Təhlil →  Azərbaycan üzrə ən çox istifadə olunan e-mail servislər [araşdırma, statistika]


Son vaxtlarda internetə qarşıma çıxan, dünya üçün və eləcə də Azərbaycan üçün müxtəlif statistikalarla qarşılaşdım, maraqlı bildiklərimizi də blogdan paylaşdıq. Axır bir neçə gün ərzində isə Facebook-un sosial inboxunu aktiv etməyi ilə demək olar ki, mail bazarında ən iddialı oyunçu oldu. Lakin iddialı demək, hələki lider demək deyil. Onun funksiyası ola bilər ancaq istifadəsinin nə dərəcədə yayılacağı bəlli deyil.
Bəs indi Azərbaycanda mail servislərinin istifadəsində kimlər irəlidədir? Bunun üçün sadə bir araşdırma elədim. Üzv sayı çox olan saytların qeydiyyat mailləri arasında hansı servisin üstünlük təşkil etdiyini yoxlamaq lazım idi. Bunun üçün müvafiq saytlardan bu barədə xahiş elədim və onlardan statistikanı aldım. Araşdırmaya kömək etdikləri üçün hər bir sayta təşəkkür edirəm.

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 1 февраля 2011, 20:59
  • Shaig
  • 27

Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

İnternet →  Seyahet.im saytının səyyahları bu gün bəlli olur.


Aprel ayının əvvəlindən başlayaraq Seyahet.im saytının istifadəçiləri üçün səyahət fürsəti yaranmışdı. Artıq kampaniya yekunlaşır. Kampaniya Çinici mağazalarının dəstəyi ilə aparılırdı.
Həm Facebook səhifəsində həm də mağazalarda paralel olaraq iki kampaniya keçirildi. Facebookda keçirilən kampaniya artıq yekunlaşdı. Qalib olmuş foto 368 nəfər tərəfindən bəyənildi (like edildi)
Mağazalarda keçirilən kampaniyasının qalibi isə bu gün İctimai kanalda, saat 19:20-də canlı yayımda bilinəcək. Çəkilişə canlı yayımda internet vasitəsi ilə də online baxa bilərsiniz.
Paylaş :
  • +1
  • 16 июля 2010, 16:38
  • Weboxu
  • 1

İnternet →  Seyahet.im -in Facebook fanları üçün səyahət şansı

Fanlarımızın sayının 2 mini keçməsi münasibətilə xüsusi olaraq Facebook fanlarımız üçün foto müsabiqə elan edirik. Müsabiqənin qalibi isə ÇiniciSeyahetim-dən 2 nəfərlik Antalya səyahəti ilə mükafatlandırılacaq.

Müsabiqədə iştirak etmək üçün ən orijinal hesab etdiyiniz səyahət fotoşəklinizi Seyahetim səhifəsinə yükləyin. Ən çox bəyənilən (daha çox Facebook istifadəçisi tərəfindən “Like” olunan) fotoşəklin sahibi qalib hesab olunacaq.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Seyahet.im - növbəti mərhələ


Bu gün Seyahet.im-də növbəti mərhələ başladı. Saytın potensialını ilkin dəyərləndirən şirkət Çinici oldu. Sayt üzərindən yeni kampaniyaya başlandı. Kampaniya haqqında ətraflı olaraq saytın özündə oxumaq olar. Necəki saytda hər kəs səyahət etmək istdəyi yeri yazırdı, eləcə də kampaniya daxilində hər kəs istədiyi yerə səyahət etmək şansı əldə edəcək.
Bu barədə Facebookda share edəndə, Seyahet.im`in saytı haqqında məntiqi «sonluq» fikri ifadə olunmuşdu. Qeyd edim ki, bu sonluq deyil. Sadəcə bir mərhələdir. Bundan sonra saytın texniki tərəfinin də inkişafı olacaq və bu kimi başqa kampaniyalar keçirilməyinə cəhd olunacaq.
Paylaş :
  • +1
  • 7 мая 2010, 19:05
  • Shaig
  • 7

İnternet →  Location əsaslı yerli web 2.0 proyekti - Seyahet.im

Bu il location əsaslı servislərin ön planda olacağını yazmışdım. Dünyada bu sahədə müxtəlif saytlar var.
Yerli internetdə də location əsaslı saytın açıldığını görmək olar. Seyahet.im adlı sayt web 2.0 stilində hazırlanıb. Sayt beta versiyada fəaliyyət göstərir.
Burada istifadəçilər öz səyahət arzularını bölüşəcəklər. Sayta daxil olub səyahətə hara və niyə getmək istədiyini yazırsan. Məsələn daxil olub yazıramki Romaya getmək istəyirəm, Çünki orada kolizey var. Getmək istənilən yerə klikləyəndə isə onun Google Mapsda yeri açılır, və həmin yerdən fotolar görsənir. Hələki sadə formada hazırlanmış servisin daha da inkişafı nəzərdə tutulur. Servis özü web 2 stilində hazırlandığı kimi, hazırlanma prosessi də web 2 xidmətlərindən istifadə edilərək həyata keçirilib. API`lər saytın strukturunda geniş yer alır. Məsələn XəritəŞəkillər üçün Google`un uyğun API`lərindən istifadə olunub. Bundan başqa FacebookTwitter API`lərindən istifadə olunmuşdur. Beləcə siz adı çəkilən sosial platformalardan hansına üzvsünüzsə onradakı hesabınızdan istifadə edə bilərsiniz. Eyni zamanda sizin səyahət arzularınız istifadə etdiyiniz uyğun platformalara da ötürüləcəkdi.
Sayt üçün Facebook application da yazılıb. URL`lərin qısaldılması üçün isə yerli URL qısaltma servisi olan URL.az`ın API`sindən istifadə olunubdur. Sizdə daxil olub öz səyahət arzularını bölüşə bilərsiniz. Əvvəl arzularımızı bölüşək, sonrada görək bəlkə gerçəkləşdirdik.
Paylaş :
  • +3
  • 12 апреля 2010, 22:30
  • Shaig
  • 17