İnternet →  Saytlara daxil olmaq probleminin səbəbi


Bu problem haqda yazmışdım. Məsələ ilə bağlı yeni məlumatlar var deyə bölüşmək istəyirəm.
Deməli əvvəldən də yazdığım kimi bir sıra saytlara qoşulmaqda problemlər yaşanırdı. Bu haqda ətraflı olaraq yazıda oxuya bilərsiniz. Yazıda oxuculardan birinin şərhini bir balaca incələdim və ən doğru versiya bu kimi görsənir. Deməli Azərbaycana internet bir kanaldan daxil olur — Delta Telecom. Delta Telecom isə interneti bir neçə aparıcı kanallar vasitəsi ilə alır. Bunlardan biri də TürkTelekomdur. Oxucumuzun şərhini araşdırdıqda görmək olur ki burada həqiqət var. Yəni Türk Telekom ilə Delta Telecom arasındakı bağlantılarda nasazlıq var. Hətta Delta ilə də əlaqə saxlandıqda onlar da oxşar variant deyiblər. Dəqiq bir mənbə göstərməyiblər ancaq bildiriblərki kanalların birində nasazlıq olduğuna görə bəzi saytlara daxil olamqda problemlər yaşanıb.

( Ətraflı oxuyun )
Paylaş :
  • 0
  • 9 марта 2010, 15:32
  • Shaig
  • 7