Xaricidil.net →  Online rus dili tədrisi - ilk mərhələ

Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də tvitlədik. Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu etdiklərini bildirdilər.
Beləliklə ilk olaraq bu yay starter-tanışlıq səviyyədə sıfırdan öyrədən 10 dərs hazırlamağa qərar verdik. 1 ay ərzində dərsləri hazırlayıb sayta yerləşdirdik və facebook səhifəmizdə bu haqda bildiriş də yazdıq:
Nəhayət Xaricidil.net saytına 2-ci dil də qədəm qoydu! Rus dili ilə ilkin tanışlıq üçün sıfırdan dərslər artıq sizin ixtiyarınızdadır. Verilmiş 10 dərsdə əlifbadan başlayaraq fonetik təhlilə qədər faydalı olacaq əsas ilkin baza təqdim olunur. Yaxın gələcəkdə isə rus dili üzrə daha yuxarı səviyyələr üzrə tam dərslər (qrammatika+test+oxu+audio və.s.) və testlər planlaşdırılır. Uğurlar.

Bu ilk mərhələ idi, yaxın gələcəkdə yuxarı səviyyələr üzrə dərslər də planlaşdırılır. Bundan əlavə bildiyiniz kimi saytda ingilis dilində virtual conversation club fəaliyyət göstərir, buna analoji olaraq rus dili üçün də Beseda adlı conversation club bölməsi açdıq ki, rus dilində cümlə qurmaq praktikası az olanlar sərbəst şəkildə bir-birlərinə dəstək olaraq biliklərini artırsınlar.
Beləliklə rus dili bölməsi ixtiyarınızdadır.
Paylaş :
  • +4
  • 24 августа 2011, 13:22
  • Elliot
  • 1