Wikipedia →  Vikipediyada yazmaq istəyənlər üçün: Tez-tez verilən suallara cavablar


WebOxu-nun daimi oxucuları yəqin bir neçə gün öncə Vikipediya haqqında yazdığım məqaləni xatırlayırlar. Həmin yazıdan sonra Vikipediyada yazmaq istəyənlərin və buna maraq göstərənlərin əslində çox olmasını hiss etməyə başladım. Ona görə də mənə ən çox verilən suallara yazdığım qısa cavablarə və müvafiq keçidləri təqdim edirəm:

* Vikipediyada yazmaq üçün məndən nə tələb olunur? Bu suala sayt özü cavab verir: Yazmaq istəyirsənsə, cəsur ol!

* Vikipediyada yazı yazmaq istəyirəm, amma daha əvvəl bunu etməmişəm, nədən başlayım? Vikipediya bu məqsədlə Yeni istifadəçilərə kömək səhifəsi hazırlayıb.

* Yazdığım məqaləni və ya başqalarının yazdıqlarını necə redaktə edə bilərəm? Vikipediyada Məqalələrin redaktə qaydaları ilə tanış olduqda görürük ki, bu olduqca asandı və adi mətn yazmaq qədər sadədi.

( Ətraflı oxuyun )
Paylaş :