İnternet →  Azərbaycan istifadəçilərinin ən çox seçdiyi internet provayder hansıdır?


Bu günlərdə internet provayderimlə əlaqəli bir problem yaşadım. Qeyd edim ki, mən Bakinternet provayderindən istifadə edirəm. Qəribə bir şəkildə local saytlara daxil ola bilirdim, ancaq global saytlara yox. Bu cümləni bir az açası olsam — yəni, hansı saytların ki serverləri Azərbaycandadır onlara daxil olmaq mümkün idi, hansı saytların ki serveri Azərbaycandan kənarda idi onlara daxil olmaq mümkün deyildi. Həm də bu dəfə problem daha uzun vaxt davam elədi. Help desk`ə də zəng edirəm, telefen məşğul göstərir. Əgər kim ki, öz provayderindən tam razıdır, məsləhət görə bilər.
Gördüm məndə problem var, fikirləşdim bir araşdırım görüm ən çox hansı provayder istifadə olunur Azərbaycanda. Bunu araşdırmaq o qədər də asan məsələ deyil. Dəqiq rəqəmləri almaq çətindir. Ancaq belə qərara gəldim ki, ilk10.az`ın bazasından istifadə edəm. Nə qədər olmasa Azərbaycan saytlarının böyük əksəriyyətində həmin sayğac var və statistik məlumatları özündə saxlayır. Təssüfki həftəlik və aylıq olaraq statistikalara baxmaq olmur, ona görədə mən özüm 25-31 yanvar (son həftə) tarixini əsas götürürəm. Həmin müddətə olan rəqəmləri toplayıb, buna görə yerləri müəyyən edəcəm:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 1 февраля 2010, 09:59
  • Shaig
  • 7

İnternet →  Alexa`dan maraqlı fakt

Bu gün e-mailimdə gördüm. Vahid Qasımov`un vurğuladığı qeyri-adi Alexa statistikası idi. Sitat:
www.alexa.com/siteinfo/news.am — Diqqət edin ki, ziyarətçilərin 55%-i Azərbaycandan, cəmi 14%-i Ermenistandandır. Və sayt Azerbaycanda ən cox oxunan 82-ci saytdır.

Bu yuxarıda verilmiş resurs News.am erməni xəbər saytıdır. Erməni, rus, türk, ingilis dilində xəbər verən bu resursun gündəlik istifadəçilərinin isə yarısından çoxu Azərbaycandadır. Bu əslində çox normal haldır. Düşmən ölkənin xəbər agentliyidir və orada nələr baş verdiyini, bizə qarşı hansı düşüncədə olduqlarını bilmək üçün həmin resursa müraciət etmək çox normaldır.


Buradan da görsəndiyi kimi saytın istifadəçilərinin 14%`i Ermənistandan, 55%`i isə Azərbaycandandır. Məhz bu qədər girişin Azərbaycandan olmasına görə də, sayt Azərbaycanda 82-ci sıradadır. Mənim diqqətimi başqa bir nüansda çəkdi. Deməli saytın 14%`i Ermənistandandır. Bu Azərbaycandan olan girişdən təqribi 3-4 dəfə azdır. Amma sayt Ermənistanda 46-ci yerdədir. Belə qənaətə gəlmək olar ki, Ümumiyyətlə Azərbaycanda internet istifadəçilərinin sayı oradan qat-qat çoxdur:
Paylaş :

Texnologiya →  Əməliyyat sistemləri, axtarış motorları və internet səyyahları statistikası

2008-ci ildən 2009`un sonlarına doğru olan bəzi statistik məlumatlarla tanış oldum və bölüşmək istədim. Bu statistikalar bir qədər müqayisəlidir. Hamımız internet səyyahları arasında İnternet Explorerin lider olduğunu bilirik, Əməliyyat sistemləri arasında Windows`un, Axtarış sistemindədə Google`un. Bu statistikada isə onların il ərzindəki qrafiləri və mobil dünyadakı yerləri göstərilibdi.
Keçim indidə statistikaya. Əvvəl internet səyyahları:

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 21 декабря 2009, 11:46
  • Shaig
  • 2

Qwerty.az →  Email statistikası başlıq-keçid

Elm/təhsil kateqoriyasına aid saytlarımızdan birinin email statistikası ilə sizləri tanış edirəm, yəqin ki, bu az və ya çox dərəcədə ümumi Aznet reallığına yaxındır. Təxminən 5500 user emailindən istifadə olunub.
Paylaş :
  • 0
  • 14 декабря 2009, 12:54
  • Weboxu
  • 2

Oxatan →  Quru statistika başlıq-keçid

Yəqin çox oxuyucu bilər. Bilməyənlər üçündə mən deyimki, day.az hələ statistik göstəricilərini açıq formatda heç vaxt təqdim etmir. Bunu nə müştərilər üçün, nə də reklam agentlikləri üçün açmırdı.
Paylaş :