Blog: rashadaliyev →  Azərbaycan mənşəli JScript Beynəlxalq Platformda!


Hamımıza məlumdur ki, FaceBook səhifələrinin açılması kütləvi hal almışdır… Bir çoxları bunu düzgün istiqamətləndirərək bir çox istifadəçiləri ətrafında cəmləşdirməyə (like) nail oldu. Bunun üçün FB-dəki reklamlarından, saytdakı təşviq edici bölmələrdən başqa səhifəmizi «Bəyənin» deyə xüsusi xahişlərdən yəqin ki, bir çoxlarınız bezmiş olarsınız…

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook-un yeni xüsusiyyətləi və "Like"ın alternativi


Facebook, parolunu itirən istifadəçilərə cib telefonuyla parollarını sıfırlamağa imkan yaradan xüsusiyyət planladığını açıqladı.

Facebook komandasından bir mühəndis olan Dan Muriello, xüsusiyyətdən belə bəhs edir: «Parolunuzu unutduğunuzda və ya hesabınız kilidləndiyində, Facebooka geri dönmənizi asanlaşdırmaq istəyirik. Mobil cihazlardan parol sıfırlama funksiyasını sınamaqla məşğuluq.»

( Ətraflı oxuyun )
Paylaş :

Google →  YouTube-da sosial video kanalları

YouTube-da olan əsas standard Youtube kanallarıdır. Məsələn, Bloqosferin Youtube kanalı. Beləliklə, buraya yüklənmiş videolar bir ünvanda toplanır. Digər istifadəçilər də, kanala abunə olaraq yeni yüklənmiş videoları görə bilirlər.
YouTubeda başqa bir kanal anlayışı da varmış. Belə ki, bloglar üzərində paylaşılmış YouTube videolarından yaranmış kanallar. Bir növ YouTube-un sosial kanalları.
Məsələn, Weboxu üzərində payloaşılmış YouTube videolarından ibarət xüsusi bir kanal avtomatik olaraq yaranıb — www.youtube.com/social/blog/weboxu. Kanala daxil olanda Site-ın title-ı kanalın title-ı olaraq çıxır. Sağ tərəfdə paylaşılmış videolarla hazırlanmış postlardan müəyyən hissə verilir. «Read more» klik edəndə isə sayta keçir və xəbər tamlıqla oxumaq imkanı olur.

( Ətraflı oxuyun )
Paylaş :

Facebook →  Facebook şərhlərdə dəyişiklik edib

Facebook istifadəçiləri, şərh edərkən özlərini daha yaxşı ifadə edə bilmək üçün zəngin məzmunlar əlavə edə biləcəklər. Məsələn; video, fotoşəkil ya da veb saytı linki əlavə etmək artıq mümkündür.
Necə istifadəçilər Facebookda link paylaşanda, video paylaşanda həmin linkin ilkin görünüşü yaranırdı, eləcə də bu commentlərdə olacaq. Məsələn, hansısa bir statusa şərhlə YouTube linki əlavə edəndə, həmin videoya elə Facebook daxilində, şərhdə baxmaq mümkün olacaq.
Bu Facebook-u bir qədər mürəkkəbləşdirir, onun sadəliyini itirir. Bu funksiyanın istifadəçilər tərəfindən necə qarşılanacağını isə irəliləyən günlərdə görə biləcəyik.
Paylaş :
  • +1
  • 22 июля 2011, 11:56
  • Weboxu
  • 2

İnternet →  Sosial Mediadakı linklər - allinks.in

Bir vaxtlar dəbdə olan axtarış sistemləri, alexa reytinqləri idi. Bunlarla bağlı statistika verən saytlar çoxlu idi, elə indi də azalmayıb. Sosial media da inkişaf etdikcə, onlar üçün servislər təqdim edən saytların sayı çoxalır. Sosial mediada populyarlığın ölçüm meyarı isə paylaşım saylarıdır. Saytdan olan linklərin paylaşım sayı nə qədər yüksək göstərirsə bu müəllifləri bir o qədər sevindirir. Əsasən saytlara müəyyən buttonlar qoyulur. Elə bizim blogda da olduğu kimi. Proritet hesab etdiyimiz şəbəkələrin buttonlarını yerləşdirmişik. Buradan olan paylaşımları rahat ölçmək olur. Ancaq bütün sosial media vasitələrini yerləşdirmək düzgün olmur. Sosial mediada paylaşımları ölçmək daha çox PR sahəsində, reklam sahəsində işləyənlər üçün və ya bloggerlər üçün lazım olur. Mən bunun üçün xırda bir tooldan istifadə edirdim. Sonra düşündük ki, bunu daha public hala salıb, sayt kimi təqdim edək. Nəticədə son günlərdə domaini fikirləşib, sayt üçün də olduqca minimalist bir dizayn edəndən sonra həmin kiçik tool-u burada yerləşdirdik — www.allinks.in.

( Ətraflı oxuyun )
Paylaş :
  • +7
  • 14 апреля 2011, 02:16
  • Shaig
  • 8

İnternet →  Linkedin də, rəsmi paylaşım buttonu çıxardı

Facebook-un share buttonundan sonra artıq bir çox sosial platformaya məxsus share buttonları çıxmağa başladı. Xüsusən ruslar bu sahədə çox aktivdir — vKontakte, Odnoklassniki, Mail.ru. Dünyada məşhurlardan Twitter axırıncı dəfə share buttonu çıxardığının şahidi oldum. Düzdü hələki onun rəsmi buttonunu istifadə etmirik Weboxuda. Səbəb isə işləmə stabilliyi qane etmir. Ondansa tweetmeme daha yaxşıdır. Baxmayaraq ki, elə Twitterin rəsmi buttonunun mühəndisi də tweetmeme-nin mühəndisidir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 1 декабря 2010, 18:36
  • Shaig
  • 5

Facebook →  Facebook-un yeni "bəyəniləsi" funksiyaları


Azərbaycanda da olduqca tanınmış şəbəkə olan Facebookda bayaq yenilik müşahidə etdim. Fan olmaq düyməsini Like düyməsi əvəzləyib. Əslinə bunun olacağı haqqında xəbərim var idi. Artıq aktiv edilib. Bunu etməkdə əsas səbəb insanların aktivliyini artırmaqdı. Like — Bəyənmək anlayışı Facebook istifadəçiləri arasında olduqca geniş yayılmış bir anlayışdır. Yəqin ki, bu anlayışdan istifadə edərək, insanları Facebook daxılındə daha aktiv etmək istəyirlər. Digər tərfdən, deyilənə görə Like anlayışını Share anlayışından da fərqləndirmək istəyirlər.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 20 апреля 2010, 00:43
  • Shaig
  • 7

Twitter →  Twitter statuslarını Linkedin üzərindən də yeniləmək mümkün olacaq


Dünyada ən populyar status yeniləmə — mikro blog servisi olan Twitter demək olarki artıq rəqibsiz olubdur. Bunu onun bağladığı müqavilələr deməyə əsas verir. Növbəti razılıq isə dünyanın 1 nömrəli biznes şəbəkəsi olan Linkedin`lə əldə olunubdu. Bundan sonra Linkedin`da yazdıqlarınız Twitter`ə avtomatik göndəriləcək. Eyni zamanda #li #in tag`lərdən istifadə edərək də Twitter`də yazdıqlarınızı Linkedinə ötürmək mümkün olacaq.


ətraflı olaraq buradan+ oxuyun.
Paylaş :

Facebook →  Facebook`un “Live Count” Widgeti

Deyilənə görə Facebookda həftədə 2 milyard paylaşım olurmuş. Əksər bloglarda, xəbər saytlarında facebookda paylaşmaq üçün buttonlarda var. İndi isə Facebookda yeni bir funksiya olacaq. Bundan sonra Tweetmeme.com widgetlərində olduğu kimi Facebookda da hansısa bir contentin nə qədər paylaşıldığını görmək olacaq. Eyni zamanda nə qədər «like» edildiyi, nə qədər keçid olduğu, nə qədər şərh yazıldığınıda görmək mümkün olacaq.

Aşağıda nümunə olaraq br contentin, developerlərin istifadəsinə necə təqdim edildiyini görmək mümkündür:
<links_getStats_response xsi:schemaLocation="http://api.facebook.com/1.0/ http://api.facebook.com/1.0/facebook.xsd" list="true">
−
<link_stat>
<url>developers.facebook.com</url>
<share_count>74</share_count>
<like_count>0</like_count>
<comment_count>0</comment_count>
<total_count>74</total_count>
<click_count>2</click_count>
<normalized_url>http://developers.facebook.com</normalized_url>
</link_stat>
</links_getStats_response>
Paylaş :