Blog: Mursal →  Bloqosferdən gələn səs “paslı” qulaqların açılmasına kömək olacaqmı?


Bloqosferdən bu üç gün ərzində bütün yeni media aləmi danışdı. Tədbirin yüksək səviyyədə keçməsindən, iştirakçıların aktivliyindən, bəzi qarşıdurmalardan… Bir sözlə, Facebook, Twitter, bloqlarda xəbər əlindən yer yox idi. Telebe.az olaraq çox təssüf ki, bəzi səbəblərə görə, bu tədbirə qatıla bilmədik. Amma hər halda xəbərlərin çoxluğu bizi bu tədbirdə iştirak etmiş kimi hiss etdirdi. Bu müsbət amilləri nəzərə alanda nə edəsən ki, çətinliklərdən və yenə də ancaq Azərbaycana aid olan anormallıqlardan da danışmalı olursan. Çox təəsüf ki, tədbirin bu qədər kütləviliyinə baxmayaraq, böyük şirkətlər bu tədbirə o qədər də maraq göstərmədilər. Bu “mətbəxin” içində olduğumdan xəbərim var ki, edilən müraciətlər, təqdimatlara baxmayaraq bir çox şirkət son anda və ya belə deyək, yola vermək üsulundan istifadə edərək, Bloqosferə maddi dəstək olmaqdan boyun qaçırdılar. Özlərinə əziyyət vermək istəməyib bu tədbirə qatılmadılar. Paslı qulaq sahibləri, tənbəl cəmdəklərini öz kreslolarından qaldırıb heç olmasa o toppuş barmaqlarını işə salıb bir neçə işçini bu tədbirə göndərmək belə istəmədilər ki, barı gələn il bu mərasimə dəstək olmaq barədə gələn ilin strategiyasına bir bənd salsınlar.


( Ətraflı oxuyun )
Paylaş :
  • +1
  • 4 сентября 2011, 23:51
  • Telebeaz
  • 1