Weboxu →  Weboxu 2010 istifadəçi seçimlərinin nəticələri


2011 başlayanda Weboxu-nun oxucuları üçün, bir səsvermə başlatdıq. Bu tip səsvermələr internetdə ənənəvidir və müxtəlif resurslar öz oxucularının ötən il nələri bəyəndiyini beləcə təyin edir.

Biz də ayın birindən seçimlərə başladıq. Seçim əvvəli müzakirələr zamanı namizədlər qərarlaşdırıldı və səsvermə başladı. 4 nominasiyada aparılan səsvermələr dünən axşam etibarı ilə başa çatdı. Gecə 24.00-da screen aldım. Onun əsasında da sıralamanı edəcəm. Gecikmə üçün əvvəlcədən üzrlər. Xüsusi səhifənin hazırlanması obyektiv səbəblərə görə bir qədər yubanır. Onu gözləməmək üçün blog postunu yazıram.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 14 января 2011, 00:00
  • Shaig
  • 3

Təhlil →  2010 sona çatdı! Nələr yadda qaldı, nələri bəyəndik?


2010-cu il sona çatdı. İndiyə qədər ötən il ilə bağlı yazmama səbəbi əslində sadədir. Dünyada, eləcə qonşu ölkələrin bloglarına baxanda ilin yekunları ilə bağlı olaraq böyük saytların statistik rəqəmləri yayımlanırdı. Bizdə isə nə elə çox da böyük saytlar var, nə də statistikasını yayımlayacaq saytlar. Ona görə ilin sonu bir növ boş keçir.
Ona görə mən də ötən ilki kimi (İTinternet yenilikləri), öz nəzərimdə olanlar barədə yazacam.
Məncə 2010-cu il, 2009-a nəzərən IT tədbirlər cəhətdən zəif bir il oldu. 2009 daha məhsuldar keçmişdi. 2010 isə bir növ davam ili oldu.
İnternet sahəsində isə tədbirlərə nəzərən daha çox maraqlı nüansla rastlaşmaq olar. Xüsusən bu il yadda qalan API-lərlə işləmək, 3-cü nəsil əlavələr yazmaqda oldu.
Əvvəl başlayım internet saytlardan.

( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 1 января 2011, 17:51
  • Shaig
  • 5

Blog: rashadaliyev →  Qurman.az Yeniləndi!



Əvvəlcədən qısaca məlumat vermək istəyirəm ki, təqribən bir ildir daha çox yemək reseptləri ilə əlaqəli olaraq fəaliyət göstərən saytımızı ilk başlanğıcda sosial platform üzrə də istifadəyə vermişdik.

Fəqət layihənin sosial tərəfinin o zaman üçün biraz tez olduğunu hissetdiyimiz üçün irəlidəki zamanda daha kompleks olaraq ortaya çıxmağa qərar vermişdik.

Artıq bu gün bu qərarı həyata keçirməyə başladıq.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Buzz-dan Sonra Sosial.Qurman.Az !


Sözə başlarkən bir neçə gün əvvəl qoşulduğum Buzz ağlıma gəldi… Elə bu saytdakı bloqlarda da bu baradə bir xeyli bəhs edilir. Google Dünyanın İT nəhənglərindən olduğu halda rəğbət göstərdiyi sosial şəbəkələr sırasına Azərbaycan üçün yeni platformda bir sosial şəbəkə sisteminə biz də öz tövhəmizi vermək qərarına gəldik. Bu təqribən 2-3 ay əvvəldən başlayan bir layihə olsa da testləşdirmək bir neçə gün əvvəlinə qismət oldu.

Təqribən 2 həftəyə yaxındır açılan Qurman.Az yemək reseptləri portalına interaktiv dəstək məqsədilə yeni bir platform əlavə etdik. Sizi işin məğzi ilə yaxından tanış etmək istərdim.


( Ətraflı oxuyun )
Paylaş :