Azercell →  Azercell rebrendinq edir


Ölkənin ən böyük GSM Operatoru Azercell rebrendinq edir. Artıq bu haqda kimiləri çoxdan xəbərdardır, kimiləri isə son zamanlarda xəbərdar olub. Fikrimcə bizim oxucularımızın hamsı xəbərdardır. Bir neçə vaxtdır ki, artıq Twitterdə bu barədə yazılar gedir. Əslində bu rebrendinq məsələsi uzun müddətdir var idi. Artıq 1 ilə yaxındır. Bu barədə Mak.az forumunda 8 iyun 2009 tarixində bir mövzu açılmışdı. Buna qədər iki dəfə cəhd olunub ancaq alınmayıb. Nəhayət may ayının 15-i 2010-cu il tarixində rebrendinq gerçəkləşəcək. Bunun marketinq tərəfləri haqqında yəqinki, Parketinqdə olacaq.
Qeyd edim ki, Azercell, Teliasonera-ya aiddir və bu rebrendinqin səbəbi də məhz Teliasonera-nın istəyinə görədir. Şirkət özünə aid olan bütün operatorları eyni stil altında birləşdirir.
Mən onu deyim ki, bu rəng Nar Mobile-ın rənginə dəhşət çox oxşayır. Hətta bəzi adamlar sosial mediada da yazmışdılar ki, Azercell rəngi Nar Mobile-dan götürüb. Hətta tizer reklamlardakı 4 milyon rəqəmi səslənməsə idi, bunun Azercell ya Nar Mobile-a aid olduğu heç bilinməzdi. Lent.az-da yuxarıda həm Azercell, həm də Nar Mobile-ın reklamları var:

( Ətraflı oxuyun )
Paylaş :
  • +4
  • 14 мая 2010, 19:52
  • Shaig
  • 34