Blog: Zhala_Najafova → Sosial Bloq Yazıları 3 müsabiqəsinin nəticələri açıqlandı
19 yanvar Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.“Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən daha çox yazılar daxil olmuşdur. Sevindirici haldır ki, üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak etmişdir. Bu dəfəki müsabiqədə, ümumilikdə 116 bloq yazısı təqdim olunmuşdur.
Bundan başqa müsabiqələrin ən azı ikisində iştirak etmiş ən yaxşı bloqu olan 10 nəfərə pulsuz domen və şirkətindən 1 illik hostinq hədiyyə olundu.
( Ətraflı oxuyun )
- +1
- 20 января 2011, 16:39
- şərh yaz
Blog: Zhala_Najafova → II Sosium sosial bloq yazıları müsabiqəsi
“Gənc Bloqçular Şəbəkəsi” layihəsi sosial bloq yazıları müsabiqəsi elan edir. Məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək olan bu müsabiqədə bütün bloqerlər iştirak edə bilər. Yazıları təcrübəli bloqçu və yeni media mütəxəssislərindən ibarət münsiflər heyəti qiymətləndirəcəkdir. Müsabiqənin ümumi mükafat fondu 700 AZN təşkil edir.Mükafatlar:
I yer 200 AZN
II yer 150 AZN
III yer 100 AZN
IV-VIII həvəsləndirici yerlər hər biri 50 AZN.
Müsabiqəyə 1 oktyabr – 10 dekabr 2010-cu il saat 23:00-a qədər yazılmış bloq yazıları qəbul olunur. Müsabiqəyə istənilən bloqda və ya sosium.com saytında yazılmış və qaydalara cavab verən bütün yazılar təqdim oluna bilər.
Maraqlananlar müsabiqə ilə bağlı bütün suallarınızı yazyay@gmail.com ünvanına yaza bilərlər.
Qeyd etmək istərdik ki, “Gənc Bloqçular Şəbəkəsi” layihəsi Counterpart International təşkilatının icra etdiyi ABŞ Beynəlxalq İnkishaf Agentliyinin (USAID) Vətəndaş Cəmiyyəti layihəsi çərçivəsində maliyyələşdirilir və Gənc Bloqçular Koalisiyası tərəfindən icra olunur.
- +1
- 19 ноября 2010, 15:39
- 2
İnternet → Sosium-sosial bloq yazıları müsabiqəsinin nəticələri

Press Reliz: “Sosium”-sosial bloq yazıları müsabiqəsinin qalibləri elan olundu.
Müsabiqənin qaliblərini elan etmək və mükafatlandırmaq üçün 1 iyul tarixində Media Mərkəzdə tədbir keçirilib.
Tədbirdə YazYay Məktəbi və Sosium müsabiqəsi haqqında ətraflı məlumat verilib. Müsabiqənin qalibləri elan olunaraq onlara pul mükafatları və diplomlar təqdim olunub.
( Ətraflı oxuyun )
- +3
- 2 июля 2010, 22:54
- 2
Blog: Zhala_Najafova → Sosium-sosial bloq yazıları müsabiqəsi
AEGEE-Bakı Avropa Tələbələr Forumu təşklilatı tərəfindən həyata keçirilən “YazYay Məktəbi” çərçivəsində iyun ayında “Sosium” sosial bloq yazıları müsabiqəsi keçiriləcəkdir. Müsabiqənin məqsədi gənclər arasında sosial bloqçuluğu inkişaf etdirmək, onların yazı və yaradıcılıq qabiliyyətlərini artırmaqdır. Müsabiqə açıqdır və bütün blogerlər iştirak edə bilər. Yazılar müəlliflərin öz bloqlarında və ya saytında yerləşdirilə bilər. Müsabiqənin münsiflər heyəti yeni media və jurnalistika sahəsində tanınmış şəxslərdən ibarətdir. Yazıların qiymətləndirilməsi zamanı yazılara məhz bloqçuluq tərəfdən düzgün yanaşmağa, işıqlandırılmış məsələnin reallığına
( Ətraflı oxuyun )
- +3
- 5 июня 2010, 11:44
- şərh yaz



