Facebook →  "Ağılsız" telefonlar üçün Facebook


Facebook, mobil bazardakı payını artırmaq üçün ağıllı olmayan telefonlar üçün də tətbiq nəşr edir.

Ağıllı telefonlarda (smartfonlar) çox istifadə olunan Facebook, bazar payı onlardan çox daha böyük olan «Ağılsız» (normal) telefonlarda da var olmaq istəyir. İstehsalçılarla görüşmələr edən firma, «normal» telefonlarda da istifadəçilərə çatmaq istəyir.

Mashable saytının xəbərinə görə 'ağıllı' olmayan telefonlar üçün də application təqdim etmək istəyən firma, 2 min 500 fərqli telefon modelində işləyə biləcək şəkildə proqramlar yaza biləcəyinə dair söz verən Snaptu ilə razılaşdı.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 21 января 2011, 18:51
  • Weboxu
  • 2

Blog: VusalMedia →  Ağıllıtelefon (smartphone) bazarı sürətlə inkişaf edir.Bəs bu bazarın lideri kim olacaq? Android bu sualın cavabı ola bilərmi?

Bu belə olacaq artıq Nokia da bunu anlayıb və bütün umidlərini Meego”a bağlayıb. Çünki müasir smartfon dünyasında yeni trendler yaranıb və Symbian buna heç cürə cavab vermir. Symbian əmeliyyat sistemi bazasında telefon istehsal edən Sony Ericsson və Samsung artıq Symbian ilə yollarını ayırıb. Samsungun i9000 Galaxy S modeli Android platformasındadır və 2009-2010 sezonunun ən yaxşı telefonu mükafatına layiq görülüb.Dünyanın ən çox gəlir qazanan 7ci şirkəti olan Samsung şübhəsiz touchscreen erasının lideridir (telefon azarkeşleri bunu yaxşı bilir). Nokianin hələ 1ghz sürətində prosessora malik olan modeli belə yoxdur(super amoled’den heç danışmağa dəyməz). Microsft Androidin böyüdüyünü anladı və Windows Phone 7 üzərində işləyir — yaxın zamanda istifadəçilərə təqdim olunacaq.Digər tərəfdən Samsung da öz əməliyyat sistemi olan Bada’ni yaratdı və onun böyüməsi üçün çox böyük vəsaitlər ayıracaq. MƏN BELƏ DÜŞÜNÜRƏM Kİ 2 İL SONRA ANDROID LİDER OLACAQ VE ƏN BÖYÜK RƏQİBİ ELƏ İNDİ OLDUĞU KİMİ IOS(APPLE) OLACAQ.
Paylaş :

Mobil Texnologiya →  iPhone 4 satışa çıxdı və Droid X tanıdıldı

Bu günləri mobil texnologiyalar sahəsində əhəmiyyətli gündür. Xatırlayacağımız kimi iPhone 4 mobil cıhazı bu ayın əvvəlində tanıdılmışdı. Həm iPhonun yeni əməliyyat sistemi, həm də cihaz haqqında məlumatları oxumaq olar. İndi isə satışa çıxır. Rəsmi olaraq AT&T Operatoru ilə satılacaq. Çox bəyənilən yeni cihaz üçün kifayət qədər iddialı satış rəqəmlərinə çatacağı barədə fikir söyləyənlər var. BCG analitiki Colin Gillis deyir ki, 1 günə 1 milyon iPhone 4 satıla bilər. Telefon bu gün satışa çıxır, artıq texnologiya bloglarında, saytlarında onun açılaraq detallı foto analizini görmək mümkündür. Hər halda iPhone özünü təsdiq etmiş bir cihazdır və kifayət qədər alıcısı olacaq. Hər dəfə Apple yeni cihaz çıxaranda, onun satış rəqəmləri əvvəlkilərdən daha yaxşı olur.
iPhonun satışa çıxmağından bir gün qabaq smartphone bazarının başqa bir güclü oyunçucu olan Android mənşəli yeni telefonun — Motorola Droid X-in təqdimat mərasimi keçirilib. Çox görkəmli bir təqdimat baş verib. Təqdimat Motorola, VerizonGoogle üçlüyü tərəfindən həyata keçirilib. Cihazın tizer videosu bir neçə gün əvvəldən YouTube-da var idi:

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 25 июня 2010, 00:21
  • Shaig
  • 8