Mobil Texnologiya →  Galaxy S III indidən 9 milyondan çox sifariş alıb


Smartfon bazarının yeni kralı Samsung Galaxy S III, inanılmaz bir ön sifariş rəqəmi ilə gündəmə gəldi. Cənubi Koreyalı firma, 100-dən çox operator tərəfindən bazara çıxaracağı Galaxy S III adına 9 milyondan çox ön sifariş aldığını açıqladı.

( Ətraflı oxuyun )
Paylaş :

Opera →  Opera Mini, Samsung-un Bada platformunda


Samsung ilə Opera arasında edilən razılaşma əsasında, Operanın mobil veb brouseri olan Opera Mini artıq Samsungun öz əməliyyat sistemi Bada ilə gələn smarfonlara da yüklənə biləcək.

Samsung Bada əsaslı smartfon sahibləri, Opera Minini Samsungun tətbiqlər portalından və yaxud da PC proqramı Kies üzərindən yükləyə bilərlər.

Opera Mininin ən əhəmiyyətli xüsusiyyəti 90%-ə çatan nisbətdə səhifə sıxışdırma texnologiyası sayəsində digər bütün alternativ brouserlərə nisbətlə daha az trafik aparmasıdır.

200 milyona yaxınlaşan istifadəçi sayı ilə Safari və Androidin ardından mobil veb brouserləri bazarının ən məşhur 3-cüsüdür
Paylaş :

Mobil Texnologiya →  3 May (bu gün) növbəti "Galaxy" tanıdıl(ır)dı


Məlumat verdiyimiz kimi, bu gün Samsung-un Galaxy S ailəsinə mənsub növbəti telefonunun tanıtımı olacaq.
İndiyə qədər texnologiya bloglarında Galaxy S 3 olduğu iddia edilən bir çox telefon göstərildi. 20-ə qədər protatipi hazırlanan Galaxy S-in növbəti telefonu haqqında dəqiq məlumat yoxdur. Bilinən ən dəqiq məlumat bu gün rəsmi olaraq yeni Galaxy-ni tanıyacağımızdır.
Telefon Bakı vaxtı ilə saat 23.00-da Londonda tanıdılacaq. Telefonla bağlı ən yeni məlumatları bu postumuzda sizlərlə bölüşəcəyik.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  “The Next Galaxy” - Növbəti Galaxy mikro saytı


Xəbər verdiyimiz kimi, növbəti Galaxy modeli, may ayının 3-də tanıdılacaq.
Model bütün texnologiya bloglarında Galaxy S3 olaraq adlandırılsa da, Samsungun özü hələki adı açıqlamır. Sadəcə növbəti Galaxy ilə tanışlıq vəd edir.
3 May tarixinə hələ bir xeyli müddət qalıb. İnternet üzərində isə, yeni Galaxy olduğu söylənilən bir çox foto və videolar gəzir. O qədər çoxdur ki, hər biri haqqında məlumat vermək spama bənzəyər.

Cnet saytının İngilis telekom sektorundakı qaynaqlarına söykənərək verdiyi xəbərində yeni Galaxy modelinin S2 kimi yenilikçi olmayacağı, üzərinə bəzi dəyişikliklər edilərək istifadəyə veriləcəyi iddia edilir.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 23 апреля 2012, 03:18
  • Weboxu
  • 1

Texnologiya →  Samsung və Apple CEO-ları görüşəcək


Apple və Samsung arasında təxminən 1 ildir davam edən patent mübarizəsini eşitməyən qalmayıb. Bu günə qədər 10 ölkədə 20-dən çox məhkəmə olub. Bəzən oxşar məhsullar hazırlamağı səbəbiylə Apple Samsungu məhkəməyə verdi. Bəzən isə özünə aid texnologiya patentini istifadə etdiyi üçün Samsung Apple-ı məhkəməyə verdi.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq


Samsungun maraqla gözlənilən yeni, ən üst səviyyəli telefonu Galaxy S3, 3 Mayda İngiltərənin paytaxtı Londonda rəsmi olaraq tanıdılacaq. Samsungun nəşr etdiyi dəvətnamədə, «Gəlin və sonrakı Galaxy ilə Tanış olun» şüarı var. Telefon Android istifadəçilərinin ən çox maraqla gözlədiyi cihazdır. Fəaliyyətin detalları isə bu şəkildə olacaq:

Fəaliyyət Adı: Samsung Mobile Unpacked 2012

Yer: «Earls Court» Sərgi Mərkəzi — London

Tarix: 3 May 2012 Cümə axşamı

Tədbirin Başlama Saatı: 23:00

Tədbir, Samsungun Facebook səhifəsindən canlı olaraq yayımlanacaq.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 16 апреля 2012, 17:30
  • Weboxu
  • 3

Mobil Texnologiya →  Samsung-un reklam platforması bu il fəaliyyətə başlayacaq


Mobil sektorun ən böyük oyuçularından biri halına gələn Samsung, əlindəki gücdən maksimum fayda əldə etmək adına işlərini davam etdirir. The Wall Street Journalın xəbərinə görə; Samsung, OpenX Technologies ilə şəriklik edərək bir reklam platforması qurma yolunda işlərə başladı.

( Ətraflı oxuyun )
Paylaş :

Mobil Texnologiya →  Galaxy S 3-ün şəkli?

Mobil Texnologiyalar aləmində, iPhone qədər Galaxy S telefonları da böyük maraqla gözlənir. Hələ ki, Galaxy S-in növbəti seriyasının nə vaxt çıxacağı bəlli olmasa da artıq onun haqqında tez-tez eşidirik.
İlk əvvəl Aprel ayında tanıdılacağı deyilsə də, Samsung bu məlumatı təkzib etdi. Ancaq yeni telefonun nə vaxt istifadəyə veriləcəyini söyləmədilər. Bu yaxınlarda populyar bloggerlərdən Eldar Murtazin Twitter hesabından Galaxy S 3-lərin artıq istehsal edildiyini yaxın zamanda çıxacağını yazdı. Hətta bir çox operator artıq öz sifarişlərini veriblərmiş. Bununla bağlı da hələki rəsmi bir açıqlama yoxdur. Ancaq əksərən Murtazin-in dedikləri doğru çıxır.
Phonearena.com saytı isə ortaya bir iddia atdı. Aşağıda görməkdə olduğunuz şəklin Galaxy S 3-ə aid olduğu deyilir. Bu iddianın sübutu yetirilməsi indilik mümkün deyil, lakin paylaşılan dizayn olduqca məqbul görünür.


( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 16 марта 2012, 02:34
  • Weboxu
  • 3

Tədbirlər →  “Android Erası 2” mobil proqramçıların növbəti yarışması başlayır


Press-reliz: “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti müsabiqəyə start verilir. Samsung-un platin sponsorluğu ilə təşkil olunan “Android Erası 2” yarışması istedadlı proqramçılara özünü ifadə etmə imkanı təqdim edir. Belə ki, müsabiqə iştirakçıları yarışma müddətində həm Android proqramlaşdırmaya aid müxtəlif biliklər əldə edəcək, həm bu istiqamətdə yazmış olduqları proqramları, müxtəlif tətbiqləri təqdim edəcək, həm də bir-birindən dəyərli hədiyyələrə sahib olma şansı qazanacaqlar.

( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 15 марта 2012, 08:38
  • Weboxu
  • 8

Blog: DrELM →  Offline mobil lüğətlər

Mobil telefonda hər nə qədər şəxsən AzerDict istifadə etsəm də, offline lüğətlər sisteminə ehtiyac var. Sizə Siemens SL45i-dən başlayaraq Android'ə qədər düzəltdiyim lüğətləri paylaşacam. Nəzərə alaraq ki, gələcəkdə ehtiyaca görə lüğət formatı dəyişilə bilinən və ya hər hansı platforma rahat uyğunlaşdırılan (konvertasiya) olması üçün açıq kod olaraq XDXF formatına çevirdim.

( Ətraflı oxuyun )
Paylaş :
  • +5
  • 29 февраля 2012, 01:31
  • DrELM
  • 1