Blog: farxadus →  CES tədbiri uğurla başa vurdu

Bu günlərdə sizə məlumat verdiyim, Caspian Engineers Society tədbiri bu gün səhər keçiriləcək idi. İşlərin çoxluğu ucbatından gecə saat 3-də yatmağıma baxmayaraq, səhər 8-in yarısı yuxudan oyanıb, səhər yeməyimi yeyib, tədbirə hazırlaşdım. Soruşacaqsız niyə belə tez? Tədbir axı 11-də idi. Mən Bakıxanov qəsəbəsində yaşayıram, buradan da Xırdalana gedib çıxmaq, elə ən azı 1 saat yarım yoldu :)) Hər dəfə belə maraqlı tədbirlər keçiriləndə hirslənirəm ki, niyə axı Qafqaz Universiteti? Düzdü şərait və s. superdi… Amma şəhər kənarına gedib çıxmaq, özü də qıjıxana 20 yanvardan keçmək dəhşətdi :))

Nə isə, saat 11-in yarısı artıq Qafqaz Universitetinə gəlib, Ramin Orucova zəng etdim ki, tədbir hansı otaqda keçiriləcək? 128 otaqda olacağını qeyd etdi. Otağa gəlib, 5 dəqiqə gözlədikdən sonra, hansısa xalaşka gəlib özünü lezvaladı ki, bəs bu otaqda biz teatr hazırlığı keçəcəyik, basın bayıra. Elə təzəcə hamımızı çıxartmışdı ki, Ramin gəldi. Şükür ki, problemi həll edib xalaşkanın dalından dəydi. Otaq deyəndə ki, zal idi, bu da 120+ izləyicinin tutması üçün bəs edəcəkdi. Tədbir saat 11:00 yox, 10 dəqiqə gecikmə ilə başladı ki, hamı gəlib çata bilsin. Budur, CES İT komitəsinin sədri Ramin Orucov səhnədədir və bizlərə "İKT sahəsində əsas istiqamətlər və iş imkanları" mövzusunda fantastik məlumatlar çatdıracaq. Sözün düzü Ramin çox kreativ insandır və hətta 2006-cı il Qafqaz Universitetinin 1 nömrəli məzunu olub. İndidə Azercell şirkətində Məlumat bazası üzrə proqramçı işləyir. Bu hallar, seminarın çox maraqlı olacağından söz verirdi (şəkilləri böyütmək üçün üzərinə tıklayın):

      

Ramin çıxış edəcək mövzunu 4 yerə böldü:


( Ətraflı oxuyun )
Paylaş :

Blog: farxadus →  İKT sahəsində əsas istiqamətlər və iş imkanı

İKT sahəsi üzrə oxuyursunuz? Yox, yəqin oxuyub qurtarmısan, hələ əsgərliyidə çəkib, indi özünə iş axtarırsan. Bəlkə də başqa sahədə oxuyursan, amma İKT sahəsini özünə doğma bilib, bu sahə üzrə işləmək istəyirsən. Amma bilmirsən necə? Məndə bilmirəm… Bilmək üçün Ramin Orucovun bu həftənin şənbə günü keçiriləcək seminarına gedəcəm ki, bu sahənin artıq eksperti olan insandan yeni bilik və ideyalar əldə edim.

FB səhifəsi: Seminar: The main trends and business opportunities in the sphere of ITC

İş Təcrübəsi:
Azercell Telekom, Proqramçı (2 il, 7 ay)
Fövqəladə Hallar Nazirliyi, Proqramçı (1 il)
Qafqaz Universiteti, Laborant (1 il, 7 ay)

Təhsili:
2008 – MS: Qafqaz Universiteti, Kompüter Mühəndisliyi.
2006 – BA: Qafqaz Universiteti, Kompüter Mühəndisliyi.


( Ətraflı oxuyun )
Paylaş :

Blog: Zhala_Najafova →  "Gənc Bloqçular Şəbəkəsi" layihəsinə start verildi

Sentyabr ayından etibarən “Gənc Bloqçular Şəbəkəsi” fəaliyyətə başlamışdır. Bu layihə çərçivəsində 5 ay müddətində regionlarda seminarlar, təlimlər və digər müxtəlif tədbirlər keçiriləcəkdir. Gənc Bloqçular Şəbəkəsinin məqsədi Azərbaycan regionlarındakı aktiv gəncləri sosial bloqçuluğa cəlb edərək öz fəaliyyətlərində, ictimai həyatda, sosial məsələlərin işıqlandırılmasında İnternet, Yeni Media vasitələrindən daha geniş və effektiv istifadəyə cəlb etməkdir.

Oktyabr ayında keçiriləcək seminarların siyahısı ilə tanış ola bilərsiz.

( Ətraflı oxuyun )
Paylaş :

Texnologiya →  "İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi" seminarının nəticələri


Ramin Orucov`un paylaşdığı kimi, 13 mart tarixində maraqlı bir seminar olacaqdı. Seminar uğurla baş tutubdu. Şəxsi blogunda verdiyi məlumata görə, seminar uğurlu keçibdi və təqribi 40 nəfər iştirak edib. Seminar materiallarını buradan yükləyə bilərsiniz. İçində işinizə yarayacaq elektron vəsaitlər var. Seminarın təqdimat slide`ı isə budur:

Paylaş :
  • 0
  • 14 марта 2010, 16:34
  • Shaig
  • 2

Blog: raminorucov →  Seminar: “İKT sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi”

Axtunq axtunq, diqqət, diqqət :)

Bu həftə şənbə günü Qafqaz universitetində seminar verəcəm. İştirak sərbəstdir, qeydiyyat hər kəs üçün açıqdır və pulsuzdur.
Seminar tam adı: İnformasiya Kommunikasiya Texnologiyaları sahəsindəki beynəlxalq sertifikatlar və onların önəmi

Yer: Qafqaz universiteti seminar salonu
Tarix: 13 Mart 2010 saat 10:30
Nəzərdə tutduğum hədəf auditoriya aşağıdakılardır:


( Ətraflı oxuyun )
Paylaş :

Microsoft →  Azərbaycan nümayəndə heyəti Slovakiyada təhsil üzrə beynəlxalq seminarda iştirak edəcəkdir

Press-reliz: 22-25 fevral tarixlərində Slovakiyanın Bratislava şəhərində “Həmkara Dəstək” mövzusunda beynəlxalq seminar keçiriləcəkdir. Seminarın təşəbbüskarı və təşkilatçısı Microsoft şirkətidir. Seminarın əsas məqsədi müxtəlif ölkələrdən olan nümayəndələri müəllimlərə peşəkarlıq səviyyəsinin artırılması üzrə “Həmkara Dəstək” adlı tədris proqramı haqqında ətraflı məlumat verməkdir.
Seminar çərçivəsində “tədrisin informasiya kommunikasiya texnologiyaları vasitəsi ilə keyfiyyətli təşkili”, “XXI əsr bacarıqları”, “öyrətmə və öyrənmə prosesində İKT-nin rolu”, “tədris bacarıqlarının artırılmasında kompüter texnologiyalarının rolu”, “tədrisyönümlü layihələr və onların qiymətləndirilməsi” mövzuları ətrafında məlumat veriləcəkdir.
Azərbaycan nümayəndə heyətinin bu beynəlxalq seminarda iştirakı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na dəstək olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsindədir.
Beynəlxalq seminarda Azərbaycanı, Təhsil nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, “Təhsildə Əməkdaşlıq” proqramı üzrə “Microsoft Azərbaycan” şirkətinin meneceri Emin Axundovun və “Mədəd” təşkilatından Teymur Məmmədov təmsil edəcəklər.
Paylaş :