Blog: SYD → Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?

Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. SYD-də iştirakın 2 forması var:
1. İdeya sahibi kimi. ndan da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün ə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.
( Ətraflı oxuyun )
- 0
- 29 июня 2011, 16:27
- şərh yaz



