Blog: SYD →  Növbəti Sosial Yeniliklər Düşərgəsinə qeydiyyata start verildi

2010-cu il sentyabrın 18-19-da "Transitions"-ın təşkilatçılığı ilə Azərbaycanda ilk Sosial Yeniliklər Düşərgəsi keçirilmişdi. Ötən il bu düşərgəyə olan 200-dən çox müraciəti və cəmiyyətdə yaranmış marağı nəzərə alaraq təşkilatçılar bu il də növbəti Sosial Yeniliklər Düşərgəsini təşkil etməyi qərara alıblar. Yeni tədbirin saytında bu barədə elan yerləşdirilib. Hazırda saytda Sosial Yeniliklər Düşərgəsinin nə olması və necə baş verməsi barədə məlumat, düşərgəyə göndərilə bilən ideyalara verilən tələblər, digər ölkələrdə indiyə qədər keçirilmiş eyni tipli düşərgələr haqqında məlumat (qalib gəlmiş və ya seçilmiş ideyalar, tədbirlərin veb-səhifələri, düşərgə barəsində çəkilmiş filmlər), ideya göndərməkiştirakçı kimi müraciət etmək üçün formalar, tədbirlə maraqlanan şəxslərin suallarını, iradlarını, təkliflərini, eləcə də şikayətlərini cavablandırmaq üçün əlaqə vasitələri yerləşdirilib. Qeyd edək ki, düşərgəyə seçiləcək ideyaları xarici mütəxəssislər qiymətləndirəcəklər və yalnız ideya müəllifləri tərəfindən yayımlanmasına icazə verilən («açıq») ideyalar saytın müvafiq bölməsində yerləşdiriləcək. Tədbir üçün qeydiyyatın son tarixi 25 iyundur. Tədbirin keçiriləcəyi yer və dəqiq tarix bu yaxınlarda açıqlanacaq
Paylaş :