Facebook →  Stack Overflow ilə Facebook Developers əməkdaşlığa başladı


Bildiyiniz kimi, Stack Overflow internet üzərində ən böyük texniki sual cavab sistemlərindəndir ( Azərbaycan internetindəki alternativi: cavablar.net ). Facebook Developers də öz istifadəçilərinin suallarını cavablamaq üçün hər hansı bir forum və ya daxili bir sistem əvəzinə bu platformadan istifadə etmək qərarına gəlib. Bu barədə Facebook Developers blogunda yazılıb.
Facebook-un developerlər arasında əlaqə və ünsiyyət yaratmaq üçün birgə həyata keçirdiyi bu platformanın URL-i facebook.stackoverflow.com -dur. Onlar qeyd edirlər ki, internet üzərində ən yaxşı sual-cavab platforması axtarışını aylarla edib, analizlərdən sonra qərara gəliblər ki, axtardıqları məhz bu platformadır.
Sentyabrın 1-dən etibarən isə Developer Forum ancaq oxumaq üçün açıq olacaq. Heç bir müzakirələr və sual-cavablar burada yer almayacaq.
Paylaş :
  • +2
  • 24 августа 2011, 23:54
  • Weboxu
  • 1

Blog: Elliot →  Cavablar.net-in 1 ili.


Təxminən 1 il əvvəl Weboxu-da yeni eksperimental bir saytın, IT sual-cavab sistemi olan Cavablar.net saytının fəaliyyətə başlaması haqda yazmışdım.
Saytın ilk öncə web sahəsinə aid suallara həsr olunduğunu get-gedə bütün İT sferasını əhatə etməsini planlaşdırıldığını da qeyd etmişdim. Şərhlərdə bir sıra faydalı məsləhətlər olmuşdu, onlar da operativ şəkildə reallaşdırılmışdı. Bəzi dostlarda aznetdə sual-cavab tipli saytın baş tutacağına, uzun müddət yaşaya biləcəyinə inam az olsa da, fikrimcə Cavablar.net bunun əksini göstərə bildi və avtomatik işlək mexanizmə çevrilə bildi. Beləliklə artıq 1 il müddət keçib. Bu 1 ilə aid qısa hesabat xarakterli məlumat vermək istəyirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 18 июня 2011, 00:26
  • Elliot
  • 7

Blog: Elliot →  "Cavablar.net" e-jurnalı, say 1.

Bir neçə gün öncə twitter-də yazmışdım ki, bundan sonra Cavablar.net sual-cavab bazası müntəzəm olaraq e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək. Əsas məqsəd sual və cavabları daha kompakt formada təqdim etməkdir.

50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı buradan yükləyə bilərsiniz.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 августа 2010, 11:43
  • Elliot
  • 6

Blog: Elliot →  Web sual-cavab sistemi

Təklif və məsləhətlər üçün yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualları cavabları ilə birlikdə mərkəzləşdirilmək fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim.




( Ətraflı oxuyun )
Paylaş :

AzerDict →  AzerDict Sual-Cavab

AzerDict, daha əvvəl də qeyd edildiyi kimi, məqsədlərindən biri olan sosial və kollektiv cəmiyyətin bünövrəsini qoymaq üçün Sual-Cavab (Question & Answers) bölməsini Azərbaycan və İngilis dili olmaq üzərə iki dildə istifadəyə verdi. Bu platformda istifadəçilər Azərbaycan və İngilis dilinə aid onları maraqlandıran sualların cavablarını müvafiq kateqoriyalarda müzakirə və fikir paylaşımı vasitəsilə tapa biləcəklər. Sual-Cavab bölməsi sualın qısa bir müddətdə və sahəsinin mütəxəssisi tərəfindən cavablandırılması üçün xüsusi funksiyalarla təchiz edilmişdir. Eyni zamanda suallara ən yaxşı cavabı verən istifadəçilər xal və reputasiya qazanacaqlar və bu şəkildə bu cəmiyyətin aktiv bir parçası olacaqlar.
Bundan başqa verilən son suallardan və dil sahəsində nələr baş verdiyindən xəbərdar olmaq üçün bölmənin RSS-nə abunə ola bilərsiniz. Sual-Cavab bölməsinə daxil olmaq üçün buraya tıqqıldadın.
Paylaş :
  • +1
  • 12 февраля 2010, 14:48
  • Ferhad
  • 3