İnternet →  Yoxla.az yeni xüsusiyyətləri istifadəyə verdi

Bu barədə Yoxla.az-ın rəsmi blogunda yazılıb. Bir müddətdir ki, üzərində iş aparılırdı. Artıq işlər tamamlanıb:
Bu həftə saytımıza yeni funksionallıq əlavə etdik – xidmət haqda istifadəçilərin rəyini paylaşması. Başqa insanlar hər hansı bir xidməti aldıqda digər istifadəçilərin təcrübə və rəylərindən faydalanaraq düzgün qərar verə biləcəklər.
Hər hansı bir provayderin paketini seçdiyinizdə sol tərəfdə insanların onu bəyənib-bəyənmədiyini, həmçinin neçə nəfərin rəy yazdığını görə biləcəksiniz. Xidməti bəyəndiyiniz və ya bəyənmədiyiniz (qınadığınızı) halda sadəcə bu düymələrlə səs vermək kifayətdir.
Əgər siz öz təcrübənizi başqaları ilə paylaşmaq istəyirsinizsə o zaman ətraflı olaraq xidmətin müsbət və mənfi cəhətləri haqda rəy yazın.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: yanar →  Misra.az saytında keçirilən müsabiqə.

Milli şeir Portalında növbəti müsabigə başa çatdı.

Sayca ikinci olan bu müsabiqədə mübarizə ən yaxşı şərhçi adı uğrunda aparılırdı.
Müsabiqə iki mərhələdən ibarət idi.
Birinci mərhələdə üç ən fəal şərhçi, yəni 1 ay ərzində ən çox resenziya (şərh) yazan müəlliflər sadə statistika yolu ilə müəyyənləşdirildi.
İkinci mərhələdə, həmin üç müəllifdən, saytın istifadəçiləri tərəfindən səsvermə yolu ilə, birinci, ikinci və üçüncü yerin sahibləri müəyyənləşdirildi.

Nəticələr:
SAIDA-27 səs (44.26%);
Sergey_Kurmishov-26 səs (42.62%);
QezelXan-8 səs (13.11%).

Qalib gələn bütün müəllifləri ürəkdən təbrik edirik!
Paylaş :