Ultra →  Ultra şirkəti e-Təhsil layihəsi çərçivəsində növbəti məktəbdə sisteminin istifadəsini təhvil verdi

2008-2012-ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində Ultra şirkəti e-Təhsil sisteminin tam istifadəsini təhvil verdi. Sistemin tam hazırlanması üçün neçə aydır ki, hazırlaşan konsorsium şirkətlər e-Təhsil layihəsi üzrə layihənin sistemini tətbiq etdilər. Artıq “Elitar Gimnaziya”-da e-Təhsil sisteminə tam qoşuldu. Bununla yanaşı, e-Təhsil layihəsinə 10 məktəb tam qoşulmuşdur.

Elitar Gimnaziyanın müəllim heyəti e-Təhsil sisteminin özəlliklərindən istifadəyə başlayıblar. Artıq müəllimlər elektron jurnaldan, elektron dərslərin idarəetmə proqramından və Təhsil Portalından istifadə etməyə başlayıblar. E-Təhsil sisteminin tam tətbiqi üçün Gimnaziyanın bütün müəllimlərinə xüsusi treyninqlər keçirilmişdir. Təhsilin tam informasiyalaşdırılması üçün məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində olan Təhsilin İnformasiyalaşdırılması İdarəsində yerləşən təhsil şəbəkəsinə qoşularaq yüksək sürətli fibrooptik kabelli internetə qoşulmuşdur.

( Ətraflı oxuyun )
Paylaş :