına məlum olduğu kimi bu təlimlər tələbələr, bloq yaratmaq və yazmaq istəyənlər, gənc jurnalistlər üçün əla bilik mənbəyidir. Təlimlərə qatılmaqla siz bloqun nə olduğunu, bloq yazmağın nəyə lazım olduğunu, idarə olunmasını, məşhurlaşdırılması, oxucuların cəlb edilməsi, bloqdan qazanc əldə etməyin yollarını öyrənə bilərsiniz.
( Ətraflı oxuyun )
- +1
- 18 марта 2010, 13:28
- 9



