Texnologiya →  Təhsildə 2011-ci ilin İKT yekunları


Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görülmüş işlərə yekun vuruldu. Keçən il dövlət proqramı çərçivəsində fəaliyyət aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:

Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi istiqaməti üzrə 2011-ci ildə respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələrinə 2 min ədəd stolüstü kompyuter dəsti, 500 noutbuk, 500 proyektor və s. informasiya və kommunikasiya texnologiyaları avadanlığı verilmişdir. Həmçinin, respublika üzrə şəhər və rayon təhsil müəssisələrinin, o cümlədən məktəblərin ADSL və simsiz genişzolaqlı internetə qoşulması üçün zəruri avadanlıqlar təmin olunmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Ilkaddimlar.com →  Ilkaddimlar.com saytının təqdimatı keçirildi

Bu gün Caspian Plazada ilkaddimlar.com-un təqdimadında iştirak etdim. Yazacaqlarımı təqdimat və videolarla əvəz etmək visual baxımdan oxuyucular üçün daha rahat olar. Sadəcə bir-iki məqama toxunmaq istəyirəm.
Təqdimatda həm Ə.Rəşad çıxış etdi. Proyekt haqqında, onun başlanması və davamiyyət planları haqqında danışdı. Həm də təqdimatın başqa maraqlı cəhəti bir qədər müzakirəyə çevrilməsi oldu. Bir növ ümumi «Brainstorming» aparıldı. Hər kəs müəyyən təkliflər irəli sürdü. Həmin təkliflərdən bir başqasında yeni ideya yarandı. Məncə təqdimatlar həmişə bu şəkildə olsa resursa daha faydalı olardı. Yəni həm rəsmi, həm də səmimi ab-hava.
Təqdimata həm bəzi Universitetlərdən, həm də dövlət orqanlarından insanların iştirakı proyektin gələcəyinə də nikbin baxmağa imkan verir.
Təqdimat slide-ında maraqlı statistikaları da görmək olar. Ümid edirəm rəqəmlərin sonundakı 0-lar daha çox olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 16 декабря 2011, 20:30
  • Shaig
  • 1

Xaricidil.net →  Online rus dili tədrisi - ilk mərhələ

Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də tvitlədik. Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu etdiklərini bildirdilər.
Beləliklə ilk olaraq bu yay starter-tanışlıq səviyyədə sıfırdan öyrədən 10 dərs hazırlamağa qərar verdik. 1 ay ərzində dərsləri hazırlayıb sayta yerləşdirdik və facebook səhifəmizdə bu haqda bildiriş də yazdıq:
Nəhayət Xaricidil.net saytına 2-ci dil də qədəm qoydu! Rus dili ilə ilkin tanışlıq üçün sıfırdan dərslər artıq sizin ixtiyarınızdadır. Verilmiş 10 dərsdə əlifbadan başlayaraq fonetik təhlilə qədər faydalı olacaq əsas ilkin baza təqdim olunur. Yaxın gələcəkdə isə rus dili üzrə daha yuxarı səviyyələr üzrə tam dərslər (qrammatika+test+oxu+audio və.s.) və testlər planlaşdırılır. Uğurlar.

Bu ilk mərhələ idi, yaxın gələcəkdə yuxarı səviyyələr üzrə dərslər də planlaşdırılır. Bundan əlavə bildiyiniz kimi saytda ingilis dilində virtual conversation club fəaliyyət göstərir, buna analoji olaraq rus dili üçün də Beseda adlı conversation club bölməsi açdıq ki, rus dilində cümlə qurmaq praktikası az olanlar sərbəst şəkildə bir-birlərinə dəstək olaraq biliklərini artırsınlar.
Beləliklə rus dili bölməsi ixtiyarınızdadır.
Paylaş :
  • +4
  • 24 августа 2011, 13:22
  • Elliot
  • 1

Texnologiya →  Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə 2011-ci il üçün Fəaliyyət Planı

Press-reliz: “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2011-ci il üçün görüləcək işlərin əsas fəaliyyət istiqamətləri müəyyən olunmuşdur.

Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında informasiya və kommunikasiya texnologiyalarını geniş tətbiq etməklə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsidir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Ölkənin 35 şəhərinin təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə qoşulublar


Press-reliz:Hazırda ölkənin 35 şəhərinin təhsil müəssisələri Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuşlar. Bu haqda AZEDUNET-in direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, hazırda şəbəkəyə bütün ölkə üzrə 600-dən artıq təhsil müəssisəsi qoşulmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Azərbaycan Təhsil Şəbəkəsinə ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub

Hazırda Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) ölkənin 18 şəhərinin təhsil müəssisələri qoşulub. Bu haqda AZEDUNET təşkilatının direktoru Səməd Abbasov bəyan etdi. Onun sözlərinə görə, bu günə qədər şəbəkəyə ölkə üzrə 500-dən çox təhsil müəssisəsi qoşulmuşdur.

“300 təhsil müəssisəsi Bakı və Sumqayıt şəhərlərində, qalanları isə Azərbaycanın digər 16 şəhərində yerləşir. Hər bir təhsil müəssisəsində biz ilkin olaraq kompleks hazırlıq işlərini həyata keçirirk. Buna bütün kompüter və proqram təminatının standartlaşdırılması aiddir. Daha sonra məktəbdə bütün kompüter siniflərini, direktorun otağını, müəllimlər otağını və kitabxananı birləşdirən lokal şəbəkəni quraşdırırıq. Bundan sonra isə qoşulmanı təmin edirik”, deyə S. Abbasov qeyd etdi.

Onun sözlərinə görə, 2010-cu ilin sonunadək AZEDUNET-ə daha 500 təhsil müəssisəsi qoşulacaqdır. Bununla yanaşı, bu müəssisələr 50-dən çox şəhər və şəhərətrafı qəsəbələri əhatə edəcək.
Paylaş :

Texnologiya →  Sumqayıtda “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək


Press-reliz: Cari ayda Sumqayıt şəhərində “Təhsil, Elm, İnformasiya Texnologiyaları” Festivalı keçiriləcək. Sumqayıt şəhər İcra hakimiyyəti və Sumqayıt şəhər Təhsil Şöbəsi tərəfindən təşkil olunmuş festival “2008-2012-ci illərdə Azərbaycan Respublikasının Təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində keçirilir.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Təhsil naziri: İKT-nin təhsildə tətbiqi son 5 ildə əsas uğurlarımızdan biridir

Press-reliz: İnformasiya kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas uğurlardan biridir. Bu haqda Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov təhsilin informasiyalaşdırılmasına həsr olunmuş tədbirdə bəyan etmişdir. Onun sözlərinə görə, təhsilin informasiyalaşdırılmasında ən vacib məsələlərdən biri də müəllimlərin İKT üzrə tətbiqi biliklərinin artırılmasıdır. M.Mərdanovun sözlərinə görə, müəllimlərin treninqlərdən keçməsi onlara İKT vasitəsilə tədrisi daha effektiv qurmağa imkan verir. Nazir təhsil işçilərinin İKT üzrə biliklərinin təkmilləşdirilməsində təlimçi kimi daha hazırlıqlı müəllimlərin iştirakını çox müsbət qiymətləndirdi.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytlar filtrasiyadan keçirilir

Təhsil sistemi çərçivəsində 30-a yaxın kateqoriya üzrə veb-saytalar (filtrasiyadan keçirilir. Bu haqda qərar “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində məzmunun təhlükəsizliyinin təmin olunması üçün yaradılmış Təhsil Nazirliyində İnternetdən istifadə məsələləri üzrə Şura tərəfindən qəbul edilmişdir.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 14 декабря 2009, 11:43
  • Shaig
  • 11

Texnologiya →  2009-cü ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə qoşulacaq təhsil müəssisələrinin sayı 500-ə çatacaq


“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2009-cu ilin sonunadək Azərbaycan təhsil şəbəkəsinə (AZEDUNET) qoşulacaq təhsil müəssisələrin sayının 500-ə çatdırılması planlaşdırılır. Bu haqda AZEDUNET təşkilatının rəhbəri Səməd Abbasov bildirmişdir. Onun sözlərinə görə, hazırda 350-dən yaxın müəssisə bu şəbəkəyə qoşulmuşdur. Daha 150 məktəbin şəbəkəyə qoşulması istiqamətində hazırda iş gedir.


( Ətraflı oxuyun )
Paylaş :