İnternet →  Saytlardakı qeydiyyat prosessində yeni dövr tələbləri

Aparılan bir araşdırmada istehlakçıların veb saytlarında gəzişmək, yazılara və ya saytdakı məhsullara şərh yazmaq ya da online alış etmək üçün veb saytların qeydiyyat formalarından necə istifadə etdiklərinin statistikası tərtib edildi. Sayt sahibləri üçün maraqlı ola biləcəyini düşünüb bu barədə məlumat vermək istədik.

Araşdırma Blue Research tərəfindən Janrain üçün edilmişdi. Araşdırma Oktyabr ayında 619 nəfər arasında keçirilib.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsinə ideya verim yoxsa adi iştirakçı kimi müraciət edim?


Sosial Yeniliklər Düşərgəsi (SYD) ilə maraqlananlar bəzən hansı formada iştirak etmək barədə qərar verməkdə çətinlik çəkirlər, ona görə də bu məsələyə aydınlıq gətirmək istəyirik. Saytımızda qeyd etdiyimiz kimi SYD-də iştirakın 2 forması var:

1. İdeya sahibi kimi. Bu formada iştirak üçün olan ərizə formasından da göründüyü kimi xüsusi biliklər tələb olunmur, yetər ki, düşərgəyə verilmək üçün təşkilatçıların verdikləri tələblərə uyğun olan ideya olsun. İdeya sahibləri ideyalarını reallaşdırmaq üçün proqramist, veb-developer, koder, veb-dizayner, jurnalist, bloqçu, marketoloq, brend mütəxəssisi, mediator, layihələr üzrə mütəxəssis və digər sosial aktiv şəxsə ehtiyacları varsa və özləri də bütün bu işləri görə bilmirlərsə, onda həmin şəxslər ideyalarını düşərgəyə göndərirlər və özlərinə lazım olan komandanı düşərgədə toplayırlar. Qeyd etməliyik ki, bir şəxs istənilən sayda ideya göndərə bilər, lakin bir nəfərin ən çoxu bir ideyası düşərgəyə seçilə bilər.

( Ətraflı oxuyun )
Paylaş :

Blog: SYD →  Sosial Yeniliklər Düşərgəsi: Tez-tez verilən suallar


Sosial Yeniliklər Düşərgəsi (SYD) nədir?
SYD internetlə bağlı sosial ideyaların düşərgəyə qədər qəbulu, onlar içindən seçilən 4-8 layihənin düşərgədə reallaşdırılması və sonda ən yaxşısının mükafatlandırılması müsabiqəsidir.

SYD kimlər üçündür?
SYD internet və kompüter sahəsində heç bir xüsusi bacarığı olmasa da əla sosial internet layihə ideyası olan istənilən şəxslər, eləcə də proqramçı, veb developer, koder, dizayner, marketoloq, brend mütəxəssisləri, biznes düşüncəli insanlar və bu kateqoriyalara aidiyyəti olan digər şəxslər üçündür.

SYD-yə necə qatılmaq olar?

( Ətraflı oxuyun )
Paylaş :
  • -1
  • 19 августа 2010, 14:29
  • SYD
  • 3