Facebook →  Facebook Ticker-ə ilk baxış.


Avqust ayının 28-i, facebook öz yeni funksiyasını kütləvi şəkildə aktiv etdi… düz on (10) dəqiqəlik. Qəddar Zuckerberg!

Əslində, «yeni» dediyim funksiya, əsla yeni deyil. Ancaq, bu haqda bir az sonra. Gəlin təqdim edim: oxucular, Ticker; Ticker, oxucular.

Tanış oldunuz? Lap əla. Keçək daha yaxın tədqiqata. Mən, Facebook Ticker'i, «Twitter style Newsfeed» adlandırdım. Ticker, səhifənizin sağ tərəfində, hamınıza çox lazımlı olan «Sponsored» (el arasında — «reklamlar» da deyirlər) blokunun düz altında yerləşir. Maraqlısı odur ki, siz səhifənin aşağı hissəsinə gedəndə, ticker də, yapışır pəncərənizin üst hissəsinə, və düşür sizinlə aşağıya. Beləliklə, onun (yəni tickerin), chat`ın üstündə olduğunu demək, həqiqətə daha yaxın olar.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 6 сентября 2011, 17:31
  • Punhan
  • 8

Blog: istiot →  Növbəti texnoloji trend — sosial izlənmə!

Bu gün Google Plyusu test etmək üçün dostumdan dəvət aldım. İlkin təəssüratım yaxşı oldu. İnternet saytları sahəsinin azından bir eksperti kimi deyə bilərəm ki, funksioanllıq baxımından hələ kasad olsa da, istifadə rahatlığı baxımından Facebookdan daha üstündür. Bu da normal haldır, belə ki Facebook sosial şəbəkə olaraq artıq qocaman adlandırıla bilər, Google+ isə yeni doğulur. Elə bu yazını onların istifadəçilər uğrunda müharibəsinə hərs etmək istəyirdim ki, testin növbəti addımında məyus oldum və fikrimdən daşındım.




( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 5 июля 2011, 11:25
  • istiot
  • 4

Blog: Sosialaz →  Azərbaycanın yeni sosial şəbəkəsi

Salamlar. Yanvar ayının 24-dən etibarən yeni www.sosialaz.com saytı istifadəyə verildi. Sayt hələlik Azərbaycan və ingilis dillərində fəaliyyət göstərir, amma inşallah tezliklə sayt bir neçə dildə fəaliyyət göstərəcək. Saytda siz, dostlarınızla əlaqə saxlaya bilər, yeni insanlarla tanış ola və məlumatlarınızı onlarla bölüşə bilərsiniz. Daha çox damışmaq istəmirəm. Hamını sosial şəbəkəmizə dəvət edirəm.

SOSIALAZ
Paylaş :

Blog: RashadMedia →  DREAM - Sosial Şəbəkə - Tezliklə

Hər kəsə salam.



Sizlərə yeni DREAM sosial platformasını tanıtmaq istərdim. İlk növbədə onu qeyd edim ki, DREAM 2007-ci ildən Azərbaycanın Sosial Şəbəkəsi olaraq fəaliyyətə başlayıb. Həmin vaxtlarda yerli istifadəçilər hələ sosial şəbəkənin nə olduğunu yaxşı anlaya bilmirdilər. Bəziləri qızlarla tanışlıq, bəziləri isə chat üçün istifadə edirdilər.

Texniki olaraq DREAM Social Engine üzərində qurulmuşdu. Bu səbəbdən çoxlu tənqidlərə məruz qalmışdıq. Bu səbəbdən və istifadəçilərimizin sosial şəbəkə anlayışlarının zəif olmasından proyekt 2009-cu ildə bağlandı.

Bir-iki gün əvvəl isə fikirləşdim ki, bu proyekti yenidən canlandırım. Çünki artıq istifadəçilərimizdə sosiallaşma anlayışı və istifadə bacarığı getdikcə artır.



( Ətraflı oxuyun )
Paylaş :

Ultra →  NEXUS sosial mediada rəqiblərindən daha aktivdir

İlk Azərbaycan noutbuku kimi 2003-cü ildən fəaliyyət göstərən milli brend NEXUS sosial mediada rəqiblərindən daha aktivdir. Beləki, sosial şəbəkələrdə səhifələrinə daha çox üzv toplayan NEXUS tez-tez müxtəlif aksiyalar etməklə fərqlənir. Yerli brendin məqsədi ictimaiyyətlə əlaqələrini sosial şəbəkə səhifələrində də reallaşdırmaq, istehlakçı irad və təkliflərini nəzərə almaqdır.

Bundan başqa, NEXUS şirkəti sosial blogingə də önəm verir. Şirkət bloqlar vasitəsi ilə məhsulların xüsusiyyətləri barədə texniki və test analiz məlumatlarını yayır. Buna nümunə olaraq "InfoCity" jurnalının TestLab rubrikası üçün NEXUS AİR seriyasından olan noutbukun yoxlanılması və testdən uğurla keçməsini nümunə göstərmək olar.

Şirkət məhsullarının keyfiyyəti, texniki dəstək və s. göstərilən xidmətlərə görə sosial məkanda istehlakçıların minnətdarlığı qeydə alınır. Ancaq bəzi hallarda tutulan iradların səmimiyyəti şübhə yaradır. Məhz buna görə hadisəyə şərh verməkdən qaçınaraq sosial mediada cərəyan edən bəzi məqamların xronoloji vəziyyətini aşağıda qeyd edirik.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  "Facebook" rəqiblərini qabaqladı

İnternetdəki ən böyük sosial şəbəkə olan «Facebook» rəqibləri «Yahoo!» və «Microsoft»u geridə qoyaraq ABŞ-ın veb-reklam bazarında lider mövqeyə yiyələnib.
«PC World» bildirir ki, 2010-cu ilin I rübündə banner reklamının nümayişi baxımından «Facebook» ilk dəfə «Yahoo!»nu qabaqlayıb. İndiyədək «Yahoo!» ABŞ-da banner nümayişinin şəksiz lideri sayılırdı.

Bu ilin əvvəlində «Facebook»un payına bütün bannerlərin 16,25-i düşüb. Sosial şəbəkə media bloklarını 176,3 milyard dəfə göstərib. Müqayisə üçün deyək ki, həmin göstərici «Yahoo!»da 131,6 milyard, «Microsoft»da isə 60,2 milyarddı.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Buzz-dan Sonra Sosial.Qurman.Az !


Sözə başlarkən bir neçə gün əvvəl qoşulduğum Buzz ağlıma gəldi… Elə bu saytdakı bloqlarda da bu baradə bir xeyli bəhs edilir. Google Dünyanın İT nəhənglərindən olduğu halda rəğbət göstərdiyi sosial şəbəkələr sırasına Azərbaycan üçün yeni platformda bir sosial şəbəkə sisteminə biz də öz tövhəmizi vermək qərarına gəldik. Bu təqribən 2-3 ay əvvəldən başlayan bir layihə olsa da testləşdirmək bir neçə gün əvvəlinə qismət oldu.

Təqribən 2 həftəyə yaxındır açılan Qurman.Az yemək reseptləri portalına interaktiv dəstək məqsədilə yeni bir platform əlavə etdik. Sizi işin məğzi ilə yaxından tanış etmək istərdim.


( Ətraflı oxuyun )
Paylaş :

Box.az →  Box.az sosiallaşır


Son vaxtlarda Box.az`dan çox danışmağa başladıq. İndi də görürəm ki, internetimizin populyar e-poçt servisi Box.az getdikcə sosiallaşmağa başlayır.
Belə ki, bütün box.az istifadəçilərinə "Şəxsi Məlumatların Paylaşması Haqda Mühüm Məlumat" başlıqlı e-mail yollayıbdı. Maili oxuyanda belə qənaətə gəlmək olar ki, Box.az mail olmaqla yanaşı həmdə gedərək sosiallaşır. Əslində bu da təəccüblü deyil. Elə dünən yazmışdımki, Google da Gmail tərkibində Google Buzz`u işə salıbdı. Box.az`ın mailinin tərkibi isə belədir:

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 10 февраля 2010, 14:52
  • Shaig
  • 8

İnternet →  Mobil sosial şəbəkə

Bu gün yeni bir sayt haqqında press-reliz`lə xəbər adlım. Əvvəla onu deyimki bu çox yaxşı haldırki saytın istifadəyə verilməyi barədə press-reliz tipli məlumat yayılır.
Sayt barədə onu deyimki, başlıqdanda göründüyü kimi mobil sosial şəbəkədir — mysmile.biz. Azərbaycan intrernetində onsuzda mobil saytların həm reytinqi həmdə qazancı veb saytlardan daha çox olur. Düzdü mobil saytlar çox olmasına baxmayaraq onların keyfiyyəti barədə xoş sözlər demək olmaz. Daha əvvəl də mobil sosial şəbəkələr açılmışdı. Ancaq sonrada veb variantına da keçmişdilər. Yeni mobil sosial şəbəkənin də yalnız mobil variantdamı qalacağı sonrada veb variantınada keçəcəyi hələki dəqiq deyil. Yəqinki hər şey tələbdən asılı olar.
Press-relizdən sitat:

( Ətraflı oxuyun )
Paylaş :