Blog: Teodor86 → Honda konserni Asimo robotunun təkmilləşdirilmiş versiyasını təqdim edib

Yaponiyanın Honda Motor sənaye konserni bu günlərdə artıq Honda-nın simvollarından biri olmuş məşhur Asimo robotunun yenilənmiş modelini təqdim edib. Robotun yeni versiyası daha ağıllıdır, özünü kələ-kötür səthlərdə tarazlaya, bir ayaq üstündə tullana, soyuq və isti suyun təsirinə məruz qala və hətta yüksək radiasiyalı, məsələn Fukusima Atom Elektrik Stansiyasındakı obyektlərdə bəzi əməliyyatlar yerinə yetirə bilər.
( Ətraflı oxuyun )
- +1
- 10 ноября 2011, 11:50
- şərh yaz
Blog: Teodor86 → Yaponiyada 1400 dollar dəyərində kürəşəkilli uçan robot yaradılıb
Yaponiyanın Müdafiə Nazirliyi yeni kürəşəkilli uçan robot təqdim edib. Uçan robot həm üfüqi, həm də şaquli hərəkət edə bilir. Yeniliyin tərtibatçıları bildiriblər ki, qurğu satışda mövcud olan komponentlərdən yaradılıb, uçuş zamanı robot 40 kilometr/saata qədər sürətini artıra bilər, monitorinq və nəzarət vasitələrinə malikdir. Qiyməti 1400 dollardır.
Tərtibatçılar bildiriblər ki, hal-hazırda robotun mövcud versiyası operator tərəfindən idarə olunur, lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.
Mənbə:
Tərtibatçılar bildiriblər ki, hal-hazırda robotun mövcud versiyası operator tərəfindən idarə olunur, lakin yaxın vaxtlarda maşın məkanda operativ istiqamətlənərək özü uçuş proqramlarını yerinə yetirə biləcək.
Mənbə:
- 0
- 4 ноября 2011, 09:10
- şərh yaz
Texnologiya → Androidli robot [video]

Google`un mobil əməliyyat sistemi Android getdikcə populyarlığını artırır. Hətta internetdə Androidlə bağlı qəribə məqamlarla da rastlaşmaq olar. Bu gün də maraqlı bir məlumatla rastlaşdım. Tim Heath və Ryan Hickman iki nəfər Android əməliyyat sistemi əsaslı bir cihaz ilə sadə də olsa hazırlayıblar… Bu sadə robotun üzərində yalnız 30 dollarlıq bir cihaz var. Kompüter üzərindən lazımlı əmrləri verib uzaqdan istiqamətləndirmək olur. Bu robot həm də dolayı yolla Androidin gücünü göstərir. Boşuna həmin əməliyyat sistemi ilə işləyən telefonlar «ağıllı telefonlar» adlandırılmır.
Həmin robotun düzəldilməsi və testləri ilə bağlı videolar:
( Ətraflı oxuyun )
- +2
- 7 марта 2010, 15:09
- şərh yaz



