Blog: RMehbaliyev →  Facebook internetdə Azərbaycandilli məzmunun yaranmasına mane olur?

Azərbaycanda son illər ərzində Facebook sosial şəbəkəsinin üzvləri durmadan artmaqdadır. Bunun əlbəttə ki, bir çox müsbət cəhətləri olsa da, mənfi cəhətləri də var. Xüsusən Facebook-un geniş yayılmasından sonra milli kontentimizin inkişafına bəzi istiqamətlərdə mənfi təsirini görmək mümkündür:

1. Forumların azalması. Azərbaycanda cəmi bir neçə il öncə kifayət qədər aktiv forum var idi və Google-da nəsə axtaran zaman daha əvvəl bir çoxlarının artıq bunu hansısa forumda soruşduğunu və bizim üçün də yarayacaq cavabı aldığının şahidi ola bilərdik. İndi isə insanlar adətən bunu öz Facebook statuslarında və ya müvafiq Facebook səhifələrində və qruplarında soruşub cavab tapırlar. Lakin məlumdur ki, daha sonra eyni sual kimdəsə yaranarsa, o həmin cavabdan istifadə edə bilməyəcək, çünki Google-da axtarış zamanı Facebook-dakı yazışmalar çıxmır və axtaran adam daha əvvəl həmin suala verilmiş cavabı görməyəcək. Eləcə də müxtəlif müzakirələrin forumlarda yox, Facebook-da aparılması Azərbaycandilli forumların zəifləməsinə səbəb olur.

2. Bloqların lazımi sürətlə artmaması. Bloqların sayı Azərbaycanda artsa da, qeyd etməliyik ki, bir çox hallarda Facebook-da qeyd (Note) funksiyası istifadəçiləri şəxsi bloqlarını yaratmaqdan daha çox onu elə çox asanlıqla Facebook hesabları ilə qeyd şəklində yazaraq paylaşmağı üstün tuturlar. Facebook-da qeyd funksiyası olmasaydı, bloqlarımızın sayı daha sürətlə artardı. Bu tipli yazıların bloqda yazılması həm də ona görə faydalıdır ki, hamı üçün baxmaq imkanı var və Google-da axtarışlar zamanı nəticələrdə görünür.

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Xeberler.az - yeniləndi, necə yeniləndi?

    Bir çoxlarımızın yenilənməsini səbrsizliklə gözlədiyimiz Xeberler.az axır ki, yeniləndi. Saytın audiotoriyasının İT ilə maraqlandıqlarını nəzərə alaraq sayt yenilənərkən nələr baş verdiyini blogda da yazmaq qərarına gəldim. Bu barədə yazacağımı bildiyimdən işi görərkən nələri yazacağım barədə özüm üçün bəzi qeydlər etdim. Buna görə Google Docs`dan və Evernote`dan aktiv istifadəyə başladım. Doğurdan da yararlı «alətlər» imiş. Özün üçün qeydlər etmək çox yararlıdır (bu başqa bir blog yazısına belə çevrilə bilər), bunu davam edəcəm. Əvvəla onu deyim ki yazının çox uzun alınmasına görə üzr istəyirəm (bu ixtisar olunmuş halıdır). Sadəcə bu yazını yazarkən əsas məqsədim, bir sayt ərsəyə gələrkən hansı mərhələrədən keçir və nələrə diqqət edilir onu göstərmək oldu. Çox uzatmadan Xeberler.az`ın ikinici həyata başlaması barədə qeydlərmi paylaşmağa başlayım.


( Ətraflı oxuyun )
Paylaş :
  • +6
  • 28 апреля 2010, 11:18
  • Sadig
  • 35