Blog: farxadus →  Hostinglə əməkdaşlıq və pul qazanma yolları

Salam hörmətli dostlar. Bu gün sizə təqdim etmək istədiyim mövzu, internetdə daha bir pul qazanmaq imkanı haqda olacaq. Bu halda heç nə itirmədiyim üçün, bölüşürəm ki, birlikdə qazanaq ;) Bu günlərdə hostingimin zəifləməsi üzündən, yeni hosting xidməti axtarmağa başladım və yadınızdadırsa, Azərbaycan hostingləri haqda bir mövzu yazdım. Bu mövzunu yazarkən, hər bir hostingi bircə-bircə analiz etməyə başladım və ActiveCloud.az hostingində bir çox gözəl xidmətlərlə tanış oldum. Çox uzatmayım, keçən mövzunun məğzinə :)

ActiveCloud.az hostingində Channel Partner deyilən bir partnyor xidməti var ki, şirkətin sözlərinə görə, bu xidməti seçdikdə siz əsas xidmətlərinizə əlavə olaraq tövsiyələr və konsultasiyalar vasitəsilə, o cümlədən öz saytlarınızda reklam yerləşdirməklə müştərilərinizə ActiveCloud xidmətlərini təklif etmək imakanını əldə edirsiniz. Müştərilər 2 yol ilə cəlb edilə bilər: Channel-referalChannel-konsultant

Channel-referal
Reklam yerləşdirməklə müştəri cəlb etmək istəyən internet-resursların sahibləri üçün nəzərdə tutulub. Bütün reklam materiallarını və onların yerləşdirilməsi vasitələrini biz təmin edirik. Siz isə yerləşdirdiyiniz linkdən keçmiş müştərinin sifariş etdiyi xidmətin qiymətindən müəyyən faiz alırsınız. Gələcəkdə, müştəri tarif planını dəyişdirdiyi halda belə siz bir il ərzində komissiya alacaqsınız. Saytınızda bizim reklamımızın yerləşdiriliməsi – sizin linkdən keçid etmiş müştərilərin məhz sizə gəlir gətirəcəyinin təminatıdır.

Channel-konsultant
Fəal satışlarda və müştərilərlə birbaşa əlaqələrdə maraqlı olanlar üçün tövsiyə edilir. Sizin gəliriniz tarif planının, əlavə xidmətlərin və s. seçiminə dair konsultasiya verdiyiniz müştərinin sifariş etdiyi xidmətlərin qiymətindən müəyyən faiz şəklində hesablanacaq. Siz müştərinin adından həllər sifariş edə və ya ActiveCloud xidmətlərini tövsiyyə edə bilərsiniz: unikal partnyor kodunu qeyd etməklə siz istənilən şərtlərdə gəlir əldə edəcəksiniz.

İndi isə bizə təqdim olunan partnyorluq xidmətinin üstünlükləri ilə tanış olaq:

( Ətraflı oxuyun )
Paylaş :

İnternet →  Unibankın "Google adsense" qiyməti barədə açıqlaması


Xatırladaq ki, iyunun əvvəlində blogumuzda «Google Adsense» çeklərinin pula çevirmə haqqının qalxması ilə əlaqədar post yazılmışdı. Bankdan isə daha yeni bu məsələ ilə bağlı açıqlama verilib. Rəsmi Facebook səhifəsində açıqlama edən bank, qiymət artımının səbəbi barədə məlumat verib:
Google Adsens" üzrə yeni komissiya haqqlarımızdan naraza olanların nəzərinə çatdırırıq ki, Bank bu günə kimi həmin xidmət üzrə qaçırılmaz poçt məsrəfləri hesabına itkilər ilə üzləşirdi. Hesablamalar onu göstərdi ki, orta hesabla «Google Adsense» xidmətləri üzrə çeklərin nağdlaşdırılması üçün ancaq «UPS» üzrə Bankın xərcləri 65 ABŞ Dolları təşkil edir. Ümumi nəticədə isə hər bir inkassisiya əməliyyatı zamanı Bankın xərcləri xarici banklara («WELLS FARQOBANK», «COMMERZBANK») ödədiyi klirinq haqqı ilə bərabər $100 çatırdı, halbuki bizə təqdim olunan çeklərin məbləği əksər halda 50-60 dollar civarında idi. Təbii ki, bu növ xidmətdə əvvəl tətbiq olunan 2% komissiya xərcləri ödəmirdi.

Hal-hazırda bu xidmətdən istifadə edənlərə məsləhətimiz budur ki, çeklərin inkassasiyasını bir-bir yox, daha yüksək məbləğdə toplasınlar və Bank vasitəsi ilə aparsınlar. Nəzərə alın ki, yeni tarif 100 ABŞ dolları + 2% komissiya qədərdir.
Paylaş :
  • +1
  • 8 июля 2011, 16:36
  • Weboxu
  • 5

İnternet →  Unibankda Google Adsense çeklərini pula çevirmə haqqı qalxıb


Bu gün Unibank`a Google Adsense çekini nağdlaşdırmaq və əvvəlcədən inkasso üçün verdiyim çekin pulunu götürmək üçün getdim. Yeni «xidmət» tarifləri məni əməllicə şoka saldı. Ona görə bəlkə mən yalnış anlamışam deyə 2 dəfə xanıma yaxınlaşıb yeni tarifin necə olduğunu və çekdəki pulu almaq üçün nə etməli olduğumu soruşdum.

Məsələni bilməyənlər üçün qısa bir izah verim ki, Google Adsense reklamlarından əldə etdiyiniz pulu əsasən iki yolla əldə edə bilərsiniz. Birinci yol EFT (Electronic funds transfer) köçürməsi yolu ilə, ikinci yol isə Google çekləri vasitəsilə. Birinci yol bizim ölkəmiz üçün yararlı deyil, çünki banklarımızdan EFT dəstəkləyəni yoxdur. İkinci üsulda çeklərin nəğdləşdirilməsində isə əvvəl Google sizə poçt yolu ilə çeki göndərməlidir. Sonra siz bu çeki nəğdləşdirə biləcəyiniz banka getməlisiniz. Mən Unibank`dan istifadə edirdim. Çeki banka verib inkassasiya üçün təxmini 30-40 gün gözləməli olurdum. Bu xidmət üçün təxmini 5$ xidmət haqqı ödəyirdim. Bu mövcud vəziyyətdə ən sərfəli üsul idi.

( Ətraflı oxuyun )
Paylaş :
  • +2
  • 6 июня 2011, 14:43
  • Sadig
  • 26

Blog: Millenium →  Ağlayaq, yoxsa gülək?


Bu yaxınlarda bir maraqlı sayta rast gəldim. URL: pulqazanmaq.com.
Ən birincisi güldüm ki, bu insan çox "əla" dizayn edib və birçox orfoqrafik xətaları var (yalnız mətnlərdə deyil, eləcədə səhifələrin adlarında və s.
Ağlamağım isə bu adamın bizim millətin başını aldadıb onlardan pul qopartmaq istəməsidir. Və yəqinki bir neçə şəxs artıq onun tələsinə düşüb.
Belə fraud saytların yaradıcıları görəsən cinayət məsuliyyətinə cəlb olunur? Heç olmazsa «dələduzluq» bəndi ilə?
Bu hələ harasıdı. Bu sayt özünü nəyi var reklam edir. Və bizim adlarını çəkmək istəmədiyim internet reklam təşkilatları onların reklamının publikassiyasına icazə verir!

PulQazanmaq hələ yaxşıdır. Belə saytlar çoxdur! Misal üçün GreenCard-la bağlı. Gələn postda onlar haqdada yazacağam.

Belə saytlara aldanıb pulunuzu boşluğa buraxmayın!

Aliyev.us
Paylaş :

Təhlil →  Xarici saytların Azərbaycanın internet bazarına marağı


Azərbaycan interneti inkişaf etdikcə, istifadəçilərin sayı çoxaldıqca, bazara qarşı olan maraq da getdikcə artmağa başlayır. Yerli bazara investisiya qoyan olmadığı üçün, xarici bazarın pullu oyunçuları burada da rahatlıqla öz işlərini görürlər. Həm də çox ağıllıca.
Nəzərə alsaq ki, bizim bazarda bir dənə də olsun normal bir elektron ödəmə vəsaiti yoxdu. Yerlilərdən əsası Goldenpay`dir ki, ona qoşulmaq elə də asan deyil. Ona görə də ən çox yayılmış ödəmə sistemi SMS`dir.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 17 марта 2010, 03:03
  • Shaig
  • 4

İnternet →  Aktiv istifadəçilər və bloggerlər üçün mükafat şansı


Bir müddət əvvəl yeni bir qrup blog`un açıldığını oxumuşduq. Bir qədər tənqidi fikirlərlə də olsa blog fəaliyyətə başladı və belə görünürki normal davam etdirir. Bu blogun — kayzen.az `ın yeni bir müsabiqəsi başlayıbmış. Müsabiqə şərtləri əsasında saytdakı aktivliyinizə görə pul qazanmaq şansınız olur.
...Mart ayının 15-dən sonra saytda ən çox aktiv olmuş,ən çox reytinq yığmış şəxs istifadəçilərin təklifi ilə başlanğıc üçün 250 USD mükafatlandırılsın.


Ətraflı olaraq saytın özündən oxuya bilərsiniz.
Fikir olaraq bəyəniləsi fikirdir. Azərbaycanın internetində mix.az big.az və s. kimi bir çox qrup blogları var. Burada isə məlumatlar zibil kimi çoxdur və elə çoxusu da zibil kimidir. Mən kayzeni bir növ həmin tip blogların aliləşmiş forması kimi görürəm. Yəni müxtəlif mövzularda daha yararlı yazıların toplusu. Təbii ki, işin içinə maddi məsələ də daxil olanda, çalışacaqlar ki, daha yararlı content toplansın. Yeri gəlmişkən qeyd edim ki, bu təcrübə xaricdə artıq istifadə olunur. Görək bizdəki uğuru nə dərəcədə olacaq.
Paylaş :