Blog: Zhala_Najafova →  Sosial Bloq Yazıları 3 müsabiqəsinin nəticələri açıqlandı

19 yanvar Azərbaycan Media Mərkəzində Gənc Bloqçular Şəbəkəsi layihəsi çərçivəsində keçirilən “Sosial Bloq Yazıları 3” müsabiqəsinin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

“Sosial Bloq Yazıları 3” müsabiqəsinə digər – birinci və ikinci müsabiqədən daha çox yazılar daxil olmuşdur. Sevindirici haldır ki, üçüncü müsabiqə Azərbaycanın müxtəlif regionlarından (Bakı, Gəncə, Şəki, Sumqayıt, Mingəçevir, Zaqatala, Şabran, Şirvan, Tovuz) daha çox bloqçu iştirak etmişdir. Bu dəfəki müsabiqədə, ümumilikdə 116 bloq yazısı təqdim olunmuşdur.

Bundan başqa müsabiqələrin ən azı ikisində iştirak etmiş ən yaxşı bloqu olan 10 nəfərə pulsuz domen və Sahil İT şirkətindən 1 illik hostinq hədiyyə olundu.

( Ətraflı oxuyun )
Paylaş :